1. Üzbəüz, üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya.
…Məni nahar yeməyinə saxlamaq istədisə də, mən casuslarla göz-gözə oturub nahar etmək istəmədim.
Kamal təyyarəni döndərib faşist quzğunu ilə üz-üzə, göz-gözə gəlməyi qət etmişdi.
2. məc. Aşkar, açıq-aydın, açıq-açığına.
Dəhənin dilbərimin çeşməyi-heyvan dedilər; Kim inanar bu sözə, göz-gözə böhtan dedilər.
◊ Göz-gözə vuraraq (vurub) – xəlvəti, gizlincə, başqaları görmədən.
İki gündən bir Tutu su gətirmək bəhanəsilə bulağa gedir, göz-gözə vuraraq adamlardan oğurlanıb birbaş Mürsəlin yanına gəlir.