Bio Garden Şəki
Bio Garden Şəki − "BioGarden" eko - aqro turizm təsərrüfatı 2008 - ci ildə qurulmağa başlayıb.
== Tarixi ==
Şəki rayonu Öryət kəndi ərazisində yerləşən 8 hektarlıq bağda 3000 meyvə ağacı vardır. Həmçinin, bağda müxtəlif xarici ölkələrdən gəitirilmiş quşlar, yerli cins digər heyvanlar, arıçılıq təsərrüfatı da mövcuddur. Məkanda məhsulların ziyarətçilərin əldə edə biləcəyi market, orqanik məhsullardan hazırlanan yeməklər və içkilərin təqdim edildiyi restoran, uşaqlar və böyüklər üçün əyləncə yeri, süni göl kompleksləri yerləşir.
== Haqqında ==
"BioGarden" Aqroekoloji Turizm Məkanı 2010 - cu ildən etibarən biznes turizm fəaliyyəti göstərir.
Biznes subyektinin əsas məqsədi Azərbaycanın şimal - qərb bölgəsində aqrobio müxtəlifliyin inkişafı və davamlı istifadəsi, turizm fəaliyyəti göstərmək, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməkləri təqdim etmək, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqidir.
== Qurucusu ==
Ehtibar Nuriyev 1960 - cı ildə Şəki şəhərində anadan olub. İlk təhsilini elə bu şəhərdə alıb və sonra iqtisadiyyat üzrə ali təhsilini başa vurub. 1978 - 1980 - cı illərdə hərbi xidməti bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. 1981 - ci ildən 1999 - cu ilə kimi müxtəlif qurumlarda mühasib kimi çalışıb.