1. Qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və sairə; alacaq, verəcək. Borc pul verənin dili uzun olar. ( Ata. sözü ).
□ Borc almaq – qaytarmaq şərti ilə birindən bir şey və ya pul almaq.
Borc etmək – borc olaraq birindən pul və ya başqa şey almaq.
Borc vermək – qaytarmaq şərti ilə birinə bir şey və ya pul vermək.
Borca düşmək (batmaq, girmək) – çoxlu borc etmək, ondan-bundan çoxlu borc almaq.
Borca salmaq – borca düşməsinə, özündə olmadığı üçün başqasından borc almasına səbəb olmaq.
Borcdan qurtarmaq (çıxmaq) – bütün borclarını verib qurtarmaq.
Borcunu vermək – 1) almış olduğu borcu geri qaytarmaq.
2) məc. vəzifəsini, borcunu yerinə yetirmək.
2. Ödənilməmiş vergi və s. Vergi borcları.
3. Vəzifə.
□ Borc bilmək – özünə vəzifə hesab etmək.
Borc olmaq – vəzifə olmaq, ödəniləsi lazım gəlmək, üzərinə vəzifə qoyulmaq. Borc olsun, əvəzini çıxarıq.
4. Haqq, minnət. O mənə çox yaxşılıq edib, mənim ona çox borcum var.
□ Borcdan çıxmaq – əvəzini vermək, minnətdən çıxmaq, qarşılığını vermək.
◊ Nə borcum(a), nə borcun(a), nə borcumuzdur (borcundur) – mənə (sənə) dəxli yoxdur, mənə (sənə) aid deyil, mənim işim (sənin işin) deyil, nə işimə (nə işinə).
Borcun( a), borcum(a) deyil, sənə (mənə) borc deyil – bax nə borcum(a). …[Güləndam:] De ki, sənin borcun deyil, … vaxtını mən özüm gələrəm, deyərəm.