1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar.
İki dəfə iki – dörd. Dörd yaş.
2. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən və “yaxşı” ifadə edən nömrə. Dərslərdən 4 almaq.
◊ Dörd bir tərəf – dövrə, hər tərəf, hər yan, ətraf. Qalanı dörd bir tərəfdən mühasirəyə aldılar.
Dörd bir yan – bax dörd yan.
Bu görünən qaladır; Dörd bir yanı taladır. ( ).
Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – bax divar.
Dörd əllə – ürəklə, həvəslə, bərk-bərk.
Naznaz Qaraşı vurub çölə atmadı, gün-gündən dörd əllə ondan yapışdı.
Dörd gözlə – 1) səbirsizliklə, böyük bir intizarla. Dörd gözlə gözləmək.
– …Hamısı da axır möhtərəm Elçinin yolunu dörd gözlə gözləyirdilər!… ;
// diqqətlə, böyük həvəslə. Anamın şəklini görüb dörd gözlə qəzeti oxumaq istədim. Mir Cəlal;
2) çox sayıq bir surətdə.
Dörd olmaq – çox böyümək, çox artmaq.
Yenə dörd oldu suyu irmağın.
Dörd tərəf – bax dörd bir tərəf.
[Aydəmir:] Yoldaşları dörd tərəfdən atdılar.
Dörd yan – bax dörd tərəf.
Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar.
Hər gölməçənin dörd yanında torpaqdan sədd çəkmişdilər.
Dörd yanına (tərəfinə) baxınmaq (boylanmaq) – çaşmaq, şaşırmaq, çaşaraq təlaşla ətrafına baxınmaq.
Dörddə alacağım (alacağın, alacağı) yox, beşdə verəcəyim (verəcəyin, verəcəyi) – dərdsizlik, qayğısızlıq mənasında.
Dörddə bir – çox az miqdar, bir şeyin çox az hissəsi.
Ey əcəb, mən ki sədaqət yolunu azmayıram! Hələ gördüklərimin dörddə birin yazmayıram!