EVLƏNMƏK

f. Arvad almaq, ailə qurmaq üçün qanunən qadınla (qızla) birləşmək.
Zeynəb Xudayar bəyin evindən gedəndən iki ay sonra övrəti öldü və Xudayar bəyə evlənmək lap vacib oldu. C.Məmmədquluzadə.
[Kərimxan:] …iyirmi yaşı olarolmaz özü kimi yetimçilikdə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EVLƏNMƏK EVLƏNMƏK [Rübaba:] Oğul sənin evlənmək, özünə ömür yoldaşı tapmaq vaxtın çatır (H.Abbaszadə); AİLƏ QURMAQ Petya Həmidə: O əyləncələrin axırı yoxdur, ö

Antonimlər (əks mənalı sözlər)

  • EVLƏNMƏK EVLƏNMƏK – BOŞANMAQ Qəribə bu idi ki, Şamxal evlənmişdi (İ.Şıxlı); Mən də səni boşaram, qalarsan canın çıxa-çıxa (Çəmənzəminli)

Etimologiya

  • EVLƏNMƏK Kökü ev sözüdür. İlkin mənası: ev qurmaq, ev sahibi olmaq deməkdir. Indi ailə qurmaq anlamını əks etdirir
EVLƏNMƏ
EVLİ

Digər lüğətlərdə