BABƏT
BABİLİ
OBASTAN VİKİ
Babi Bədəlov
Babi Bədəlov (18 iyun 1959, Lerik) — Azərbaycanlı şair və incəsənət xadimi. == Həyatı == Babi Bədəlov 18 iyun 1959-cu ildə Azərbaycan SSR Lerik rayonunda doğulub. 15 yaşı olanda Bakıya köçüb. 2 il Sovet ordusunda xidmət etdikdən sonra 1980-ci ildən Leninqradda yaşamağa başlayıb və rəssamlıq edib. 2008-ci ildə İngiltərəyə gedib və mühacirət etmək istəyib, lakin Babinin müraciəti sığınacaq üçün yetərli hesab olunmayıb. O, sığınacaq üçün İngiltərədən sonra Fransaya üz tutub. Nəhayət, iki ildən sonra Fransa vətəndaşlığını ala bilib. Paris, Kartaxena, Antverpen kimi şəhərlərdə sərgiləri baş tutub. == Əsərləri == Gustie usi indusa adlı şeir kitabı 2010-cu ildə Berlində çap olunub.
Babi Yar
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Pərvin Babi
Pərvin Babi (bütöv adı — Pərvin Vəli Məhəmməd xan Babi ing. Parveen Wali Mohammad Khan Babi, hind. परवीन बाबी; 4 aprel 1954 – 20 yanvar 2005, Mumbay) — hind aktrisası və modeli. Pərvin Babi 4 aprel 1954-cü ildə Cunaqadxda müsəlman ailəsində anadan olmuşdur. Ailənin tək övladı olub. Bütöv adı Pərvin Vəli Məhəmməd xan Babidir. Hind aktrisası və modelidir. Karyerasına model kimi 1972-ci ildə başlayıb. Kabir Bedi ilə ailəli olmuş, ayrılmışdır. Aktrisa şizofreniya xəstəliyindən əziyyət çəkib.
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. == Haqqında == Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.
Andrey Babiş
Andrey Babiş (çex. Andrej Babiš; 2 sentyabr 1954[…], Bratislava) — 2017-ci ilin dekabrından Çex Respublikası Baş naziri, 2012-ci ildən isə ANO 2011-in qurucu lideri olan çex siyasətçi. Slovakiyada doğulub böyüyən Babiş Məxməri inqilabdan sonra Çexiyaya köçdü. Uzun iş fəaliyyəti ərzində "Bloomberg"-ə görə təxminən 4.04 milyard dollar sərvəti ilə Çexiyanın ən zəngin ikinci adamı oldu. Bu sərvətin böyük hissəsi Çexiyanın ən böyük iki qəzetinə, "Mladá fronta DNES" və "Lidové noviny"-ə sahib olan "Agrofert Group"-un rəhbər və sahibi olduğu dövrdə gəldi. Babiş 2012-ci ildə ANO 2011-i quraraq siyasətə girdi. Yeni partiya olmasına baxmayaraq, ANO 2011 2013-cü il seçkilərində güclü çıxış edərək lider ÇSDP-dan cəmi 3 yer geridə qaldı. Baş nazir Bohuslav Sobotka tərəfindən Baş nazirin müavini və Maliyyə Naziri təyin edildi. 2017-ci ilin may ayında Sobotka Babişin "Agrofert"-in baş direktoru olarkən vergi ödəməkdən yayındığı iddialarından qaynaqlanan böhrandan sonra Babişi istefaya göndərdi. 2017-ci il seçkilərindən sonra, ANO 2011 potensial koalisiya tərəfdaşlarının zəif iştirakı səbəbindən mütləq çoxluq yaratmasa da, asanlıqla çoxluq partiya oldu.
Aşağı Babirə (Mərənd)
Aşağı Babirə (fars. بابره سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 505 nəfər yaşayır (136 ailə).
B.e. Babili (film, 2008)
"Eramızın Babili" — Moris Dantekin "Babil övladları" romanına əsasən fantastik film. Yaxın gələcəkdə, dağıdıcı müharibədən sonra dünyanı xaos bürüdü. Yoxsulluqda batmış Avropa və Asiya əhalisi daha yaxşı həyat axtarışlarında planetinin digər yerlərinə qaçır. Muzdlu Toropa (Vin Dizel) Avrora adlı qızı (Melani Tyeri) və rahibə Rebekkanı (Mişel Yeo) Orta Asiyadan Nyu-Yorka müşayiət etmək tapşırırlar.
Eramızın Babili

Eramızın Babili (film)

Eramızın Babili (film, 2008)

Frans Babinger
Frans Babinger (alm. Franz Babinger‎; 15 yanvar 1891, Vayden, Bavariya — 23 iyun 1967, Durres, Albaniya) — Alman tarixçi, türkoloqu və şərqşünası. Hindşünaslıq və sami filologiyası üzrə doktor (1914), Berlin Universitetinin Şərq dilləri üzrə professoru (1921). Frans Babinger 15 yanvar 1891 Almaniyanın Veyden şəhərində doğuldu. Ali təhsilini Münhen Ludviq-Maximilan Universitetində oxudu və 1914-cü ildə Fəlsəfə fakültəsində təqdim etdiyi "Gottlieb Siegfried Bayer (1694-1738), Ein Beitrag zur Geschichte der Morgenländischen Studiən im 18 Jahrhundərt (Gottliəb Siegfriəd Bayer (1694-1738), XVIII əsrdə Şərqi araşdırmalarına bir qatqı) München 1915"; adlı dissertasжyla doktor oldu. Bir neçə ay sonra başlayan Birinci Dünya Müharibəsinə topçu ehtiyatda olan zabit kimi qatıldı. 1915-ci ildə Türkiyədəki Alman qərargahında vəzifələndirildi, İstanbula gəldi və bir müddət Çanaqqala savaşlarında oldu. Buradan savaşla əlaqəli olaraq göndərdiyi yazıları "Frankfurter Zeitung" qəzetində nəşr olundu. Özü Çanaqqalada miralay Mustafa Kamalla tanış olduğunu və rabitə xidməti zabiti olaraq vəzifələndirildiyini ifadə edirsə də, rütbəsi kiçik olan bir gəncin Mustafa Kamala nə qədər yaxınlaşmış olduğu bilinmir. Savaşın sonlarına doğru, Şamda yayımlanmaqda olan "Armée-Zeitung Jildirim" da bir neçə yazısı çıxdı.
Frans Babinqer

Jozef Babinski
Jozef Babinski (fr. Joseph Jules François Félix Babinski; pol. Józef Franciszek Feliks Babiński; 17 noyabr 1857, Paris – 29 oktyabr 1932[…], Paris) — polyak əsilli fransız həkim-nevropatoloq. Paris Elmlər Akademiyasının üzvü (1914). Mühəndis ailəsində anadan olmuşdur. 1848-ci il Varşavada inqilab zamanı ailəsi Polşadan qaçmışdır. Salpetrier klinikasında Jan-Martin Şarkonun şagirdi olmuşdur. 1886-cı ildə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Salpetrier klinikasını idarə etmişdir. Parisdə nevropatoloqlar və psixiatrlar cəmiyyətinin yaradıcılarından biri (1899), onun fəxri üzvü və 1907-ci ildən rəhbəri olmuşdur. 1925-ci ildə Stefan Batori Universitetinin fəxri doktoru (lat.
Kseniya Babiçeva
Kseniya Lvovna Babiçeva (6 (19) noyabr 1907, Varşava – 16 iyun 1984, Bakı) — aktrisa, Azərbaycan SSR xalq artisti (1946), Azərbaycan SSR Ali Sovetinin deputatı. 1938–1983-cü illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir. Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir…," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — yanvar 1941 "Azərbaycan SSR xalq artisti" fəxri adı — may 1946 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 28 noyabr 1977 Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия.
Mihay Babiç
Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Macarıstan krallığı – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur. Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir. 1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi. Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.
Srdan Babiç
Srdan Babiç (Serb kirili: Срђан Бабић; 22 aprel 1996, Banya Luka) — Serbiyalı peşəkar futbolçu. İspaniyanın Almeriya və futbol üzrə Serbiya milli komandasının müdafiəçisi. Babiç 2011-ci ilin avqust ayında Voyvodina FK-ın gənclər yığmasına qatılmamışdan əvvəl karyerasına ilk olaraq ev klubu olan Boraç Banya Luka klubunda başlamışdır. O, ilk oyununa Branko Babiçin başçılığı altında 1 mart 2014-cü ildə Vozdovaç FK klubuna qarşı oyunda çıxmışdır. Babiç 90 dəqiqə oyunda olmuş və komandası 2–0 hesabı ilə qalib gəlmişdir. Babiç 2013–14 mövsümündə 8 oyunda iştirak etməsinə baxmayaraq, mövsümün rəmzi komandasına düşməyi bacarmışdır. O, Serbiya Kubokunun finalında Yaqodina klubunu 2–0 məğlub edilməsində böyük rol oynayaraq kuboku komandasına qazandırmışdır. 2014–15 mövsümündə Babiç bütün turnirlər nəzərə alınaraq, ümumilikdə 27 oyunda meydana çıxmışdır. Babiç 2014-cü ildə UEFA U-19 Çempionatında iştirak etmiş və Serbiyanın uğurları üçün çalışmışdır, lakin yarımfinalda güclü Portuqaliya milli komandası tərəfindən dayandırılmışdır. O, 2015 FİFA U-20 Dünya Çempionatında qalib gələn heyətin də bir üzvü olub.
Yozef Babinski
Jozef Babinski (fr. Joseph Jules François Félix Babinski; pol. Józef Franciszek Feliks Babiński; 17 noyabr 1857, Paris – 29 oktyabr 1932[…], Paris) — polyak əsilli fransız həkim-nevropatoloq. Paris Elmlər Akademiyasının üzvü (1914). Mühəndis ailəsində anadan olmuşdur. 1848-ci il Varşavada inqilab zamanı ailəsi Polşadan qaçmışdır. Salpetrier klinikasında Jan-Martin Şarkonun şagirdi olmuşdur. 1886-cı ildə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Salpetrier klinikasını idarə etmişdir. Parisdə nevropatoloqlar və psixiatrlar cəmiyyətinin yaradıcılarından biri (1899), onun fəxri üzvü və 1907-ci ildən rəhbəri olmuşdur. 1925-ci ildə Stefan Batori Universitetinin fəxri doktoru (lat.
Yuxarı Babirə (Mərənd)
Yuxarı Babirə (fars. بابره عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 263 nəfər yaşayır (65 ailə).
Şeyxzadə Babiç
Şeyxzadə Babiç (14 yanvar 1895, Asyanovo[d], Ufa quberniyası – 28 mart 1919, Zilair[d]) — Başqırd ordusunda hərbi müxbir. 1918–1919-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Şeyxzadə Babiç Başqırdıstanın muxtariyyətı uğrunda mübarizə aparır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar. 1993-cü ildə rejissor Malik Yakşimbetov şair Şeyxzadə Babiç haqqında "На камне кровь моя густая" (azərb.
Şeyxzadə Babiç muzeyi
Şeyxzadə Babiç — başqırd milli ədəbiyyatının klassiki, Başqırd milli azadlıq hərəkatının iştirakçısı, Başqırd Hökumətinin üzvlərindən biri Şeyxzadə Babiçə həsr olunmuş muzey. Muzey Başqırdsıtanın Dyurtyulinsk rayonunun Asyanovo kəndində yerləşir. Muzey 1995-ci ildə Şeyxzadə Babiçin doğulmasının 100 illiyi münasibətilə açılıb. 2002-ci ildən etibarən muzey "Başqırdıstan Respublikasının Milli ədəbiyyat muzeyi"-nin filialıdır. Muzey üç ekspozisiya zalından ibarətdir. Asyanovo kəndinin tarixi zalında, kəndin tarixi və məşhur sakinləri haqqında sənədlər nümayiş olunur. Şeyxzadə Babiçin həyatı və yaradıcılığı zalında isə şairin imzası olan "Akmulla" jurnalı, 1922-ci ildə Kazanda nəşr olunmuş "Шиғырҙар мəжмүғəһе" (Şeirlər toplusu) kitabı, həmin şeirlər toplusunun 1912-ci ilə aid əlyazması, şairin "Karmak", "Şuro" jurnallarında, "Vakıt", "Tormoş" qəzetlərində çap olunmuş şeirləri eləcə də onun vizit kartları qorunur. Muzeyin ekspozisiyasında rəsm, heykəltaraşlıq nümunələri, məişət əşyaları, şairin həyat və yaradıcılığı ilə bağlı fotolar və sənələr də var. Etnoqrafiya zalında isə kənddə və rayonda yaşayaan başqırdların mədəni məişət fərqlilikləri, adətləri nümayiş etdirilir. Muzeydə davamlı olaraq məşhur şair və yazıçılarla ədəbiyyat görüşləri keçirilir, və burada Şeyxzadə Babiçin şeirləri oxunur.
Akop Babikyan
Akop Babikyan Əfəndi, (1856, Ədirnə, Osmanlı imperiyası – 1 avqust 1909), Osmanlı ermənisi olan hüquqşünas və siyasətçidir. Fransız məktəbində təhsil aldıqdan sonra oSofiyaya dövlət qulluqçusu kimi göndərilmişdir. O, San Stefano müzakirələrində katib kimi xidmət etmişdir. Bir müddət Bosniya və Herseqovinada da xidmət etmiş, lakin bu ərazi Avstriya-Macarıstana birləşdirildikdən sonra Konstantinopola (İstanbula) geri qayıtmışdır. 1879-cu ildə Ədirnə Ticarət Məhkəməsinin Baş Katibi, 1881-ci ildə isə Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin edilmişdir. 1891-ci ildə Konstantinopola (İstanbul) qayıdaraq vəkil kimi fəaliyyətə başlamışdır. 1908-ci ildə Məclisi-Məbusana Ədirnə vilayətinin Təkirdağ sancağından millət vəkili seçilmişdir. İttihad və Tərəqqi Komitəsinin üzvü olmuşdur. O, Osmanlı parlamenti tərəfindən Adana hadisələrini tədqiq etmək üçün seçilən nümayəndə heyətinin arasında olmuşdur. Adanada tədqiqat işləri ilə məşğul olarkən xəstələnərək İstanbula qayıtmışdır.
Babil söyüdü
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Vətəni İran və Çindir. Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Babilistanlılar
Babilistanlılar və ya babillilər — e.ə. II–I minilliklərdə yaşamış Cənubi Mesopotamiyanın qədim əhalisi. Akkad dilində danışırdılar. Bu adlandırma eyniadlı regionundan adından götürülmüşdür. Bu ad da öz növbəsində Babil şəhərinə, regionun paytaxtına gedib çıxır. Babillilər akkad dilinin xüsusi (Babil) dialektlərində danışır və yazırdılar. E.ə. I minillikdə xaldeylərin təsiri altında aramey dili geniş yayılmışdır. Qədim dövrlərdən bəri Cənubi Mesopotamiya (Babilistan) etnolinqvistik müxtəlifliyi ilə seçilirdi. E.ə.
Babillilər

Babil Hərəkatı
Babil Hərəkatı (ərəb. حركة بابليون‎) — İraqda yerləşən siyasi partiya. 2014-cü ildə qurulan partiya İraqın Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi kimi yaradılmış xristian milis olan Babil Briqadalarının siyasi qanadıdır. Rəyan əl-Kildani hazırda partiyanı 2014-cü ildə qurduqdan sonra rəhbərlik edir. Partiya Xalq Səfərbərlik Qüvvələrinə daxil olmaqla Bədr Təşkilatı və SEPAH ilə sıx əlaqələrə malikdir. İŞİD-in məğlubiyyətindən bu yana Babil Hərəkatı çoxsaylı insan haqları pozuntularında, o cümlədən Neynəvə mühafəzəsində qeyri-qanuni torpaq zəbtində və seçkilərdə korrupsiyada ittiham olunur.

Digər lüğətlərdə