DEŞİK

is.
1. Dəlik, dərin daz çuxur. Deşiyi bərkitmək. Deşikdən siçan çıxdı.
– Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. C.Məmmədquluzadə.

// Boşluq, boş yer.
[Tülkü] öz heyvanlığı ilə heç bir zaman bir deşiyi olan yuvada yaşamaz, onun yuvasında iki deşik olmalıdır. M.S.Ordubadi.

// Cırıq yer, yırtıq yer, deşilmiş yer. Vedrə deşiyindən damır.
2. sif. Cırıq, yırtıq, deşilmiş, cırılmış. Deşik kisə. Deşik qazan. Deşik corab.
3. Bir şeyin (məs.: burnun, qulağın və s.-nin) dairəvi şəkildə olan içi. Burun deşiyi. Qulaq deşiyi.
– Umud yavaşca nəfəs çəkdi və elə bildi ki, toz burnunun deşiklərindən keçib dilçəyində palçığa döndü. İ.Məlikzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DEŞİK dəlik
  • DEŞİK cırıq — yırtıq
  • DEŞİK 1. DEŞİK (yırtılmış bir yer) Onların bağında, gözümə ağac deşiyində qayrılmış bir alacəhrə yuvası sataşdı (S
DEŞİCİ
DEŞİK-DEŞİK
OBASTAN VİKİ
Qara deşik
Qara dəlik — zərrəciklər və işıq kimi elektromaqnit dalğaların içindən qaça bilmədiyi güclü qravitasiyaya sahib fəza-zamanın bir nahiyəsi. Ümumi nisbilik nəzəriyyəsinə görə, kifayət qədər kompakt kütlə fəza-zamanı deformasiya edərək bir qara dəlik formalaşdıra bilər. Heç bir obyektin qaçışının mümkün olmadığı bölgənin sərhədinə hadisə üfüqü deyilir. Hadisə üfüqü onu keçən obyektin vəziyyətinə böyük ölçüdə təsir göstərməsinə baxmayaraq, lokal olaraq aşkar edilə bilən xüsusiyyətlər müşahidə edilmir. Bir çox cəhətdən, qara dəlik işığı əks etdirmədiyi üçün ideal qara cisim kimidir. Üstəlik, əyri fəza-zamanda kvant sahə nəzəriyyəsi proqnoz edir ki, qara dəlik kütləsi ilə tərs mütənasüb şəkildə, qara cismin şüalandırdığı istilik ilə eyni spektrumda Hokinq radiasiyası yayır. Bu temperatur ulduz qara dəlikləridə milyardlarla kelvinə bərabər olduğuna görə onların müşahidə edilməsini imkansızlaşdırır. Qravitasiya sahəsi işığın qaça bilməyəcəyi qədər güclü olan cisimlər ilk dəfə 18-ci əsrdə Con Mixel və Pyer Simon Laplas tərfindən nəzərə alındı. Qara dəliyi xarakterizə edən ümumi nisbiliyin ilk müasir həlli 1916-cı ildə Karl Şvartsşild tərəfindən tapılmışdır, ancaq heç bir şeyin qaça bilməyəcəyi fəza bölgəsi olaraq şərhi ilk dəfə Devid Finkelştein tərəfindən 1958-ci ildə nəşr edildi. Qara dəliklər çoxdan bəri riyazi maraq hesab olunurdu; 1960-cı illərdə nəzəri tədqiqatlar ümumi nisbiliyin ümumi proqnozu olduğunu göstərdi.

Digər lüğətlərdə