Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi.
== Ədəbiyyat ==
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.