ə. inci, mirvari. Dürri-guş qulaq incisi (yadda saxlanmalı söz); dürri-xoşab «xoşsulu dürr» çox iri mirvari; dürri-nasüftə «deşilməmiş dürr» 1) ərə getməmiş qız, bakirə qız; 2) m. kimsə tərəfindən söylənməmiş söz; dürri-şahvar «şahanə dürr» çox iri mirvari; dürri-yetim yetim dürr (bir sədəf içində tək bir dənə mirvari).