COY

adj 1. utancaq, təyazökar, ədəbli (əsas. qadın haq.); 2. tənha, yalqız, tək-tənha, xəlvət, uzaq (yer haq.)

COXCOMBRY
COYLY
OBASTAN VİKİ
Bill Coy
Bill Coy (ing. William Nelson Joy) — (8 noyabr 1954) Amerikalı alimi, "Sun Microsystems" şirkətinin qurucusudur == Həyatı == Bill Coy 8 noyabr 1954-cü ildə Michiganda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində amerikalı alim, Unix əməliyyat sistemi üçün proqram təminatının müəllifi, "Sun Microsystems" şirkətinin qurucusu Bill Coy Qreys Mürrey adına mükafatın laureatı olan Coy məşhur "Vi" mətn redaktorunun da müəllifidir. 1971-ci ildə Enn Arbor şəhərində Miçiqan Universitetinin yeni kompüter mərkəzinin açılışı oldu. Bill Coy elə həmin il Miçiqan Universitetinə daxil oldu. O, bioloq, ya da riyaziyyatçı olmaq istəyirdi, amma birinci kursun axırlarında təsadüfən kompüter mərkəzinə baş çəkdi və "həmişəlik" orada qaldı. Kompüter Mərkəzi onun həyatına çevrildi. Coy vaxt tapan kimi proqramlaşdırma ilə məşğul olurdu. 1975-ci ildə Coy Berklidə Kaliforniya Universitetinin aspiranturasına girdi. Fəlsəfə doktoru adını almaq üçün verdiyi şifahi imtahanda o, milçək uçuşunun elə mürəkkəb alqoritmini yaratdı ki, sonralar pərəstişkarlarından biri yazırdı:"O, imtahan götürən müəllimləri o qədər heyrətləndirmişdi ki, hətta onlardan biri onu müdrikləri təəccübləndirən İisusa oxşatmışdı".
Coy Mangano
Coy Mangano (15 fevral 1956, Bruklin, Nyu-York ştatı) — möcüzəli pol ağacı ixtirası ilə tanınan amerikalı ixtiraçı və sahibkar. İngenious Dizayn, MMC-nin prezidenti idi və 2018-ci ilin sonlarına qədər ABŞ televiziya ticarət kanalı olan HSN -də müntəzəm olaraq çıxış edirdi.Mangano, 2017-ci ildə "Sevinc ixtirası" adlı avtobioqrafiyasını yayımladı. 2015-ci ildə Coy Manganonun həyatına əsaslanan Sevinc (Joy) filmi çəkilmişdir. Cennifer Lourens Mangano'nu canlandırdığı üçün Ən Yaxşı Aktrisa adına Akademiya Mükafatına namizəd olmuşdu. == Erkən həyatı == Mangano, 1956-cı ildə, İst-Medoy, Nyu-York, İtalyan - Amerikan ailədə anadan olmuşdur. Mangano, ixtiralarına yeniyetmə vaxtlarında başlayır, Lonq-Aylend -hospitalda başlamışdır o, ev heyvanlarının təhlükəsizliyini təmin etmək üçün lüminessensiya yaxasını xəyal etdi. Bənzər bir dizaynı olan bir məhsul gələn il Hartz Mountain tərəfindən buraxıldı. 1978-ci ildə Peys Universitetində biznesin idarə edilməsi ixtisasını bitirdikdən sonra, boşanmış bir ana kimi üç övladını ofisiant və hava rezervasyonları meneceri də daxil olmaqla müxtəlif işlərdə çalışmaqla böyüdürdü. == İxtiraları == Mangano, 71 patent ailəsinin və 126 fərqli patent nəşrinin ixtiraçısıdır. "Düşünürəm ki, məhsullarıma kütləvi ehtiyac olduğu üçün uğurlu oldular" deyə Mangano demişdi.
Anya Teylor-Coy
Anya-Cosefin Mari Teylor-Coy (ing. Anya-Josephine Marie Taylor-Joy; 16 aprel 1996, Mayami, Florida) — ABŞ-Britaniya-Argentina aktrisası. == Həyatı == 16 aprel 1996-cı ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Londona köçdü. 16 yaşında aktrisalıq fəaliyyətinə başlamaq üçün məktəbi tərk etdi. "Storm Model Managment" adlı agentliklə müqavilə imzalayaraq aktrisalıq fəaliyyətinə başladı.
Coy Lens Mikels
Coy Lens Mikels (29 mart 1994, Ziqburq, Şimali Reyn-Vestfaliya) — Misli Premyer Liqasında çıxış edən Sabahın futbolçusu. == Karyerası == === Sabah === 10 iyul 2021-ci ildə "Sabah" ilə müqavilə imzaladı. "Sabahda" ilk matçına 14 avqust 2021-ci ildə keçirilən "Sabah"-"Səbail" matçında çıxıb. Eyni zamanda matçın 75 və 90+2-ci dəqiqələrində sarı vərəqə ilə cəzalanıb, matçın 90+2-ci dəqiqəsində meydandan qovulub. Matç "Səbailin" 0–1 hesablı qələbəsi ilə başa çatıb. "Sabahda" ilk qolunu 31 oktyabr 2021-ci ildə keçirilən "Qəbələ"-"Sabah" matçının 20-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Mikels 90+2-ci dəqiqədə əvəzlənib. Matç "Sabahın" 1–3 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın heyətində ilk Azərbaycan Kuboku matçına 11 dekabr 2021-ci ildə keçirilən "Sabah"- "Kəpəz" matçında çıxıb. Eyni zamanda matçın 57 və 61-ci dəqiqələrində fərqlənməyi bacarıb.
Dəfnə Coy Foster
Dәfnә Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975, İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və Amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan Sehrli Anam teleserialında oynadığı Eda obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir. == Həyatı == Dəfnə 2 sentyabr 1975-cu ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkәr Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Әhmәd Altanın oğlu Kәrәm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dәfnәnin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir.
Ceyms Coys
Ceyms Oqastin Aloyşes Coys (ing. James Augustine Aloysius Joyce; 2 fevral 1882[…], Ratqar[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 13 yanvar 1941[…], Sürix[…]) — irland romançı, hekayə yazarı, şair, müəllim və ədəbiyyat tənqidçisi. Modernist avanqard cərəyanına töhfələr vermiş Coys 20-ci əsrin ən nüfuzlu və mühüm yazıçılarından biri hesab edilir. O, ən əsas Homerin Odisseya epik poemasındakı epizodların bir çox ədəbi üslub, xüsusən də, şüur axınının vəhdətiylə xarakterizə olunan Uliss romanı ilə məşhurdur. Müəllifin digər məşhur əsərlərinə Dublinlilər (1914) adlı hekayələr toplusu, Sənətkarın gəncliyindəki portreti (1916) və Finneqanın yası (1939) romanları daxildir. Onun digər əsərlərinə üç şeir kitabı, bir pyes, nəşr olunmuş məktubları və jurnalistik yazıları aiddir. Coys Dublində, orta təbəqəyə aid bir ailədə dünyaya gəldi. Ağıllı və çalışqan tələbə olan Coys yezuit məktəbləri olan Klonqous Vud Kolleci və Belveder Kollecində akademik göstəriciləri ilə seçilməzdən öncə atasının qeyri-stabil maddi gəlirindən qaynaqlanan xaotik vəziyətə baxmayaraq, Xristian Qardaşlar Cəmiyyəti tərəfindən idarə olunan O’Konnell məktəbinə getdi. O, təhsilini Dublin Universitet Kollecində davam etdirdi. 1904-cü ildə erkən 20-li yaşlarında olan Coys gələcək həyat yoldaşı Nora Barnakl ilə kontinental Avropaya köçdü.
Coys Ayrin Ekroyd
Coys Ayrin Ekroyd (ing. Joyce Irene Ackroyd; 23 noyabr 1918, Nyukasl[d], Yeni Cənubi Uels – 30 avqust 1991, Oşenflover[d]) – Avstraliya yaponşünası, pedaqoqu, tərcüməçisi və akademiki. == İlk illəri == Coys Ekroyd 23 noyabr 1918-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Nyukasl şəhərində ailənin ikinci uşağı olaraq doğulmuşdur. Onun atası Alfred Volter Qoldsmit Ekroyd memar idi. Ekroyd Nyukasl və Parramatta liseylərində təhsil almışdır. O, uşaq yaşlarından etibarən Yaponiyaya maraq göstərməyə başlamışdır. Yaponiya incəsənəti, yapon dili və samuraylar onu ən çox cəlb edən mövzular olmuşdur. O, 1936-cı ildə Sidney Universitetində müəllim təqaüdü ilə yapon dili üzrə təhsil almaq istəsə də, icazə ala bilməmişdir. Çünki həmin dövrdə Avstraliya məktəblərində yapon dilinə tələb çox aşağı idi. Buna görə də universitetdə ingilis dili, riyaziyyat və tarix üzrə təhsil almışdır.
Coys Ekroyd
Coys Ayrin Ekroyd (ing. Joyce Irene Ackroyd; 23 noyabr 1918, Nyukasl[d], Yeni Cənubi Uels – 30 avqust 1991, Oşenflover[d]) – Avstraliya yaponşünası, pedaqoqu, tərcüməçisi və akademiki. == İlk illəri == Coys Ekroyd 23 noyabr 1918-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Nyukasl şəhərində ailənin ikinci uşağı olaraq doğulmuşdur. Onun atası Alfred Volter Qoldsmit Ekroyd memar idi. Ekroyd Nyukasl və Parramatta liseylərində təhsil almışdır. O, uşaq yaşlarından etibarən Yaponiyaya maraq göstərməyə başlamışdır. Yaponiya incəsənəti, yapon dili və samuraylar onu ən çox cəlb edən mövzular olmuşdur. O, 1936-cı ildə Sidney Universitetində müəllim təqaüdü ilə yapon dili üzrə təhsil almaq istəsə də, icazə ala bilməmişdir. Çünki həmin dövrdə Avstraliya məktəblərində yapon dilinə tələb çox aşağı idi. Buna görə də universitetdə ingilis dili, riyaziyyat və tarix üzrə təhsil almışdır.
Coys Ellen Salisberi
Coys Ellen Salisberi (ing. Joyce E. Salisbury; 1944, Arizona) — ABŞ tarixçisi. O, Viskonsin-Qri-Bey Universitetində humanist tədqiqatlar üzrə fəxri professordur. Salisberi 1993-cü ildə buradan Frankental ailəsinin adına görkəmli professor tituluna layiq görülmüşdür.Salisberi erkən və orta əsrlərin sosial və gender tarixinə, həmçinin erkən xristianlığa toxunan yüzlərlə nəşrin və ondan çox kitabın müəllifidir.
Coys Uinifred Vikeri
Coys Uinifred Vikeri (ing. Joyce Winifred Vickery; 15 dekabr 1908 – 29 may 1979, Melburn) — Avstraliya botaniki.
Coystik
Coystik (ing. Joystick; "oyun çubuğu") — adətən, kompüter oyunlarında istifadə olunan populyar qurğu. Coystikin, adətən, kvadrat və ya düzbucaqlı plastmas korpusu olur və ora şaquli tutacaq bərkidilir. Tutacağın neytral vəziyyətdən müxtəlif istiqamətlərə hərəkət etdirilməsi ekranda kursorun və ya obyektin nisbi hərəkətini idarə edir, tutacağı buraxdıqda isə obyekt dayanır. Düymələr proqramın müxtəlif funksiyalarını aktivləşdirir və ya başladır. İstehsalatın avtomatlaşdırılmış idarəolunması sahəsində obyektin mütləq yerdəyişməsini idarə etmək üçün, adətən, coystikdən istifadə olunur. Bəzi modellərdə coystiklərdə təzyiq vericisi montaj edilir. Bu halda istifadəçi dəstəyi nə qədər qüvvətli sıxırsa, kursor displeyin ekranında o qədər cəld hərəkət edir. Oyun manipulyatorlarının "ulu babası" olan bu qurğudan simulyatorlarda, arkad tipli kompüter oyunlarında, oyun konsollarında geniş istifadə olunur. Bəzi coystiklərdə tutacaq hərəkət etməklə yanaşı, öz oxu ətrafında fırlana da bilir.
Eugenia coyolensis
Eugenia coyolensis (lat. Eugenia coyolensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Senecio coymolachensis
Senecio coymolachensis (lat. Senecio coymolachensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Ölülər (C. Coys)
"Ölülər" — irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının baş əsəri hesab olunur. Yazıçı povesti yazarkən (1907) cəmi 25 yaşı vardı. Ceyms Coys əsərdə ölülərlə dirilər arasında mövcud olan əlaqə probleminə toxunur. Əsərdə həm də insanların bir-birini anlamamasına, hər bir fərdin tənhalığı, yalqızlığı, digər fərdlər üçün anlaşılmayan sirli bir aləm olduğu məsələsi gündəmə gətirilir. == Məzmunu == "Ölülər" povesti avtobioqrafik əsərdir. Qabriel Konroy gənc yazıçı Ceyms Coysa çox oxşayır. Qreta Konroyun protitipi isə Coysun öz arvadıdır. Qabriel xalalarıgildəki baldan qayıdanda təsadüfən öyrənir ki, arvadı onu sevmir, heç vaxt da sevməyib; Qreta çox gənc yaşlarında tanış olduğu Maykl adlı oğlanı sevirmiş, indi də onu sevir. Maykl artıq həyatda yoxdur, çoxdan ölüb, lakin Qreta hələ də onu sevir. — Bunu biləndə Qabriel qəzəblənir, lakin sonra onun qəzəbini mərhəmət və qibtə əvəz edir: Mayklı sədaqətlə sevib, bu sevgini hamıdan gizlə saxlayan arvadına rəhmi gəlir, bir insan kimi ona rəğbəti də artır, öz ehtirasının qurbanı olmuş Maykla həsəd aparır.
Coypad
Oyun pultu, həmçinin geympad (ing. gamepad) və ya coypad (ing. joypad) — oyun kontrolleri növü. Bu, iki əllə tutulan uzaqdan idarəetmə qurğusudur, onun funksiyalarını idarə etmək üçün baş barmaqlardan istifadə olunur. Bir çox müasir kontrollerlər istiqamət düymələri ilə birlikdə analoq çubuqlardan istifadə edirlər. Bu, "Nintendo 64", "Sony PlayStation" və "Sega Saturn" konsollarının meydana çıxmasından sonra populyarlıq qazanmışdır. Geympadlar oyunçu və oyun konsolu arasında qarşılıqlı əlaqəni təmin edir. Geympadlar həmçinin onları dəstəkləyən oyunlarda fərdi kompüterlərdə istifadə olunur, oyunçunun klaviaturasını və siçanı əvəz edir.