Uncharted 3: Drake’s Deception
Uncharted 3: Drake’s Deception — Naughty Dog tərəfindən hazırlanıb Sony Computer Entertainment tərəfindən nəşr edilən, döyüş-macəra, platforma və üçüncü şəxs atıcı növlərindəki, yalnız PlayStation 3 üçün hazırlanan videooyunu. Uncharted seriyasının Uncharted 2: Quldurlar Arasında'dan sonra çıxan üçüncü oyun. Şimali Amerikada 2011-ci ilin Noyabrın 1-də, Avropada 2011-ci ilin Noyabrın 2-də, Avstraliyada isə 2011-ci ilin Noyabrın 3-də satışa çıxarılmışdır. Bəzi əlavələ məzmunlar ehtiva edən "İlin Oyunu" versiyası isə Şimali Amerikada 2012-ci ilin Avqustun 28-də, Avropada isə 2012-ci ilin Sentyabrın 21-də satışa çıxarılmışdır.
Uncharted 3 qəhrəmanı Neytan Dreyk'in və ağıl müəllimi Viktor Sullivan'ın əfsanəvi itkin şəhər olan Quranda bəhs edilən sütunlar İramını axtaran Rub əl-Xali səhrası kimi yerlərə dünya səviyyəsində səyahət etdiyini görür. Elena Fişer və Kloyi Freyzer də Uncharted 3-də geri dönürlər. Sujet, Tomas Edvard Lourensin arxeologiya günlərindən qaynaqlanmaqdadır. Naughty Dog'un ictimaiyyət strateqi Arne Meyer, "Uncharted 3'ün əsas mövzusunun 'yolu tapmaq'" olduğunu ifadə etdi.
Uncharted 3: Drake’s Deception tənqidçilər tərəfindən bəyənildi, baxılış ümumi veb saytında Metacritici %92-ə çatdı və 2011-ci ilin ən yaxşı videooyunlarından biri halına gəldi. Uncharted 3', rəy verənlər ssenari aktyorluq, qrafik, kino kimi sahələri çox sevdiklrəinə görə oyun "İlin Oyunu" mükafatı aldı, ancaq oyun texniki problemlərə, tək-oyuncu əlavələrinin qıtlığına və başqa səbəblərə görə tənqid olundu.