AZUQƏ
BABAL
OBASTAN VİKİ
Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. == Həyatının ilk dövrləri == Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.
Bab-əl Hədid
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Bab əl-Əbvab

Bab-i Xalidabad (Üşnəviyyə)
Bab-i Xalidabad (fars. باب خالداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (50 ailə).
Bab-ı Ali basqını
Bab-ı Əli hücumu (Osmanlı türkcəsi: باب علي غارة) — Osmanlı imperiyasında 23 yanvar 1913 tarixində Ənvər bəy və Tələt bəyin rəhbərliyi ilə baş tutan hərbi çevriliş. Çevriliş əsnasında hərbi nazir Nazim Paşa öldürülmüş, sədrəzəm Kamil Paşa istehfa verməyə zorlanmışdır. Nəticədə hakimiyyət İttihad və Tərəqqi cəmiyyətinin əlinə keçmişdir. == Hadisənin arxa planı == === Dəyənəkli seçimlər === 21 noyabr 1911-ci ildə İttihad və Tərəqqi müxalifləri tərəfindən Hürriyət və İttifaq cəmiyyəti qurulmuş, qısa müddətdə xeyli millət vəkili bu cəmiyyətin ətrafında cəmlənmişdi. Qurulduqdan 20 gün sonra baş tutan seçimlərdə qələbə qazanan bu cəmiyyət hakimiyyətdə çox qala bilmədi. Belə ki, İttihadçılar hiyləylə Sultan Rəşada məclisi ləğv etdirmiş, 1912-ci ilin aprelində keçirilən növbədən kənar seçimləri qazanmışdı. "Dəyənəkli seçimlər" adıyla anılan və müxalif qüvvələrin təqibiylə nəticələnən bu seçimlərin sonunda məclisə yalnız 6 nəfər müxalif vəkil daxil ola bilmişdi. Seçimdə məğlub olan Hürriyət və İttifaq cəmiyyəti isə seçim əsnasındakı hiylə və zorakılıqları bəhanə edərək bu seçimin ədalətli olmadığını elan edirdilər. Bu əsnada İttihadçıların zorla hakimiyyəti ələ almasından narazı olan bir qrup ordu zabiti isə dağlara çəkilərək üsyan başlatmış, İstanbuldakı digər İttihad müxaliflərini, o cümlədən Sultanzadə Səbahəddin bəyi də öz yanlarına çəkmişdilər. Mətbuatda sərt dilli məqalələr nəşr etdirən və hərbi şuraya memorandum göndərən bu zabitlər birliyi sədrəzəm Səid Paşanın istehfa verməsinə səbəb oldular.
Bab-ı Ali hücumu

Bab-ı Əli hücumu

Əl-Bab hadisəsi (2017)
Əl-Bab hadisəsi — 2017-ci ildə Suriyanın Əl-Bab şəhəri yaxınlıqlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tupolev Tu-22M-nin səhvən Türkiyə qoşunlarına hücumu. Hadisə nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. == Hücum == Suriyanın Əl-Bab şəhərində İŞİD döyüşçülərini saxlamaqda şübhəli bilinən bir binaya zərbə endirən Tupolev Tu-22M təyyarəsi Türkiyə ordusunun mövqeyinə bomba atmışdır. Partlayış nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. Türkiyə hərbi rəsmiləri zərbəni "təsadüfi" və "dost atəşi" hadisəsi adlandırmışdır. Kremlin sözçüsü Dmitri Peskov bildirmişdir ki, pilotlar Türkiyə hərbçiləri tərəfindən onlara verilən "koordinatları rəhbər tutmuş" və "bu koordinatlarda Türkiyə hərbçiləri olmamalı idi". Bu ittiham Türkiyə rəsmiləri tərəfindən rədd edilmişdir. == Nəticə == Türkiyə Baş Qərargahı Rusiyaya məxsus döyüş təyyarəsinin təsadüfən Türkiyə hərbçilərini hədəf aldığını açıqlamışdır. Rusiya hökuməti hadisəni təsdiqlədikdən sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək öz peşmançılıq hissini bildirmişdir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 12 fevralda hadisə ilə bağlı açıqlama verərək onu pisləmiş, biabırçılıq kimi qiymətləndirmişdir.
Kseniya Babiçeva
Kseniya Lvovna Babiçeva (6 (19) noyabr 1907, Varşava – 16 iyun 1984, Bakı) — aktrisa, Azərbaycan SSR xalq artisti (1946), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == 1938–1983-cü illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir. Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir…," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — yanvar 1941 "Azərbaycan SSR xalq artisti" fəxri adı — may 1946 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 28 noyabr 1977 == İstinadlar == == Ədəbiyyat == Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия.
Kültəpə (Babək)
Kültəpə (əvvəlki adı: Gültəpə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Gültəpə kəndi Kültəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kültəpə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası О. H. Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır. 1951–1964-cü illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Nеolit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. Üçüncü tikinti qatınta aşkar olunan evlər dördkünc formalıdır. Eneolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yаxud gil manqallardan istifadə edilmişdir. Diametri orta hesabla 7 metrə çatan, 35–55 sm qalınlığında divarları olan belə evlər çox hallarda arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür.
Kərimbəyli (Babək)
Kərimbəyli (əvvəlki adı: Leninabad) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Leninabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Kərimbəyli kəndi, Leninabad kənd inzibati-ərazi vahidi Kərimbəyli kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Kərimbəyli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Leyla Babazadə
Leyla Abbasəli qızı Babazadə (1905, Yelizavetpol) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR xalq ictimai təminat komissarı (1938–1942), SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı. == Həyatı == Leyla Abbasəli qızı Babazadə 1905-ci ildə hazırkı Gəncədə yoxsul kustar ailəsində anadan olmuşdur. 1923-cü ildə, 18 yaşı olarkən ərini itirdikdən sonra o, Bakıya gəlmiş, qardaşı Ələkbərin təsiri ilə 1925-ci ildə Əli Bayramov adına Qadın Klubunun savad kursuna daxil olmuşdur. Bir qədər sonra klubun nəzdindəki fabrik-zavod şagirdliyi məktəbinə daxil olaraq iki il sonra buranı bitirmiş, tikiş fabrikinin işçisi olmuşdur. 1930-cu ildə Leyla Babazadə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir. Bundan sonra o, altı aylıq həmkarlar kursunu bitərərək Azərbaycan tikiş sənayesi trestinin fabrik-zavod şagirdliyi məktəbində təlimatçı işləmiş, Xızı rayonunda qadınlar arasında kütləvi təlim-tərbiyə işlərinə rəhbərlik etməyə göndərilmişdir. O, burada Azərbaycan Kommunist Partiyası Xızı Rayon Komitəsinin qadınlar sektorunun müdiri vəzifəsində çalışmışdır. Xızı rayonundan Bakıya qayıdaraq Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbində oxumuş, Volodarski adına tikiş fabrikində həmkarlar işinə rəhbərlik etmiş, istehsalatda təlimatçı köməkçisi işləmişdir. 1937-ci ilin oktyabr ayında tikiş sənayesi işçiləri ittifaqının Azərbaycan konfederasiyası Leyla Babazadəni Azərbaycan Tikişçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri seçmişdir. SSRİ-nin cənub rayonları tikişçiləri ittifaqlarının Xarkovdakı qurultayında Leyla Babazadə ittifaqın mərkəzi komitəsinin heyətinə seçilmişdir.
Lütfəli Babayev
Lütvəli Babəli oğlu Babayev (30 yanvar 1959, Qaravəlli, Zərdab rayonu) — 2007–2019-cu illərdə Zərdab rayon, 2005–2007-ci illərdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı. == Həyatı == 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. Ailəlidir. İki qızı və bir oğlu var.
Lütvəli Babayev

Mihay Babiç
Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Macarıstan krallığı – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur. == Həyatı == Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir. 1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi. Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.
Mir Babar Əli Ənis
Mir Babar Əli Ənis (1802–1874) — urdu şairi. == Həyatı == Mir Babar Əli Ənis 1802-ci ildə Hindistanın Feyzabad şəhərində anadan olmuşdur. Ənis təxəllüsü ilə əsasən mərsiyələr yazmışdır. Mərsiyənin o dönəmdə geniş yayılmasının əsas səbəbi Aud nəvvablarının şiə olmaları idi. Məlum olduğu kimi, mərsiyə ölən adam, xüsusilə də Kərbəla şəhidləri üçün söylənən şeir növüdür. Ənis və Dəbir dönəmində isə bu cür savaş mənzərələri, təbiət mənzərələri, romantik və axlaqi mövzular və bənzəri o qədər çox mövzu əmələ gəlmişdir ki, mərsiyə urdu şeirində ayrı bir növ kimi formalaşmışdır. Mir Babar Əli Ənis 1874-cü ildə vəfat etmişdir.
Mirzə Babayev
Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev (16 iyul 1913, Maştağa, Bakı qəzası – 13 yanvar 2003, Bakı) — Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi, memar və ictimai xadim. Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordeni laureatı (2002). == Həyatı == Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub. Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyərdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Mirzə Babayev də həmçinin. Mirzə Babayevin atası- Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş.
Mirzəağa Babayev

Mirşəmsi Babazadə
Mirşəmsi Elşad oğlu Babazadə (20 fevral 1996; Mamırlı, Tərtər, Azərbaycan — 30 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirşəmsi Babazadə 1996-cı il, yanvarın 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. == Hərbi xidmətləri == 2014-cü ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra 2019-cu ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mirşəmsi Babazadə Madagizin azad edilməsində savaşıb. 5 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirşəmsi Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirşəmsi Babazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mobil Babayev
Mobil Rəşid oğlu Babayev (23 dekabr 1945, Kirovabad – 10 noyabr 2023) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). == Həyatı == Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunmuş, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlamışdır. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olmuşdur. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olur və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olmuşdur. 1972-ci ildə Konservatoriyadan məzun olmuş və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənmişdir. 1972-ci ildə hərbi xidmətə yollanmış, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışmışdır. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərmişdir. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olmuşdur. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Momo Babunqu
Momo Babunqu (12 aprel 1983) — Konqo DR-nı təmsil edən stolüstü tennisçi. == Karyerası == Momo Babunqu Konqo DR-nı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Murad Babayev
Murad Babayev (baş prokuror) — 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru. Murad Babayev (baş gizir) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi.
Murad Babayev (baş gizir)
Murad Nadir oğlu Babayev (31 mart 1982, Sabirabad, Cəlilabad rayonu – 27 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Babayev 1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Ailəli idi. Samir adlı oğlu, Zəhra və Fatimə adlı isə qızları yadigar qaldı. == Hərbi xidməti == Murad Babayev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş giziri olan Murad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Babayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Murad Babayev (baş prokuror)
Murad Köçəri oğlu Babayev (10 dekabr 1951, Şükürbəyli, Cəbrayıl rayonu – 6 yanvar 2013, Bakı) — 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru. == Həyatı == Murad Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Babayev Köçəri Oruc oğlunun ailəsində anadan olub. 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977–1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib. Ailəlidir, bir qız və bir oğul atasıdır.
Musa Babayev
Musa Məhəmməd oğlu Babayev — Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu. 52 kq çəki dərəcəsində güləşmişdir. Güləşlə 1943-cü ildən məşqul olmağa başlamışdır. 1950-ci ildə SSRİ idman ustası, 1967-ci ildə isə Ümumittifaq dərəcəli hakim kateqoriyası almışdır. 8 dəfə ölkə çempionu olmuşdur. «Dinamo», «Stroitel», «İskra» (Bakı) kimi klublarda çalışmışdır. == İdman nəticələri == Sərbəst güləş üzrə SSRİ çempionatı 1949 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1950 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1951 — ; Sərbəst güləş üzrə SSRİ çempionatı 1952 — ; == Mənbə == "Musa Məhəmməd oğlu Babayev". sport-strana.ru. İstifadə tarixi: 2016-07-31. "Бабаев Муса Магомед оглы".
Mustafa Babanlı
Mustafa Babanlı — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. == Həyatı == Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Mustafa Babayev
Mustafa Elman oğlu Babayev (4 noyabr 2000; Yenigün, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mustafa Babayev 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta təhsilini 2007–2018-ci illərdə E. Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində alıb.Mustafa evin tək oğlu, 3 bacının 1 qardaşı idi. Subay idi. == Hərbi xidməti == Mustafa Babayev 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mustafa Babayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Babayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Muxtar Babayev
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti. == Həyatı == Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.
Muxtar Babayev (kiçik çavuş)
Muxtar Rəhim oğlu Babayev (25 dekabr 1987; Göytəpə, Azərbaycan SSR — 2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muxtar Babayev 1987-ci il dekabrın 25-də Göytəpə şəhərində anadan olub. == Hərbi xidməti == Muxtar Babayev 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuş olan Muxtar Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Muxtar Babayev noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Muğan Babazanlı
Muğan Babazanlı abidələri — Azərbaycanın Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. apılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.
Muğan Babazanlı abidələri

Mürsəl Babayev
Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979). == Həyatı == Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur. Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.
Müşviq Babayev
== Siyahı ==

Digər lüğətlərdə