1. İnsan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür.
2. Dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. İdeya mübarizəsi. İdeya silahı. Qabaqcıl ideyalar.
3. Fikir, qayə, məqsəd. Sülhü qorumaq və möhkəmləndirmək ideyası. İdeyanı həyata keçirmək. – [Aslan:] Demək, sən çox kiçik qəlbli adammışsan.
// Bir şeyin əsas və başlıca məqsədi. Romanın əsas ideyası. Pyesin ideya məzmunu.