ENİŞ

is. Getdikcə aşağıya enən yer; yuxarıdan aşağıya mail yer (yoxuş əksi).
Dəvəyə dedilər: – Eniş yaxşıdır, yoxuş? Dedi: – Lənət hər ikisinə. ( Ata. sözü ).
[Usta Ağabalanın] getdikcə gözünün qabağından küçəyə tərəf pəncərəsiz evlər, sınıq-sökük divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Çəmənzəminli.
Cavan çobanlardan biri Qumru ilə qarını enişə qədər ötürdü. Ə.Məmmədxanlı.

ENİNƏ
ENİŞ-YOXUŞ

Digər lüğətlərdə