CƏBHƏ

is. [ ər. ] hərb.
1. Düşmənlə üzüzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt. Cəbhə boyu hücuma keçmək.
– Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev.
Qəhrəmanla Eldar cəbhə yoldaşı idilər. M.Rzaquluzadə.

// Hər hansı bir yerdə çox geniş miqyasda aparılan hərbi əməliyyat. Cəbhə ləğv edilmişdir.
// Müharibə vaxtı ən iri qoşun birləşməsi, qoşun hissəsi. Cəbhə komandanı. Cəbhə qərargahı.
2. məc. Eyni vaxtda kütləvi surətdə, geniş miqyasda iş aparıla bilən yer, sahə. Bir cəbhənin adamları.
– Hərə öz cəbhəsində; Bir vəzifə daşıyır. M.Rahim.

// Hər hansı bir dövlət və ya siyasi fəaliyyət sahəsi. İdeoloji cəbhə. Əmək cəbhəsi.
– “Əkinçi” nəşr edildiyi gündən son nömrəsinə qədər iki cəbhə, iki ictimai görüş və iki meyil arasında gedən mübarizəni əks etmişdir. M.İbrahimov.

// məc. Bir məqsəd, bir amal uğrunda çalışan adamların ən geniş birləşməsi. Sülh tərəfdarlarının vahid cəbhəsi. Xalq cəbhəsi.
3. meteor. Müxtəlif hava kütlələri arasında bölgü zonaları. Atmosfer cəbhəsi.
◊ Hər iki cəbhədə – iki istiqamətdə. Hər iki cəbhədə fəaliyyət göstərmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏBHƏ CƏBHƏ Odur səni oğul kimi cəbhələrdən keçirən; Odur sənə əlləriylə abu-həyat içirən (M.Rahim); CƏDƏLGAH Bizi bu cədəlgaha; Atar-atmaz anamız; Başlar m
CƏBƏL
CƏBHƏÇİ

Digər lüğətlərdə