Nikolay Danilevski
Nikolay Yakovleviç Danilevski (rus. Никола́й Я́ковлевич Даниле́вский; 4 (16) dekabr 1822 və ya 28 noyabr (10 dekabr) 1822, Livnı qəzası[d], Orlov quberniyası[d], Rusiya imperiyası – 7 (19) noyabr 1885, Tiflis) — rus sosioloqu.
== Həyatı ==
== Əsas ideyaları ==
Rus alimlərindən Nikolay Yakovleviç Danilevski (1822–1885) tərəfindən aparılan sivilizasiyaların təsnifatı 5 əsas amilə söykənirdi: vahid dil birliyi, siyasi müstəqillik, qarşılıqlı təsir, tədrici inkişaf mərhələləri və müxtəlif etnik köklərin birləşməsi. O, dünyada özünəməxsusluğu ilə seçilən cəmiyyətləri "mədəni tarixi tiplər" adlandırırdı və onları tarix səhnəsində əsas subyektlər hesab edirdi. Onun təqdim etdiyi bəşər cəmiyyətinin "mədəni-tarixi tip"lərə bölgüsü (N. Danilevskinin təsnifatında 13 fərqli sivilizasiya tipi fərqləndirilir: Misir, Çin, Semit, Hind, İran, Yəhudi, Yunan, Roma, Ərəb, German-Roman, Slavyan və artıq məhv olmuş Meksika və Peru) sivilizasiyaların inkişaf tarixinin çoxnövlüyünün nümunəsini ortaya qoymuş oldu.
Bu yerdə məşhur alimin slavyan və türk mədəni tiplərini necə xarakterizə etməsinə də qısaca toxunmaq istərdik. Belə ki, Danilevskinin Slavyan sivilizasiyasının xarakteristikası və gələcəyi ilə bağlı özünəməxsus geosiyasi yanaşması var idi. O, bütün slavyan xalqlarını bir mədəni tipə aid edərək, onların birləşməsinin və paytaxtı keçmiş Bizansın mərkəzi Konstantinopol (o, Konstantinopolu Çarqorod adlandırırdı) olmaqla vahid dövlət yaratmasının zəruriliyini qeyd edirdi. Slavyanofil müəllifin türklərin sivilizasiya qruplaşmalarında rolu ilə bağlı mövqeyi isə daha çox təmsil etdiyi slavyanofillərin şovinist-millətçi hisslərindən irəli gəlirdi. Belə ki, o, "Rusiya və Avropa" kitabında yazırdı: "Günəş sistemində planetlərlə bərabər zaman-zaman ortaya çıxan və sonra da kosmik məkanda itib-batan kometalar olduğu kimi, bəşəriyyət tarixində də müsbət yönlü mədəni tiplər və ya müstəqil sivilizasiyalardan əlavə müvəqqəti ortaya çıxan və öz həmyaşıdlarına əsaslı təsir göstərən fenomenlər mövcuddur.