BIĞ

is.
1. Kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanan tük topası.
Gələn oğlanın nazik, qara bığları … geriyə daranmış uzun saçlarına qısılmış balaca qulaqları vardı. M.Hüseyn.
Cuma əsgərlərdən birinin sallaq bığlarını görürdü. Ə.Əbülhəsən.

2. Heyvanların üst dodaqlarının hər iki tərəfindən çıxan uzun sərt tüklər. Pişik bığları. Pələng bığları.
◊ Bığ(ının) yeri (yenicə) tərləmək – həddibüluğa çatmaq.
Bığ yeri yeni tərləyən bu gənc [Qasım ağa] naxışlı corabları ilə xalının üzəri ilə səssiz yüyürərək atasına yanaşdı. Çəmənzəminli.
Bığının yeri yenicə tərləyən Kərim, ilk vaxtlardan hər cür ağırlığa dözməyə və qayğı çəkməyə başlamışdı. S.Rəhimov.

Bığını burmaq məc. – lovğalanmaq, özünə güvənmək, təşəxxüs satmaq.
Bığının altından gülmək – istehza etmək, ələ salmaq.
Bığının altından keçmək – rüşvət vermək.
Uzun-uzadı danışıqdan sonra başa düşdük ki, gərək … Qəninin bığının altından keçək. H.Sarabski.

Etimologiya

  • BIĞ Bir forması da dodaq saqqalı olub. Bığ və buyuğ sözləri eyni mənada, həm də paralel şəkildə işlədilib
BIÇQILANMAQ
BIĞCIQ
OBASTAN VİKİ
Bığ əhvalatı
== Məzmun == Film-tamaşada arvadından bərk qorxan bir adamın(Arif Quliyev) başına gələn əhvalatlar əks olunur.
Bığ əhvalatı (film, 1998)
Dünya saqqal və bığ çempionatı
Dünya saqqal və bığ çempionatı — qeyri-adi yarış növü. İştirakçılar bığ və saqqallarının uzunluğu, eləcə də, stili ilə yarışırlar. == Tarixi == Birinci yarış 1990-cı ildə Almaniyanın Höfen-an-der-Ents qəsəbəsində baş tutmuşdur. 2025-ci ildəki yarış İngiltərənin Bristol şəhərində baş tutacaq. == Kateqoriyalar == Yarışın bığ, tam saqqal, yarım saqqal kimi kateqoriyaları var. == İstinadlar == == Xarici keçidlər == 2019-cu ildəki yarışın nəticələri.
Balina bığı
Balina bığı — Bığlı balinalarda rast gəlinən, balinaların qidasının ağız boşluğunda saxlamasına xidmət edən, buynuz maddəsindən təşkil olunan xüsusi plastinlər. Dişlərə sahib olmayan balinaların üst çənələrində 360-800 arası (uzunluğu 20 - 450 sm) buynuz maddəsindən ibarət plastin olur. Onlar 0,3—1,2 sm arakəsmə ilə bir-birinin ardınca yerləşir. Hər bir plastinin baş hissəsi balıq, molyusk və xərçəngkimilərin suya axmasını əngəlləyən şitləri vardır. Onlar bir növ filter rolunu oynayır. == İstifadəsi == Balina bığları əvvəllər mebel və tekstil sahələrində geniş istifadə edilirdi. Plasmasın ixtirasına qədər onlardan paltarların tikilməsində geniş tətbiq olunmuşdur.
Bığayaqlılar
Bığayaqlılar (lat. Cirripedia) — xərçəngkimilər yarımtipinin çənəayaqlılar sinfinə aid infrasinif. 1220 növü məlumdur.
Bığcıqsızlar
Bığcıqsızlar -(lat. Protura) Altıayaqlılar yarımtipinin Gizliçənəlilər sinfinə aid olan dəstə. == Xarici quruluşu == Çox kiçik ölçüləri (0,5-2,0 m) və qurdşəkilli çevik bədəni ilə fərqlənir. Başında bığcıqlar və göz yoxdur. Ağız orqanları deşici-sorucu, zəif, fırçaşəkilli olub, baş kapsulunun içərisinə çəkilmişdir. Döş ayaqları bütövlükdə qısa və ya caynaqlıdır, ancaq qabaq ayaqları qalanlarından xeyli uzundur. Qarıncığın ilk üç seqmentində ayaq çıxıntıları vardır. İnkişafı anamorfozdur, yumurtadan 8 buğumlu qarıncığı olan sürfə çıxır, qabıqqoyma prosesində daha üç seqment əldə edir. Bu cücülərdə başın yanlarında xüsusi orqan – «yalançı gözcüklər» vardır. Görünür, bunlar rütubətin dəyişməsini və havanın vibrasiyasını qavramağa xidmət edir.
Bığlı
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Bığlı Hüseyn

Bığlı Hüseyn Saraclı

Bığlı Mehmed Paşa
Bığlı Mehmed Paşa (ö. iyun 1701) — Osmanlı sultanı II Əhməd və II Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Misirli olub, burada doğulub böyümüşdür. Ciddə bəyliyinə yüksəldikdən sonra 1694-cü ildə vəzirliklə Həbəşistan bəylərbəyi oldu. Ertəsi il həcc əmirliyinə gətirildi. 1696-cı ildə Konya valisi, 1697-ci ilin iyulunda Belqrad valisi təyin edildi. 1698-ci ildə Sultan Muradın nəvələrindən Fatma xanım Sultanla (Mələk İbrahim Paşa və Ruqiyə Sultanın qızı) evlənərək Şam bəylərbəyliyinə gətirildi. Ardından 1699-cu ildə Anadolu və Diyarbəkir bəylərbəyi oldu. 1701-ci ilin iyununda Bağdad uğrunda gedən döyüşlərdə göstərdiyi səriştəsizlik səbəbilə edam edildi. Fatma xanım Sultanla olan nigahından Səid Mehmed bəy adlı oğlunun olduğu bilinir.
Bığlı Mustafa Paşa
Bığlı Mustafa Paşa (ö. dekabr 1650) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, sarayda riqabdar ağası olaraq xidmətə alındı. Ardından 1638-ci ilin dekabrında yeniçəri ağası olub, 1640-cı ilin martında vəzifədən alındı. Daha sonra Mərəş, 1648-ci ildə Qars sancaqbəyi və divan vəziri olub, Krit adasına göndərildi. 28 iyul 1649-cu ildə kaptan-ı dərya təyin edilsə də, həmin ilin oktyabrında vəzifədən alındı. Ardından Rumeli bəylərbəyi təyin edildi və bu vəzifədə ikən 1650-ci ilin dekabrında vəfat etdi. == Mənbə == Sicill-i Osmani IV, səh. 164.
Bığlı Qoca Dərviş Mehmed Paşa
Qoca Dərviş Mehmed Paşa (ö. 13 yanvar 1655) — IV Mehmed dövründə 1 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. Mənbələrdə onun haqqında ilk məlumat çərkəz əsill olduğu və sədrəzəm Dabanıyasdı Mehmed Paşanın kəndxudası olaraq İrəvan səfərinə qatıldığıdır. Daha sonra Dəməşq bəylərbəyi və Mosul fədaisi Kiçik Əhməd Paşanın şəhid düşməsi ilə Mosul fədailiyinə, ardından 1637-ci ildə Dəməşq bəylərbəyi seçildi. 1638 tarixli Bağdad səfəri əsnasında Dəməşqdən Diyarbəkir bəylərbəyliyinə gətirildi. Bağdadın fəthindən sonra buranın ikinci bəylərbəyi olaraq 5 may 1639 tarixində vəzifəyə gətirildi. Bu vəzifədə ikən bəzi maliyyə tədbirləri ilə şəxsi xəzinəsini böyütdü. Bağdad bəylərbəyliyindən ayrıldıqdan sonra 1642-ci ildə ikinci dəfə Diyarbəkirə təyin olundu. Ardından müəyyən fasilələrlə iki dəfə Anadolu, iki dəfə Silistrə və qısa müddətliyinə Bosniya bəylərbəyi kimi xidmət göstərmiş, xüsusilə venesiyalıların zəbt etdiyi Çanaqqala boğazının azad edilməsində önəmli rol oynadı (1649).
Bığlı balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Bığlı qızılquş
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. == Yayılması == Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Bığır (Göyçay)
Bığır kəndi — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzi hissəsində, rayon mərkəzindən cənub-şərqdə, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə, Cırqurd və Qaraman kəndlərin yaxınlığında yerləşir. Bığır İnzibati Ərazi Vahidinin mərkəzidir. == Əhalisi == Əhalisi 6431 (2022) nəfərdir. Göyçay rayonunda əhalinin sayına görə Bığır ən böyük kənddir. Bığırda müqəddəs övliyalar, qədim qəbiristanlıq vardır. Deyilənə görə, keçmişdə kəndin adına Bığır Murtaz da deyirlərmiş. === Milli tərkibi === 1933-cü ilin məlumatlarına görə Bığır kəndində 452 təsərüffatda 2200 nəfər əhali yaşayırdı (1,198 kişi, 1,022 qadın). Əhalinin 98,3% -i Azərbaycan türklərindən ibarət idi. == Toponimikası == Bığır toponimi 1917 və 1933-cü illərdə Buğur variantında qeydə alınmışdır.
Bığır (İsmayıllı)
Bığır — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Bığır bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həşəratın bığcıqlarının quruluşu və tipləri
Həşəratın bığcıqlarının quruluşu və tipləri — Bığcıqlar və ya antenna həşərat üçün səciyyəvi orqan olub bir cütdür. Həşərat sinifində ancaq bığcıqsızlar dəstəsində bıöcıq yoxdur. Bığcıqlar başda, alının yanlarında, gözlərin arasında yerləşmişdir. Bığcıqlar həşəratın növündən aslı olaraq müxtəlif ölçüdədir. Bədənə birləşən birinci buğum saplaq, ikinci buğum ayaqcıq, qalan buğumlar isə qamçı adlanır. Bığcıqlar adətən çoxlu miqdarda buğumlardan təşkil olunmuşdur.Bəzən biğcıq qisa onların buğumluluğu az olur. Məsələn, milçək və iynəcələrdə bığcıq üç buğumdan ibarətdir. Böcəklərdə adətən 11, pərdəqanadlılarda 12-13 buğum olur. Bəzi həşəratda isə bığcıqlar uzun və çox buğumlu olub, bədənlərindən uzun olur. Məsələn şalalalarda, uzunbığ böcəklərdə bığcıqlar çoxbuğumlu və uzundur.
Yuxarı Bığır
Yuxarı Bığır — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə