EKZÓTİKA

[ yun. ] Avropalılar üçün qeyri-adi görünən hər şey (təbiət, məişət, adət, mədəniyyət və s). Şərq ekzotikası.
– Qazma sahibinin ekzotikaya olan meyli o dərəcəyə yetişmişdi ki, bir metr uzunluğunda, yarım metr enində olan qapıya da təzə bir cecim asdırmışdı. Ə.Əbülhəsən.

// Ümumiyyətlə, qəribə, qeyri-adi şey.
Gələr canlı ekzotika ağaların xoşuna; Əhsən deyər, radiolar xitab edər qoşuna. S.Rüstəm.

Etimologiya

  • EKZOTİKA Yunanca yad, özgə deməkdir. İndi möcüzə mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
EKZOTİ́K
EQOİ́ST

Digər lüğətlərdə