İÇRƏ

qoş. köhn. klas. İçində, içərisində. Bağ içrə. Ev içrə.
– Mən bülbüli-baği-firqətəm, zar; Amma qəfəs içrəyəm giriftar. Füzuli.
Çoxdur cahan içrə nazənin dilbər; Özümə münasib yarı istərəm. Qurbani.
Vərəq-vərəq dilü can hicrin içrə odlandı. X.Natəvan.
Böylə həyat içrə yüzdən çox yaşar; Zəhmətkeş dehqanı bizim dağların. S.Vurğun.

Etimologiya

  • İÇRƏ İç və yer sözlərindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İÇMƏLİ
İÇSİZ

Digər lüğətlərdə