BALAY

balaca Ay; balaca kişi; bal kimi şirin Ay oğlan.
BALAVERDİ
BALAYAR
OBASTAN VİKİ
Aida Balayeva
Aida Ğalım qızı Balayeva (qaz. Аида Ғалымқызы Балаева; 4 iyul 1974, Almatı vilayəti) — Qazaxıstan dövlət xadimi. Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (4 may 2020-ci il tarixindən). == Bioqrafiyası == 2000-ci ildə Abay adına Almatı Dövlət Universitetini rus dili və ədəbiyyatı müəllimi ixtisası ilə, 2007-ci ildə Qazaxıstan Milli Aqrar Universitetini hüquqşünaslıq ixtisası ilə bitirib. 2010-cu ildə sosioloji elmlər namizədi akademik adını müdafiə etdi, tezis mövzusu: "Qazaxıstan gəncliyinin etnik-dini identifikasiyası: sosioloji aspekt". 1994–2004-cü illərdə Qazaxıstan Respublikası İnformasiya və İctimai Saziş Nazirliyinin Almatı regional informasiya və ictimai razılıq şöbəsinin ictimai və siyasi proseslərin təhlili və əlaqələndirilməsi şöbəsinin aparıcı mütəxəssisi, Almatı şəhəri üçün məlumat şöbəsi. 2004–2006-cı illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamenti Direktorunun birinci müavini. 2006–2008-ci illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamentinin direktoru. 2008–2010-cu illərdə — Astana şəhərinin daxili siyasət departamentinin direktoru, daxili siyasət şöbəsinin müdiri. 2010-cu ilin fevralından 2014-cü ilin dekabrına qədər — Astana şəhəri müavini.
Aydın Balayev
Aydın Hüseynağa oğlu Balayev (19 noyabr 1956, Bakı – 7 dekabr 2021) — Azərbaycanlı tarixçi, etnoloq, tarix elmləri doktoru, professor. == Həyatı == Aydın Balayev 19 noyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləməyə başlamışdır. 1988-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq işini müdafiə etmişdir. Vəfatına qədər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin baş elmi işçisi olub.. == Elmi fəaliyyəti == Aydın Balayevin Azərbaycan etnoqrafiya elminin inkişafında müstəsna rolu olmuşdur. Tədqiqat işlərinin nəticələri tərtib etdiyi elmi hesabatlarda, 100-ə yaxın elmi əsərdə, bir neçə monoqrafiyada öz əksini tapmışdır..
Balayar Sadiq
Balayar Sadiq (1965, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və beynəlxalq "Rəsul Rza" mükafatı laureatı. == Həyatı == Əliyev Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub. Şair Balayar Sadiq 2004-cü ildə Lənkərandan Bakıya köçüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Kitabları == "Sərkərdə", "Şuşa nəşriyyatı", 1996 "İgidliyin Bəxtiyar zirvəsi", "Təbriz nəşriyyatı", 1997 "Ömürün hünər nəğməsi", "Təbriz nəşriyyatı", 1998 "Ulu dağlar oğlu", "Hərbi nəşriyyat", 1999 "Arzumanın döyüş yolu", "Adiloğlu nəşriyyatı", 2001 "Rembo Elxan", "Hərbi nəşriyyat", 2002 "Sərkərdə ömrünün işığı", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2002 "Dağların Bəxtiyar oğlu", "Planet-press nəşriyyatı", 2004 "Dağların oğul harayı", "Nasir nəşriyyatı", 2005 "Müdrikliyin zirvəsi", "Əbilov, Zeynalov oğulları nəşriyyatı", 2007 "Allahın unutuğu adam", "Yazıçı nəşriyyatı", 2010 "Hünər simfoniyası", "MHS-poliqraf nəşriyyatı", 2010 "Qeyrət qalasıdır vətən sərhədi", "Apostrof nəşriyyatı", 2012 "Vətən ətirli olmur", "MBM nəşriyyatı", 2013 "Ömrün gəraylı çağları", "MBM nəşriyyatı", 2014 "İşıqlı adam", "MBM nəşriyyatı", 2015 "Küsəkəran", "Elm və təhsil nəşriyyatı", 2015 "Gözəllik işığı", "MBM nəşriyyatı", 2015 "Payız məktubları", "MBM nəşriyyatı", 2016 "Qızılbaş fəsli" , "Elm və təhsil nəşriyyatı" , 2018.
Cavanşir Balayev
== Siyahı ==
Emil Balayev
Emil Nazim oğlu Balayev (17 aprel 1994[…], Volqoqrad) — Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" və Azərbaycan milli futbol komandasında çıxış edən peşəkar qapıçı. == Klub karyerası == Gənc oyunçu kimi Balayev Neftçinin gənclər klubunun üzvü olub, 2011-ci ildən Neftçidə çıxış edib . Balayev 2012-ci ilin sentyabrında Sumqayıt FK-ya qarşı Azərbaycan Premyer Liqası qarşılaşmasında Neftçi klubunda debüt etdi. 2013-cü ildə Balayev mövsümü icarə əsasında Araz-Naxçıvanda keçirib. Balayev 2014-cü ilin yanvar ayında Neftçi FK -dan Bundesliqanın Ayntraxt Frankfurt FK-a klubuna tranfer olundu , ancaq o, Ayntraxt Frankfurtda heç bir oyun keçirmədi. 2019-cu ilin yanvarında Balayev Səbaildən Qazaxıstanın "Tobol" klubuna keçdi. 9 il mart 2019-da Qazaxıstan Premyer Liqasında Tobol üçün peşəkar debütünü, 3:0 hesabı ilə başa vuran "İrtış Pavlodar" klubuna qarşı ev matçında başlamışdır. 2020-2022-ci illərdə Emil Balayevin klubu "Qarabağ" olub. 2022-ci ilin fevral ayında tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər və Emil Balayevin "Turan"a (Qazaxıstan) keçidi rəsmiləşib. Lakin imzalanan müqavilənin detalları açıqlanmayıb.
Firuzə Balayeva
Firuzə Mirzəağa qızı Balayeva (23 fevral 1980, Bakı) — azərbaycanlı aktrisa. == Həyatı == Firuzə Balayeva 1980-cı il 23 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1997-ci ildə orta məktəbi bitirmiş və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirmişdir. 2010–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr rejissoru" fakültəsi ixtisasına yiyələnmişdir.Ailəlidir bir övladı var. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işləməyə başlamışdır. 2008-ci ildə teatrdan ayrılaraq "Azərbaycanfilm" kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlamışdır.Çalışdığı müddətdə "Tanrıverdinin nağılı", "Ölüm novbəsi", "Niyyət", "Kabusun gözü ilə", "Mən evə qayıdıram" və s. filmlərdə işləmişdir.2009-2010-cu illərdə "İbrus" özəl teatrında rejissor assistenti vəzifəsində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlamışdır. == Teatr tamaşalarındakı rolları == Mustafanın dostu — "Mustafa" Uzunqulaq — "Cənnətin üç alması" Kəniz — "Ələddinin sehirli çırağı" Nabat — "Çimnaz xanım yuxudadır" Pişik — "Çəkməli pişik" Şeytan — "Güc birlikdədir" 2 nağılçı — "Tıq-Tıq xanım" Qara əcinnə — "Pəri cadu" Yalıncıq — "3 qulağın nağılı" Emiliya; döyüşçü oğlan — "Zorro" Keçi — "Kosanın qızı" ? — "Buzlar ölkəsində" Şərəbani ("Yaşar", Cəfər Cabbarlı) Luçiya ("Filumena Marturano,Eduardo De Filippe) Səkinə ("Dəli yığıncağı") Mangurt ("Mangurt" ) Qulluqçu ("Ölülər ",C.Məmmədquluzadə) Qulluqçu ("Qarabağnamə",....) Xanım ("Anamın kitabı",.....) Qurbağa ("Buratino",....) Limon("Çipollino",....) Bəyim (Xurşud Banu Natəvan) Ögey bacı (Göyçək Fatma) Bıdı (Bir qalanın sirri) Nayman qadın (Əsrə bərabər gün.Aytmatov) == Filmoqrafiya == Ana qaz (film, 2005) (qısametrajlı bədii televiziya filmi) 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: bacı) 220 №-li otaq (film, 2010) (qısametrajlı bədii televiziya filmi) Kabusun gözüylə (film, 2010) (tammetrajlı bədii film) (rol: aptekdə satıcı) Niyyət (film, 2010) (tammetrajlı bədii film) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Qayınana (film, 2011) (bədii serial) (rol: ana; falçı) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Fira) Həyat varsa… (serial, 2012-2014) (bədii serial) Bir ovuc torpaq (teleserial, 2013) (bədii serial) (rol: qaçqın qadın) Çaqqal nəfəsi (film, 2013) (bədii serial) (rol: məhbus qadın) Həyat sən nə qəribəsən (teleserial, 2013) (rol: Qumru) Ləkə (teleserial, 2013) (bədii serial) (rol: bağça müdirəsi) Qisas (teleserial, 2014) (bədii serial) (rol: qonşu) Açar (film) (qısametrajlı bədii televiziya filmi) Niyə (komediya serialı) Rəxşəndə Komedixana (yumoristik veriliş2019-2022) Toy əhvalatı (komediya serialı) klarnet ifacisi.
Məhəmməd Balayev
Məhəmməd Alı oğlu Balayev (31 dekabr 1938, Musaköy, Qazax rayonu – 2 mart 2020) — ADPU Pedaqoqika və psixologiya fakültəsinin qiyabi şöbəsinin dekan müavini (1990-1993), ADPU-nun Fəlsəfə kafedrasının müdiri (?-2020); fəlsəfə üzrə elmlər doktoru (1992), professor (2004), Əməkdar müəllim (2012), "İlin alimi" (2012), Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunub. Məhəmməd Balayev 31 dekabr 1938-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 1947-ci ildə Xanlıqlar kənd orta məktəbinin birinci sinfinə gedib. 1953-cü ildə həmin məktəbin 7-ci sinfini bitirərək, Qazax şəhər 1 saylı orta məktəbinin səkkizinci sinfinə daxil olmuş, 1955-ci ildə məktəbi bitirmişdir. Təhsilimi davam etdirərək 1956-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə universiteti bitirib. 1961-1962-ci illərdə Yardımlı rayonunun Arus kənd orta məktəbində tarix, dil, ədəbiyyat müəllimi işləmişdir. 1962-1963-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunun 1, 82, 115 saylı orta məktəblərində müəllim işləyib. 1964-1967-ci illər Azərbaycan AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil alıb. 1967-1973-ci illər AMEA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışıb.
Məmmədəli Balayev
Balayev Məmmədəli Bəşir oğlu (23 mart 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən), "Qızıl Dərviş" mükafatçısı. Məmmədəli Balayev 1939-cu ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan Daşkəsən rayonuna deportasiya olunmuşdur. 1954-cü ildə Mədənçilərin Mədəniyyət evində bədii özfəaliyyət dərnəyi təşkil etmişdir. Sonra Məmmədəli Balayev Moskva Dövlət İncəsənət Universitetinin iki illik rejissorluq kursunu və həmçinin Pedoqoji İnstitutun "Dil-ədəbiyyat" fakültəsini bitirmişdir.1961-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır.Gəncə Dövlət Dram Teatrının səhnəsində "Məhəbbət əfsanəsi"ndə Xosrov, "Pələng dərisi geyinmiş pəhləvan"da Tariyel, "Qaramanlı Qamboy"da Hacı Zeynəlabdin Tağıyev, "Komsomol poeması"nda Cəlal, "Nəriman ata"da Nəsif bəy Yusifbəyov, "Sokratla söhbətlər"də Anit, "Üç qəpiklik opera"da Gənc,"Dağlı qızı"nda Yusif, "O olmasın bu olsun"da Qoçu Əsgər, "Qatır Məmməd"də Əziz, "Qaçaq Nəbi"də Səlim bəy, "Ağıllılar və dəlilər"də Ədhəm Tağıyev,"Bu dünyanın adamları"nda Qulaməli, "Eşq və intiqam"da Piri baba, "Oktay Eloğlu"nda Hacı Zaman, "Qana qan"da Tacir, "Bəxtsiz cavan"da Hacı Səməd ağa, "Əsrin möçüzəsi"ndə Ədalət, "Qəribə oğlan"da Barsuq, "Son məktub"da Vahid, "Məhəbbətin qənimi"ndə Həkim, "Dan yeri söküləndə"də Cəlil ağa və digər başqa maraqlı obrazları yaratmışdır. Eyni zamanda 1990-cı ildə Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, N. Gəncəvinin Xəmsəsi motivləri əsasında hazırlanmış tamaşalarda Nizami Gəncəvi obrazının əvəzolunmaz ifaçısı kimi tamaşaçıların hörmət və rəğbətini qazanmışdır. Məmmədəli Balayev həmçinin "Bu dünyadadır", "Sizi unutmarıq" və "Qəza" pyeslərinin müəllifidir. 28 oktyabr 2000-ci il tarixində Respublikanın əməkdar artisti, 10 mart 2002-ci il tarixində "Qızıl Dərviş" mükafatını almışdır. 13 fevral 2014-cü ildə xalq artisti fəxri adına layiq görülmüşdür.
Orxan Balayev
Rasim Balayev
Rasim Balayev (8 avqust 1948, Ağsu rayonu) — Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022-ci ildən) və keçmiş katibi (1990–2013). Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
Rəsul Balayev
Rəsul Ənvər oğlu Balayev (2 avqust, 1956)— iqtisad elmləri doktoru, professor. Rəsul Balayev 1956-cı ilin avqustun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. 1973-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfaтı İnstitutunda oxumuş, institutu "İqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1981-ci illərdə Ümumittifaq Elmi-Тədqiqat Layihə-Тexnoloji İnstitutunun Azərbaycan filialında işləmişdir. 1981-1984-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1987-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 2001-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1985-1989-cu illərdə D.Bünyadzadə adına AzXТİ-də elmi işçi, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent işləmişdir. Hazırda həmin universitetin professoru və "İnformatika" kafedrasının müdir əvəzidir. 4 monoqrafiyanın, bir neçə dərslik,dərs vəsaiti, kitabçanın, ölkədə və xaricdə çap olunmuş 80-dən artıq (cəmi 100 çap vərəqindən artıq həcmdə) elmi məqalənin müəllifidir.
Zori Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Zoriy Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Çingiz Balayev
Şahin Balayev