FARAŞ

sif.zərf [ ər. ] Vaxtından, mövsümündən qabaq, tez əkilən. Faraş əkin.
– Aqronomlar deyirlər ki, faraş səpin yaxşı olur. Ə.Vəliyev.
Faraş səpilmiş reyhan iyi adamı valeh edir. Mir Cəlal.

// Mövsümündən, vaxtından qabaq doğulan (ev heyvanları haqqında). Faraş balalar isə hər gün çimizdirilməli və sərinlikdə saxlanmalıdır.
// Tezyetişən, tezböyüyən. Faraş kələm. Faraş göyərti.
[Gülşən] manqa üzvlərinə altdan-altdan baxıb, kimin nə cür işlədiyinə ciddi nəzər saldıqdan sonra faraş bir kolun yanına gəldi. Ə.Vəliyev.
Bir səs deyir: – Rza, durma! Rza, yaz! Qırçın tarla, faraş qoza, bol pambıqlı yaza yaz! R.Rza.

◊ Faraş gəlmək1) vaxtından qabaq özünü göstərmək, havaların qızışması (əsasən yaz mövsümü haqqında).
İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev.
Yaz da bu il dağ ətəyinə faraş gəlmişdi. B.Bayramov;

2) sürətlə inkişaf etmək, gözlənildiyindən tez böyümək.
Muğanın pambığı faraş gələndə; Qozalar gül açıb üzə gülərdi. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FARAŞ tez — erkən

Etimologiya

  • FARAŞ Ərəbcə “vaxtından tez” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FARAĞAT
FARİNGİ́T
OBASTAN VİKİ
Faraş Tərəvəz (1953)
Faraş tərəvəz (film, 1953)

Digər lüğətlərdə