1. Qıçın diz oynağı olan hissəsi, bükülən yeri. Dizlərini bükmək.
– Getdim bağa üzümə; Tikan batdı dizimə. ( ).
Göy ot dizdən yuxarı qalxmışdı.
□ Diz qapağı – dizin üstündəki sümük.
[Nurəddinin] sağ ayağı diz qapağından çıxmışdır.
[Qədir] … ovucları ilə diz qapaqlarını ovdu, ayaqlarını oynatdı.
Diz oynağı – baldır sümüyünü bud sümüyü ilə birləşdirən oynaq.
// Şalvarın, qıçın həmin yerini örtən hissəsi. Şalvarın dizləri sürtülüb.
2. Qıçın diz oynağından buda qədər olan hissəsi. Uşağı dizi üstündə oturtmaq.
– …Kərbəlayı Cəfər dizi üstə oturub üzüqoylu düşmüşdü çörəyin üstə.
◊ Diz çökdürmək, diz üstə çökdürmək – zorla tabe etmək, tabe olmağa, təslim olmağa məcbur etmək.
Tarixi əzmiylə yaradanları; Niyə çökdürdünüz bu gün diz üstə?
Diz çökmək, diz üstə çökmək – 1) dizlərini yerə dayayaraq oturmaq və ya təzim əlaməti olaraq dizlərini yerə qoyaraq əyilmək.
Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz üstə çöküb yalvarırıq, əlac olmayır.
Məhkum ayağa qalxaraq, Abbasqulu ağanın qarşısında diz çökdü… ;
2) məc. tabe olmaq, itaət etmək, təslim olmaq.
[Qətibə:] Əlahəzrətin özü, Qızıl Arslanın qarşısında diz çökəcəyini görəcəkdir.
Tarix özü şahid olub; Bu dostluğun qarşısında; Düşmənin diz çökdüyünə.
Dizə çıxmaq – həddən artıq çox olmaq. Zibil dizə çıxırdı.
– Gün isti, yer qızğın, toz çıxır dizə; Çibinlər, milçəklər soxulur gözə.
Dizlərini qucmaq (qucub oturmaq) – məyus, aciz, naəlac bir halda oturmaq, yazıq-yazıq oturmaq.
Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub?