EHTİYATSIZ

sif.
1. Ehtiyat gözləməyən, işin dal-qabağını gözləməyən, qabaqcadan tədbir görməyən, tədbirsiz, üsulsuz. Ehtiyatsız adam.
– Bəzən ehtiyatsız, kiçik bir xata; Böyük faciələr yaradır, demək! S.Vurğun.
…Gurşad yağmur ehtiyatsız yolçuları islanmış cücəyə döndərir. M.Rzaquluzadə.

// Zərf mənasında. Ehtiyatsız iş görmək. Ehtiyatsız davranmaq.
2. Heç bir ehtiyatı, tədarükü olmayan. Ehtiyatsız ev. Ehtiyatsız adam.
– Buradır yoxluğa gedən yol, bəli; Ehtiyatsız atma qədəm irəli! Şəhriyar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHTİYATSIZ tədbirsiz — üsulsuz
  • EHTİYATSIZ tədarüksüz

Antonimlər (əks mənalı sözlər)

  • EHTİYATSIZ EHTİYATSIZ – TƏDBİRLİ Bəzən ehtiyatsız, kiçik bir xəta; Böyük faciələr yaradır, demək (S.Vurğun); Görünür sən məndən tədbirlisən (İ
EHTİYATLILIQ
EHTİYATSIZLIQ

Digər lüğətlərdə