İBRƏTVERİCİ
İBTİDADAN
OBASTAN VİKİ
ABŞ-ın ibtidai icma quruluşu
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
Az humuslu ibtidai çəmən-boz torpaqlar (Orta Kür depresiyası)
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. == İqlimi == Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. == Morfo-genetik xüsusiyyətləri == Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Birhüceyrəlilər və ibtidailər
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Qeyd etmək lazımdır ki, bəzi təsnifatlarda göbələklər və bitkilərə aid olmayan bütün eukariotik canlılar Protista parafiletik qrupa daxil edilir. Bu təsnifatda Protista – İbtidailər (Protozoa), Yosunlar (Algae) və Göbələyəbənzər orqanizmlər (Oomycota, Labyrinthulomycota, Hyphochytriomycota, Myxomycota, Plasmodiophoromycota). İbtidailərin təsnifatı onların hərəkət və çoxalma xüsusiyyətləri əsasında aparılır. == Protista == Protista anlayışı ilk dəfə 1866-cı ildə Hekkel tərəfindən verilmişdir. O, canlı aləmi 3 aləmə ayırmışdı: İbtidailər (Protista), bitkilər (Plantae) və heyvanlar (Animalia). Sonralar bu sistem qəbul edilmədi, eukariotlar ikialəmli sistemdə (Plantae və Animalia) təsnif edildi. Yalnız 1969-cu ildə Uitteker (Whittaker, 1969) bütün eukariotları 4 aləmdə (Fungi, Animalia, Plantae və Protista) birləşdirdi. Burada Göbələklər (Fungi) – miseli əsaslı struktura malik, saprofit qidalanma ilə yaşayan orqanizmlərdir; Bitkilər (Plantae) – çoxhüceyrəli damarlı eukariotlar olub fototrof qidalanma ilə yaşayan orqanizmlərdir; Heyvanlar (Animalia) — çoxhüceyrəli eukariotlar olub heterotrof qidalanma ilə yaşayan orqanizmlərdir.
Məktəbəqədər və ibtidai təhsil (jurnal)
Orta Kür depresiyasının az humuslu ibtidai çəmən-boz torpaqlar
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Sendi Huk ibtidai məktəbində atışma
Sandi Huk ibtiadi məktəbinə silahlı hücum (ing. Sandy Hook Elementary School shooting) — Amerika Birləşmiş Ştatları Konnektikut ştatının Nyu Taun şəhərində yerləşən Sandi Huk ibtidai məktəbində yaşanmış silahlı hücum hadisəsi. Hadisə 2012-ci ilin 14 dekabrında yerli vaxtla saat 9:35 də baş vermişdir.
İbtidai-icma quruluşu
İbtidai-icma quruluşu— ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 5,5 milyon il bundan əvvəl yaşadıqlarını göstərir. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür: Daş dövrü. Tunc dövrü. Dəmir dövrü. Daş dövrünün özü də üç mərhələyə ayrılır: Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir) Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir) Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir) Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir. Eneolit daş dövrünün sonu — metal əsrinin başlanğıcı hesab edilən b.e.ə.
İbtidai funksiya
İbtidai funksiya (və ya qeyri müəyyən inteqral; törəmənin əksi) verilmiş aralığın bütün nöqtələrində F(x)=f'(x) bərabərliyini ödəyən funksiya. F(x) funksiyasına həmin aralıqda f(x) funksiyasının ibtidai funksiyası deyilir. Nümunə: Göstərək ki, F ( x ) = 3 x 4 {\displaystyle F(x)=3x^{4}} funksiyası ( − ∞ ; + ∞ ) {\displaystyle (-\infty ;+\infty )} aralığında f ( x ) = 12 x 3 {\displaystyle f(x)=12x^{3}} funksiyasının ibtidai funksiyasıdır. F ′ ( x ) = ( 3 x 4 ) ′ = 3 ( x 4 ) ′ = 3 ⋅ 4 x 3 = 12 x 3 = f ( x ) {\displaystyle F'(x)=(3x^{4})'=3(x^{4})'=3\cdot 4x^{3}=12x^{3}=f(x)} Doğrudan da aralığının istənilən nöqtəsində bərabərliyi ödənilir. Tutaq ki funksiyası verilmiş aralıqda kəsilməz funksiyasının ibtidai funksiyasıdır. Onda ixtiyarı sabitı üçün funksiyası da həmin aralıqda funksiyasının ibtidai funksiyasıdır. Qeyri müəyyən inteqralın (ibtidai funksiya) aşağıdakı xassələri var.1: Qeyri müəyyən inteqralın törəməsi inteqralaltı funksiya diferensialı isə inteqralaltı ifadəyə bərabərdir: ( ∫ f ( x ) d x ) ′ = f ( x ) {\displaystyle (\int f(x)dx)'=f(x)} d ( ∫ f ( x ) d x ) = f ( x ) d x {\displaystyle d(\int f(x)dx)=f(x)dx} İsbatı: Tutaq ki, F(x) funksiya ibtidai f(x)-sin funksiyasıdır: F(x)=f(x). Onda ∫ f ( x ) d x = F ( x ) + C {\displaystyle \int f(x)dx=F(x)+C} yaza bilərik. Bu bərabərliyin hər iki tərəfindən törəmə alsaq, ∫ f ( x ) d x = ( F ( x ) + C ) ′ = F ′ ( x ) + C ′ {\displaystyle \int f(x)dx=(F(x)+C)'=F'(x)+C'} , yəni ∫ f ( x ) d x = f ( x ) {\displaystyle \int f(x)dx=f(x)} . 2.Kəsilməz törəməsi olan F(x) funksiyasını törəməsinin qeyri-müəyyən inteqralı onun özündən sabit toplananla fərqlənir, yəni ∫ F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int F'(x)dx=F(x)+C} və ya ∫ d F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int dF'(x)dx=F(x)+C} .
İbtidai icma quruluşu
İbtidai-icma quruluşu— ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 5,5 milyon il bundan əvvəl yaşadıqlarını göstərir. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür: Daş dövrü. Tunc dövrü. Dəmir dövrü. Daş dövrünün özü də üç mərhələyə ayrılır: Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir) Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir) Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir) Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir. Eneolit daş dövrünün sonu — metal əsrinin başlanğıcı hesab edilən b.e.ə.
İbtidai ilanlar
İbtidai ilanlar (lat. Henophidia) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid ilan fəsiləüstü.
İbtidai incəsənət
İbtidai incəsənət — ibtidai icma dövrünün incəsənəti. Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə.
İbtidai təhsil
İbtidai təhsil — uşaqların ümumi təhsilinin birinci mərhələsidir. İbtidai təhsil alan uşaqlar ətraf mühit haqqında ilkin biliklər əldə edirlər, ünsiyyət və tətbiqi məsələləri həll etmək bacarıqlarına yiyələnirlər. Bu mərhələdə uşağın şəxsiyyəti formalaşmağa və inkişaf etməyə başlayır ki, bu da ibtidai təhsilin cəmiyyət və ölkə üçün əhəmiyyətinə sübutdur.İbtidai təhsilin məqsədi uşaqlarda oxu, yazı və hesablama vədişləri yaratmaq və möhkəmləndirmək, uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək, uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaqdır. Azərbaycanda və əksər dünya ölkələrində ibtidai təhsil icbaridir. İbtidai təhsilə başlama yaşı adətən 5 yaşdan aşağı və 7 yaşdan yuxarı deyil. Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. İbtidai təhsil pilləsini uğurla başa vuran şagirdlər ümumi orta təhsil pilləsinə adlayırlar. Azərbaycanda qəbul edilmiş ümumi təhsil konsepsiyasına görə ibtidai təhsili başa vuran şagird aşağıdakıları bacarmalıdır: zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə yetirməyi, kompüter texnikasından istifadə etməyi; müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi; müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi; ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi; mədəni davranış, şəxsi gigiyena və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi; tapşırılan işi, habelə yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi; öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hörmət etməyi; Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi; yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi; insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi estetik qavramağı.
İbtidai öküz
İbtidai öküz (lat. Bos primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü.
İbtidailər
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Birhüceyrəli heyvanların va ya ibtidailərin bədəni bir hüceyrədən ibarətdir. Bu heyvanlar bütün həyat proseslərinə – qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. malikdir, qeyri-cinsiyyətli və cinsiyyətli yolla çoxalırlar. Əksəriyyətı sista əmələ gətirir. Birhüceyrəlilər şirin sularda dəniz və okeanlarda, rütubətli torpaqda, insan və heyvan orqanizmində yaşayır. Qidalanma tərzinə görə ibtidailərin böyük əksəriyyəti heterotrofdur. Onlar əsasən torpaqda yaşayan mikroorqanizmlərlə (bakteriyalar, yosunlar, göbələklərin sporları) qidalanır. Onlar arasında bitki qalıqlarının həll olmuş üzvi maddələri ilə qidalanan saprofitlər də (qamçılılar) vardır.
ABŞ-nin ibtidai icma quruluşu
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
İbtidai insan sürüsü
İbtidai insan sürüsü — insanın ən yaxın heyvani əcdadlarının zooloji birliyini bilavasitə əvəz etmiş ilkin insan kollektivinin şərti adı. Alimlərin əksəriyyətinin fikrinə görə, ibtidai insan sürüsü dövrü müasir tipli insanın yarandığı dövrdur. İbtidai insan sürüsü arxeoloji cəhətdən Aşağı Paleolit və Orta Paleolitin bir hissəsini əhatə edir. Antropoloji cəhətdən bu dövr formalaşan insanların – arxantropların və paleoantropların (neandertallar) yaşadığı dövrdür. Onlar ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Əmək alətləri əl çapaçaqları, kobud kəsici alətlər (çopperlər), itiuclu və s. idi. Ehtimal ki, nizamsız nikah münasibətlərinin hökm sürdüyü ibtidai insan sürüsü dövründə bir sürü daxilindəki üzvlər arasında cinsi əlaqələr tədricən aradan qalxmış və qadağan olunmuşdur. Digər sürünün uzvləri ilə nikah bağlanmasına kecildikdən sonra tayfa yaranır. Э. В. Георгиевский.
İbtidai məktəb
İbtidai məktəb — məktəbyaşlı uşaqlara ibtidai təhsil verən çmumtəhsil təlim-tərbiyə müəssisəsi, ümumi icbari təhsilin birinci pilləsi. İbtidai məktəbə (yaxud umumtəhsil məktəblərinin ibtidai siniflərinə) daxil olan uşaqların yaşı və həmin məktəblərdə təhsil müddəti ayrı-ayrı ölkələrdə müxtəlifdir. Təhsilin Beynəlxalq Standart Təsnifatı ibtidai təhsili proqramların adətən oxu, yazı və riyaziyyat üzrə fundamental bacarıqları təmin etmək və öyrənmə üçün möhkəm zəmin yaratmaq üçün nəzərdə tutulduğu bir mərhələ kimi nəzərdən keçirir.

Digər lüğətlərdə