DƏDƏ

is.
1. Ata. Dədə görməyib, elə bilir ki, Şaqqulu da bir dədədir. ( Ata. sözü ).
[Qurban:] Dədəm öldü, mən də qaldım on altı-on yeddi yaşında. Ə.Haqverdiyev.
Dədəmin övladı olmamağına görə nəzir eyləyir ki, bir qızım olsun, seyidə verim. Çəmənzəminli.

// Ataya müraciət. [Əmiraslan dedi:] Dədə! Mən məktəbə getməyəcəyəm.
Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov.

2. Ustad aşıq, ustad.
De, hara sığışar, hara, ey zaman; Bu boyda təhqirə xalqın dözməsi; Dədə Qorqud kimi dədəsi olan; Millətin özünə dədə gəzməsi. B.Vahabzadə.

◊ Dədəsi yanmaq – bax atası yanmaq (“ata”da).
Çit almaqdan dədəm yandı; Yudun, yırtdın, xarab etdin. M.Möcüz.

Dədəsinə od vurmaq – bax dədəsini yandırmaq.
Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov.

Dədəsini yandırmaq – bax atasını yandırmaq (“ata”da). Yadından çıxartma ki, kirpinin də hər bir tərəfi tikandır, amma balaca qarışqa onun dədəsini yandırır. “M.N.lətif.”.
Meşənin içində bir ağacın oyuğunda pişik göyərçini gizlətdi, dedi: – Sən dur burada, mən gələnə kimi sən buradan çıxsan, dədəni yandıraram. (Nağıl).

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏDƏ 1. DƏDƏ Hamı gözləyir ki, çıxsın ortaya; Yeni bir qəhrəman, müdrik bir dədə (X.Rza); USTAD Biz artıra bilmədik sözün qədrini, ustad! Əydik də qamış ki
  • DƏDƏ ata
  • DƏDƏ baba — əcdad

Etimologiya

  • DƏDƏ Qədim hind sözü kimi yozurlar, mənası “ata’ deməkdir. Məncə, türk mən­şə­lidir, dad (dadızdır, dadlı
DƏCLƏNMƏK
DƏDƏ-BABA

Digər lüğətlərdə