is. 1. Asanlıq, yüngüllük. 2. Uyğunluq, münasiblik
“Qolazlamaq”dan f.is
f. Bir şeyi, qolunun gücü çatdığı qədər uzağa tullamaq, atmaq, tolazlamaq. Nainsaf … elə həna göndərib ki, heç zada dəyməz, lap çölə qolazlamalıdır
bax qolbaq. Qızılgül əndamlı, lalə yanaqlı; Qolbağılar cumur qollara doğru. Aşıq Vəli
is. Qadınların biləklərinə taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş halqa bəzək; bilərzik, bazubənd
sif. Biləyində qolbaq olan, qoluna qolbaq keçirmiş. Qolbaqlı qız
is. Qolbaq. // Bazubənd. □ Qolbənd eləmək – cidarlamaq. Atı qolbənd eləyən Sarı İmaməli xaldar tulanın xaltasından bərk-bərk yapışmışdı
is. 1. İş zamanı qola taxılan, qalın parçadan, dəridən və sairədən hazırlanan xüsusi qol geyimi və ya sarğı
is. 1. Yoxsulları, muzdurları istismar edən dövlətli kəndli. …Molla Rəcəb bir dəstə kənd qolçomaqları ilə və bəyləri ilə bir yerdə həbsə alınıb, dama
is. 1. top. Qolçomaqlar. Qolçomaqlığın bir sinif kimi ləğv edilməsi. Ellikcə kollektivləşmə qolçomaqlığın ləğv edilməsi demək idi
is. [fr.] Qısa qadın corabı
[ing.] coğr. Atlantik okeanında: Meksika körfəzindən şimal-şərqə doğru axan və Avropanın şimal-qərb tərəfinin iqlimini yumşaldan isti cərəyan
sif. Qolları olan. Qollu jaket. Qollu paltar
sif. Çoxlu qolları olan. Qollu-budaqlı ağac. – Dağlıq, yamaclıq yerlərdə dağın və yamacın ətəyindən başlayaraq, ətrafa qollu-budaqlı lağımlar atırlar
bax qol-budaqlı. Şəhərin kənarındakı qollu-qanadlı ağacların yaşıl budaqları alaçığa çevrilərək ağacların diblərini quru saxlayırdı
is. hərb. köhn. Bir neçə diviziya, ya briqadadan ibarət iri qoşun birləşməsi; korpus
sif. 1. Qolu olmayan. Qolsuz mayka. Qolsuz köynək. Qolsuz jilet. – Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər
sif. Aciz, hər cür imkandan məhrum; bir iş görməyə imkanı, bacarığı olmayan
is. 1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur
is. Topal və ya ayağı xəstə adamların gəzərkən qoltuqlarının altına qoyub dayaq kimi istinad etdikləri ağac
is. Qoltuq altına qoyulan kiçik yastıq
is. köhn. Qoltuğunda parça və başqa şeylər gəzdirib satan adam; xırdavatçı. Qoltuqçu malları açıb tökdü, gözəl firəng və İstanbul qumaşları şairi heyr
is. köhn. Qoltuğunda parça və xırdavat gəzdirib satmaq peşəsi; xırdavatçılıq. [Xəlil:] Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vu
[qoltuq və fars. …füruş] köhn. bax qoltuqçu
is. köhn. bax qoltuqçuluq. [Hacı Rəcəbəli:] Bu da marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edir, gecələr mənim yanımda olur
“Qoltuqlamaq”dan f.is
f. 1. Bir şeyi qoltuğuna vurmaq, qoltuğuna almaq, qoltuğuna keçirmək. 2. Qolunu başqasının qoluna keçirmək, birinin qoluna girmək
“Qoltuqlanmaq”dan f.is
“Qoltuqlamaq”dan məch
sif. Qoltuğu söykəmək üçün xüsusi yeri olan. Qoltuqlu kürsü. Qoltuqlu stul. – …Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu
is. mus. Orta həcmli, beşsimli saz. Çayçı dükanlarında … əvvəlcə qoltuqsazı çalıb şikəstə oxuyardılar
zərf və sif. Qolları bağlı; qolları bağlı olduğu halda. Qolubağlı keçdim Xudafərindən; Üzüm gülməz, heç açılmaz, ah, mənim
sif. və zərf Paltarının qolları qaldırılmış. Qoluçirməkli işləmək. – Qoluçirməkli uzunboy xəmirgir işarə ilə taxtın üstünü göstərdi
bax qolçomaq 2-ci mənada. Ayna Mirzə Polad müəllimin gizli işlərə qoşulduğunu, qolugüclülər qabağına çıxıb, fəqir-füqəra tərəfdə dayandığı günlərdən n
is. bax qolçomaqlıq 2-ci mənada. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu
sif. Bir qolu kəsilmiş, bir qolu olmayan. Qolukəsik adam
bax qovluq. Sübhanverdizadə hər bir qoluğu əlində sanballayıb çəkdi və dodaqaltı mırıldandı: – Ünsür … sənin canın buradadır!… S
sif. Güclü, qüvvətli, sağlam. Bu az zamanda neçə-neçə gözəl oğlanlar, qoluqüvvətli, ürək-təpərli öz müsəlman qardaşlarının əlində badi-fənaya gedib… N
bax qolçomaq 2-ci mənada. Bakı qubernatoru Bakı varlıları və Bakı qoluzorbaları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi
bax qolçomaqlıq 2-ci mənada
sif. və is. 1. bax qoluzorba. 2. Güclü. Yekəpərlər, qoluzorlular özlərini verirlər qabağa, zəifləri, xüsusən qadınları və uşaqları sıxışdırırlar dala
is. Dəstə, topa, bir yerdə bağlanmış şey. Bir qom çubuq. – Suyun bir hissəsini arxa döndərmək üçün adamlar məftil ilə sarınmış şax-şəvəldən hər birisi
“Qomarlamaq”dan f.is
f. məh. Dövrələmək, dövrəyə almaq, mühasirəyə almaq. İtlər paltarı su çəkib ağardılmış Safonu qomarladılar
“Qomarlanmaq”dan f.is
məch. məh. Dövrələnmək, dövrəyə alınmaq, mühasirəyə alınmaq
Çində 1949-cu ildə qalib gəlmiş xalq inqilabı tərəfindən devrilmiş iri burjuaziya və mülkədarların partiyası
is. Qomindan partiyasının üzvü, tərəfdarı
“Qomlamaq”dan f.is
f. Dəstə ilə bağlamaq, toplamaq, yığıb bir yerdə bağlamaq