İŞÇİ

1. İŞÇİ (hər hansı bir müəssisədə, idarədə işləyən adam) Qoçularla əlbir olan polis işçiləri özlərini görməməzliyə vurdular (A.Şaiq); ƏMƏLƏ (köhn.) ...Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular (Ə.Haqverdiyev).

2. işçi bax fəhlə

3. işçi bax qulluqçu 1

İŞCİL
İŞGƏNCƏ
OBASTAN VİKİ
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Muzdlu işçi
Muzdlu işçi — müəssisədə, təşkilatda iş yerinə yetirmək üçün işə götürülmüş şəxs (fərdi) və s. Əmək müqaviləsi ümumiyyətlə işi yerinə yetirmək üçün işə götürülmüş şəxslə işəgötürən arasında bağlanır . İşəgötürən aşağıdakılar ola bilər: dövlət müəssisə və təşkilatları; qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları; fərdi sahibkarlar.
Kürd İşçi Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə özünüidarə qurmaq və bu məqsədlə sözügedən torpaqlara sahib çıxmaq məqsədi ilə hərbi hədəflərə, və mülki şəxslərə qarşı hücumlar təşkil edən qanunsuz separatçı silahlı təşkilat. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı olaraq qəbul edilir. == Haqqında == Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. == PKK-nın təşkil etdiyi terror aktları == == PKK Təşkilatının Liderləri və Nümayəndələri == Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir. Mustafa Karasu PKK təşkilatının nümayəndəsidir.
Metropolitan İşçi Şurası
Metropolitan İşçi Şurası - 1855-ci ilin mart ayında London Şəhristanı Şurasının qurulmasına qədər 1855-ci ildən London hökumətinin əsas idarəedici orqanı olmuşdur. Qurumun əsas məsuliyyəti uğur qazanan Londonun sürətlə böyüməsi ilə başa çatmasını təmin etmək və infrastruktur yaratmaq idi. O, seçilmiş orqan deyildi, təyin olunmuşdu. Hesabatlılığın olmaması, xüsusilə sonrakı illərdə, korrupsiyaya meyilliyi artırmışdır.
Metropoliya işçi şurası
Metropolitan İşçi Şurası - 1855-ci ilin mart ayında London Şəhristanı Şurasının qurulmasına qədər 1855-ci ildən London hökumətinin əsas idarəedici orqanı olmuşdur. Qurumun əsas məsuliyyəti uğur qazanan Londonun sürətlə böyüməsi ilə başa çatmasını təmin etmək və infrastruktur yaratmaq idi. O, seçilmiş orqan deyildi, təyin olunmuşdu. Hesabatlılığın olmaması, xüsusilə sonrakı illərdə, korrupsiyaya meyilliyi artırmışdır.
İradə Əliyeva (elmi işçi)
İspan Sosialist İşçi Partiyası
İspaniya Sosialist İşçi Partiyası (isp. Partido Socialista Obrero Español, PSOE), İspaniyanın iki əsas siyasi partiyasından biridir. 1879-cu ildə qurulan PSOE, ölkənin ən qədim və ənənəvi partiyalarından biri olmaqla yanaşı, Avropanın ən qədim sosial-demokrat partiyalarından biridir. == Haqqında == İspaniya Sosialist İşçi Partiyasının əsası 2 may 1879-cu ildə Pablo İqlesias tərəfindən qoyulmuşdur. PSOE, Beynəlxalq Sosialist və Avropa Sosialist partiyalarının üzvüdür. Partiyanın siyasi və ideoloji sahədə əsas dönüş nöqtəsi 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində baş vermiş, partiya tədricən marksist köklərindən uzaqlaşaraq sosial demokratiyaya doğru meyllənmişdir. PSOE, İspaniya tarixində bir neçə dəfə hakimiyyətdə olmuşdur. 1982-ci ildə Felipe Qonzalesin başçılığı ilə PSOE, İspaniya tarixində ilk dəfə demokratik seçkilərlə hakimiyyətə gəlmiş və 1996-cı ilə qədər iqtidarda qalmışdır. 2004-cü ildə Xose Luis Rodriges Sapateronun liderliyində PSOE yenidən hakimiyyətə gəlmiş və 2011-ci ilə qədər iqtidarda olmuşdur. 2018-ci ildən etibarən isə Pedro Sançesin başçılığı ilə PSOE yenidən hakimiyyətdədir.
İspaniya Sosialist İşçi Partiyası
İspaniya Sosialist İşçi Partiyası (isp. Partido Socialista Obrero Español, PSOE), İspaniyanın iki əsas siyasi partiyasından biridir. 1879-cu ildə qurulan PSOE, ölkənin ən qədim və ənənəvi partiyalarından biri olmaqla yanaşı, Avropanın ən qədim sosial-demokrat partiyalarından biridir. == Haqqında == İspaniya Sosialist İşçi Partiyasının əsası 2 may 1879-cu ildə Pablo İqlesias tərəfindən qoyulmuşdur. PSOE, Beynəlxalq Sosialist və Avropa Sosialist partiyalarının üzvüdür. Partiyanın siyasi və ideoloji sahədə əsas dönüş nöqtəsi 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində baş vermiş, partiya tədricən marksist köklərindən uzaqlaşaraq sosial demokratiyaya doğru meyllənmişdir. PSOE, İspaniya tarixində bir neçə dəfə hakimiyyətdə olmuşdur. 1982-ci ildə Felipe Qonzalesin başçılığı ilə PSOE, İspaniya tarixində ilk dəfə demokratik seçkilərlə hakimiyyətə gəlmiş və 1996-cı ilə qədər iqtidarda qalmışdır. 2004-cü ildə Xose Luis Rodriges Sapateronun liderliyində PSOE yenidən hakimiyyətə gəlmiş və 2011-ci ilə qədər iqtidarda olmuşdur. 2018-ci ildən etibarən isə Pedro Sançesin başçılığı ilə PSOE yenidən hakimiyyətdədir.
Rusiya Sosial Demokrat İşçi Partiyası
Rusiya Sosial Demokrat Fəhlə Partiyası — Rusiya imperiyasında 1898-ci ildə yaradılmış siyasi partiya. == Tarixi == Partiya Rusiya imperiyasında 1898-ci ildə bir neçə sosial-demokrat ("Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı", "Fəhlə qəzeti", "Bund") və marksist dərnəkləri əsasında yaranıb. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının I qurultayı Minskdə 13–15 mart 1898-ci ildə keçirilib. Rusiya Sosial Demokratik Fəhlə Partiyasının əvvəlcə Brüsseldə, daha sonra Londonda polis repressiyası səbəbi ilə keçirilmiş İkinci Qurultayı 1903-cü ilin avqustunda toplandı. Qurultayda yeni partiyanın üzvlük prinsipləri və tərifi üzərində əhəmiyyətli bir fraksiyalaşma yarandı. Çoxluq Vladimir İliç Ulyanov, azlıq isə Yulius Martov tərəfində idi. Lenin partiya üzvlərinin yalnız ciblərində partiya kimliyi olanlar və bəzən partiyanı ziyarət edənlər, hətta ziyarət etməyənlər də deyil, dar və fəal olmaları lazım olduğunu müdafiə etdi. Bu fəal üzvlər vaxtlarının çox hissəsini çar inqilabçı qüvvələrinə qarşı işçi inqilabı edə bilən inqilabi bir partiya yaratmaq üçün peşəkar inqilabi kadrlar kimi təşkilatlanmağa sərf edəcəklər. Bu modelə görə simpatizanlar kənarda qaldı. Partiyanın daxili işində də demokratik mərkəzçilik qəbul ediləcəkdi.
İşçi
İşçi — Əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək faəliyyətinə cəlb edilən şəxs.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İşçi gücü
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. == Həmçinin bax == İşçi sinif İzafi dəyər == Mənbə == Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.
İşçi qüvvəsi
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. == Həmçinin bax == İşçi sinif İzafi dəyər == Mənbə == Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.
İşçi sinif
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. == Ədəbiyyat == История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
İşçi təbəqə
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. == Ədəbiyyat == История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Bakı İşçi Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Türkiyə İşçi Partiyası
Türkiyə İşçi Partiyası (1961)
Oreqon İşçi Qrupu
Oreqon İşçi Qrupu (ing. Task Force Oregon) — ABŞ ordusunun hərbi birləşməsi. 1967-ci ilin aprelindən sentyabr ayına qədər Cənubi Vyetnamda fəaliyyət göstərmişdir. 3 ayrı piyada briqadasından ibarət idi. Sonradan 23-cü piyada diviziyası olaraq yenidən təyin edilmişdir. == Məqsəd və tərkibi == 1967-ci ilin aprel ayının əvvəlində Vyetnam Hərbi Yardım Komandanlığı I Korpusun qüvvələrinin Dananqa hərəkətinə dəstək vermək üçün yaradılmışdır.
Bakı Rus İşçi Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Bakı Türk İşçi Teatrı
Gəncə Dövlət Milli Dram Teatrı — 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılmış teatr. Gəncə Dövlət Dram Teatrı 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrı adı ilə 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. == Tarixi == Gəncə şəhərində XIX əsrdə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılıb. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstəriblər. Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi Bakıda yaranmışdır. 1921-ci ildən 1925-ci ilə qədər "Tənqid-təbliğ" teatrı adı ilə, 1925-ci ildən 1932-ci ilə qədər isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərmişdir.
Türkiyə İşçi Partiyası (2017)
Türkiyə Fəhlə Partiyası və ya qısaca TİP ― Türkiyəfə 2017-ci ildə Ərkan Başın rəhbərliyində Xalqın Türkiyə Kommunist Partiyasının xələfi olaraq yaradılmış sol təmayüllü siyasi partiya. Partiya Türkiyə Böyük Millət Məclisində 4 millət vəkili ilə təmsil olunur. 25 avqust 2022-ci il tarixindən bu yana Xalqların Demokratik Partiyasının rəhbərliyində qurulmuş Əmək və Azadlıq İttifaqının üzvüdür. == Tarixi == === Quruluşu === 2017-ci ildə Ərkan Baş, Barış Atay, Tuncay Çelən, Mətin Çulhaoğlunun rəhbərliyində keçmiş Türkiyə İşçi Partiyası və Türkiyə Kommunist Partiyası üzvləri, müxtəlif vətəndaş cəmiyyətləri və həmkarlar ittifaqları təmsilciləri, işçi, tələbə və elm xadimlərinin də daxil olduğu 146 nəfərin də imzasının olduğu bəyanat yayımlanmışdır. Xalqın Türkiyə Kommunist Partiyası 7 noyabr 2017-ci il tarixində ad dəyişərək fəaliyyətinə son qoymuşdur. === 2018-ci il seçkiləri === 2018-ci il parlament seçkilərində Xalqların Demokratik Partiyası ilə müttəfiqlik edən Türkiyə İşçi Partiyası deputatlığa namizədlərini XDP siyahılarından göstərmişdir. Ərkan Baş İstanbul 1-ci seçki bölgəsindən, Barış Atay isə Hatay seçki bölgəsindən 27-ci çağırış TBMM-nin XDP deputatı seçilmişdir. Seçkilərin ardından Barış Atay və Ərkan Baş XDP-dən istefa verərək Türkiyə İşçi Partiyasına keçmişdir. 19 aprel 2021-ci il tarixində Əhməd Şık partiyanın üçüncü deputatı olaraq fəaliyyətə başlamışdır. 25 iyun 2021-ci il tarixində Sera Kadıgil Cümhuriyyət Xalq Partiyasından istefa verərək Türkiyə İşçi Partiyasına üzv oldu.
İran Nasional Sosialist İşçi Partiyası
İran Nasional Sosialist İşçi Partiyası (farsca: حزب سوسیالیست ملی کارگران ایران, transliterasiya: Hezb-e Sosiyālist-e Melli-ye Kārgarān-e Irān) və ya farsca adının baş hərflərindən ibarət abreviatur olan SUMKA (farsca:سومکا) adı ilə tanınan, İranda fəaliyyət göstərmiş neonasist partiyadır. Partiyanın simvolu Faravaharin sadələşdirilmiş versiyası idi və həm fon rənginə, həm də işarəsinə görə Nasist Almaniyasının bayrağına çox bənzəyirdi. == Yaradılması == Partiyanın əsası 1951-ci ildə Davud Münşizadə tərəfindən qoyulmuşdur. Partiyanın özü-özlüyündə çox az səviyyədə sahib olduğu dəstək İran universitetlərindəki tələbələrdən gəlməkdə idi. Məhəmməd Rza şah Pəhləvi hakimiyyətinin tənqidçiləri iddia edirlər ki, o, SUMKA-nı maliyyələşdirmiş və siyasi dəstək vermişdir. == Faəliyyəti == Partiyanın real qurulması 1952-ci ildə baş verdi. Münşizadə ilə partiyanı quran əsas şəxs Morteza Kossariyan idi. Münşizadə 1937-ci ildən etibarən Almaniyada yaşamışdı və keçmiş SS üzvü olmuş, Berlin döyüşündə iştirak etmişdi. O, bu döyüşdə yaralanmışdı. Kossarian özü də keçmiş SS üzvü idi və Barbarossa planının hazırlanmasında iştirak etmiş, Kiyev, Stalinqrad kimi döyüşlərdə almanlar tərəfində döyüşmüşdü.
Hoqvarts işçiləri
Aşağıdaki personajlar Harri Potter romanlar seriyasındaki, Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbi'nin işçiləri, sakinləri və qurucularıdır. == Heyət və vəzifələri == == Əhəmiyyətli müəllimlər və personal == === Arqus Filç === Arqus Filç, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində xadimə olaraq çalışmaqdadır. Harri Potter romanlar seriyasındaki bütün kitablarda adı keçməkdədir. Kitabda Arqus Filçin bir Qofti(Sehrbaz nəslindən gəlməsinə baxmayaraq heç bir sehr gücü olmayan insana verilən bir sözdür) olduğu deyilməkdədir. Bu görə şagirdləri sevməz. Xüsusilə Harri Potter, Fred və Corcdan nifrət edər. Harrinin seçilmiş adam olmasına baxmayaraq heç bir səhvini bağışlamaz. Qaydaçı, qatı bir xarakteri vardır. Işgəncəni sevməsi ilə sadist ruhlu biri olduğu ortaya ilk kitapa çıxmışdır. "Missis Norris" adında bir pişiyi vardır.
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı — hər ilin 28 mart ayında keçirilən Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü. == Tarixi == 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Mülki aviasiya işçilərinin peşə bayramı günü
Mülki aviasiya işçilərinin peşə bayramı günü — Azərbaycanda bayram günü Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.
Ordubad işçisi (qəzet)
El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet. == Tarixi == Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı. Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu. Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı. Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub. 1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər. Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur. 5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub. 1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur.
Prokurorluq işçiləri günü
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918–1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü — 2006-cı il 6 dekabrdan etibarən hər il qeyd olunan peşə bayramı. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib. Hər il peşə bayramı ilə əlaqədar olaraq, bu sahədə çalışanlar müxtəlif fəxri adlar və Azərbaycanın digər dövlət təltifləri ilə təltif edilirlər. == Tarixi == İndiki Azərbaycan ərazilərinə aid ilk ciddi rabitə fəaliyyəti Hülakülər dövlətinə təsadüf edir. Tarixə məlum olan ilk yazılı mənbə Qazan xanın 1303-cü ildə dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirməsidir. Poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli isə ilk dəfə 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən qoyulub. Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi isə birbaşa 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır.
Seks işçiləri
Seks işçisi — seks sənayesində çalışan bir şəxs. Termin birbaşa cinsi xidmətlər göstərənlər də daxil olmaqla, seks sənayesinin bütün sahələrində işləyən şəxslərə istinad edilir.
Seks işçisi
Seks işçisi — seks sənayesində çalışan bir şəxs. Termin birbaşa cinsi xidmətlər göstərənlər də daxil olmaqla, seks sənayesinin bütün sahələrində işləyən şəxslərə istinad edilir.
Sosial işçilərə qarşı zorakılıq
Müştərilərin sosial işçilərə qarşı zorakılığı nadir baş verən hadisələrdən deyildir. Qərb ştatında lisenziyalı sosial işçilər üzərində aparılan araşdırmada, Rey (1996) Sosial işçilərə qarşı zorakılğın əsasən fəaliyyət yerlərində baş verdiyini müəyyənləşdirmişdir. Griffin (1995) Sosial iş hallarının daha da mürəkkəbləşdiyini və yardım prosesinin daha çox zorakılıqla dolu sosial kontekstdə təmin edildiyini bildirmişdir Cəmiyyət içərisində işləyən sosial işçilər ofisdə işləyən həmkarlarına nisbətən daha böyük təhlükə ilə üzləşirlər, çünki onlar tez-tez təhlükəli məhəllələrdə xidmət göstərirlər və əgər hər hansısa bir problem yaranarsa, dərhal dəstək göstəriləbilmir. Newhill(1996) Amerika Birləşmiş Ştatlarının iki ştatında NASW (Sosial İşçilərin Milli Assosiasiyası) üzvləri arasında keçirilən sorğuda respondentlərin 59 faizinin zorakı müştərilərlə işləmək üzrə təlimlər keçdiyini müəyyən edib. == Zorakılıq riski == Bütün sosial işçilər risk altında olsalar da, araşdırmalar göstərir ki, daha gənc və daha az təcrübəli kadrlar daha çox müştəri hücumu riski altındadır. Elmi ədəbiyyatda qadın və ya kişi sosial işçilərdən hansıların daha çox zorakılıq və təhdid riski altında olub-olmaması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın sosial işçilər müştərilər tərəfindən edilən fiziki zorakılığa xüsusilə həssasdırlar. Tryon (1986) qadınların da kişi həmkarları kimi tez-tez fiziki hücumlara məruz qaldığını bildirmişdir. Sosial işçilər ikinci dərəcəli və ya əvəzedici travma kimi tanınan şəfqət yorğunluğu (compassion fatigue) ilə üzləşə bilər. Şəfqət yorğunluğu prosesi, sosial işçilərin müştərilərinin əlamətlərini və simptomlarını yaşamalarının potensial psixoloji nəticəsidir.
Su təsərrüfatı və meliorasiya işçiləri günü
Su təsərrüfatı və meliorasiya işçiləri günü — Azərbaycan Respublikasında peşə bayramı; 2014-cü ildən etibarən hər il iyun ayının 5-i qeyd olunur. Bu peşə bayramı "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilmişdir.
Səhiyyə İşçiləri Günü
Səhiyyə İşçiləri Günü — Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı. == Tarixi == Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. == Qərar == Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Televiziya və Radio İşçiləri Günü
Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür. 1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir. Televizorun (yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə bir qədər sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi.
Tibb işçiləri günü
Tibb İşçisi Günü (Tibb Günü) - SSRİ-də qeyd olunurdu və Rusiya Federasiyasında hər il iyun ayının üçüncü bazar günü qeyd olunur. == Tarixi == SSRİ-də tibb işçisi günü SSRİ Ali Sovet Rəyasət Heyətinin 1 oktyabr 1980-ci il tarixli "Tətil və yaddaqalan günlər haqqında" fərmanına əsasən qeyd olunmağa baçlandı. Rusiya, Belarusiya, Ukrayna və Qazaxıstanda iyun ayının üçüncü bazar günü qeyd olunur. Bundan əlavə, Latviyada 2011-ci ildən etibarən Seymin fərmanı ilə eyni gün qeyd olunur və Azərbaycanda isə Tibb işçilərinin peşə bayramı 17 iyun qeyd olunur.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ya qısaca TİPİİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan biri. Bakı şəhərində yerləşir. Direktoru Vəfa Yaqubludur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir. İnstitutun fəaliyyət istiqamətləri: Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması; müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi; keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması; ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması; müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması. == Tarixi == Əvvəlki adı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olmuş, 2 dekabr 2015-ci ildən indiki adını daşıyır. Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası ilə birlikdə vahid qurumda birləşdirilməsi nəzərdə tutulmuşdur. == Strukturu == İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir: İnsan resursları mərkəzi; Əlavə təhsilin məzmun standartları söbəsi; Tədris resursları şöbəsi; Qiymətləndirmə şöbəsi; Monitorinq şöbəsi; Beynəlxalq layihələr şöbəsi; Layihələrin idarə edilməsi şöbəsi; Kadrlar şöbəsi; İnformasiya şöbəsi; Mühasibatlıq şöbəsi; Təsərrüfat şöbəsi.
Xüsusi təhlükəsizlik işçisi
Xüsusi təhlükəsizlik işçisi fərdlərin, təşkilatların və ya dəyərli varlıqların qorunması işini görən bir insandır. Xüsusi mühafizəçilər rabitə, yanğın, fəlakətlər, partlayıcı maddələr, şəxslərin qorunması, təhlükəsizlik sistemləri, hadisə yerində tədqiqat, hüquq, ilk tibbi yardım, narkotik maddələr, silahlar, izdiham mövzusunda təlimlər alırlar.
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı (isp. Sindicato de Obreros Tipógrafos) — İspaniyanın mətbəə işçilərinin birləşdiyi aparıcı həmkarlar ittifaqı təşkilatı. == Tarixi == 1897-ci ildə yaradılmışdır. Bu təşkilat ölkədə yaradılmış ilk katolik həmkarlar ittifaqı idi. == Mənbə == La Organización Sindical Española, Escuela Sindical 1961. 1961: Madrid, page 27.
Bakı İşçi Teatrının 15 illiyi (film, 1936)
Bakı İşçi Teatrının 15 illiyi qısametrajlı sənədli filmi rejissorlar Seyfulla Bədəlov və Vladimir Yeremeyev tərəfindən 1936-cı ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Bakı İşçi Teatrının yubileyinə həsr olunmuşdur. == Məzmun == Film Bakı İşçi Teatrının yubileyinə həsr olunmuşdur. Kinooçerkdə teatrın bədii rəhbəri, rejissorları, görkəmli artistləri göstərildikdən sonra həmin sənətkarların quruluşunda və artistlərin ifasında tamaşaya qoyulmuş əsərlərdən-"Əsilzadələr", "Od Gəlini", "Tufan", "Dönüş" və "Konsert"dən səhnələr göstərilmişdir. == Filmin üzərində işləyənlər == Rejissor: Seyfulla Bədəlov, Vladimir Yeremeyev Operator: Seyfulla Bədəlov, Vladimir Yeremeyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bakı İşçi Teatrının 5 illiyi (film, 1925)
Bakı İşçi Teatrının 5 illiyi qısametrajlı sənədli filmi 1925-ci ildə çəkilmişdir. Film Bakı İşçi Teatrının 5 illiyi münasibətilə təşkil olunan tədbirdən bəhs edir. == Məzmun == Film Bakı İşçi Teatrının 5 illiyi münasibətilə təşkil olunan tədbirdən bəhs edir.

Digər lüğətlərdə