İLK
İLQAR
OBASTAN VİKİ
Abıyev İlkin
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). == Həyatı == Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
İlkin Abıyev
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İlkin Ağakişiyev
İlkin Elxan oğlu Ağakişiyev (17 sentyabr 1995; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. İlkin Mingəçevir şəhəri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində musiqi təhsili alıb.Evin tək və yeganə oğlu olan İlkin 2013-cü ildə Mingəçevir şəhər 10 Nömrəli orta məktəbi bitirib.Elə həmin ili 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İlkin Ağaquliyev
İlkin Saməddin oğlu Ağaquliyev (4 oktyabr 2000, Dəvəçi – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Dəvəçi şəhərində doğulub. == Təhsili == Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur. == Hərbi Xidməti == İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhrəmancasına həlak olmuşdur. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.
İlkin Ağayev
İlkin Tehran oğlu Ağayev (2 iyun 1986, Körpükənd, Zərdab rayonu – 8 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpü kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İlkin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağayev noyabrın 8-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Umarov
İlkin Umarov (24 fevral 1995, Şəki) — Rejissor == Həyatı == İlkin Umarov 23 oktyabr 1995-ci ildə Şəki şəhərində anadan olub. 2002-ci ildə Şəki şəhər 8 saylı orta məktəbə daxil olmuş və 2013-ci ildə həmin məktəbi bitirib. 2004-2011-ci illərdə Şəki şəhər 3 saylı musiqi məktəbində skripka üzrə təhsil aldıqdan sonra bu təhsilini 2011-2013-cü illərdə musiqi kollecində davam etdirib. 2008-ci ildən etibarən bir çox qısa filmin rejissorluğunu etmiş, eyni zamanda bir çox filmin və musiqi kliplərinin montaj rejissorluğunu etmişdir. 2016-cı ildən etibarən həvəskar olaraq rep musiqisi ilə məşğul olmağa başlamışdır. == Rejissor fəaliyyəti == 2011-ci ildə Gələrsən Görərsən - Kinematoqrafçılar İttifaqında Azərbaycan Respublikasının Xalq Artisti, kinorejissor, operator və ssenarist Vaqif Qulam oğlu Behbudov tərəfindən rejissorluq dərsləri almışdır. 2012-ci ildə qardaşı Alik Umarov ilə birlikdə AYFF "Azerbaijani Youth Film Festival" film festivalı üçün ilk filmi olan "Üç Gün" filmini çəkmişdir. Daha sonra 7 il ərzində AYFF-in tərkibində eləcədə fərdi olaraq 9 qısafilmin rejissorluğunu etmişdir. AYYF 2012-2017 ci illər ərzində təşkilatçılıq və təlimçilik (rejissorluq, video montaj və kinematoqrafiya) etmişdir. == Musiqi fəaliyyəti == Musiqi fəaliyyətinə 2016-cı ilin İyun ayında "Oxumaq qadağandır" adlı sinqlla başlayan İlkin Umarov, cəmi 3 albomun və 40 musiqi parçasının müəllifidir.
İlkin Vəliyev
İlkin Vəliyev (Vəliyev İlkin Səfail oğlu) — Goranboy rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Vəliyev İlkin Səfail oğlu, 1996-cı il may ayının 18-də Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub. Atası 1-ci Qarabağ müharibəsi iştirakçısı olub 2002-ci ildə Dilbazi Qasımov adına 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedir. 2008-ci ildə İlkinin 12 yaşı olarkən anası 34 yaşında ağır bir xəstəlikdən vəfat edir. == Hərbi xidməti == İlkin Vəliyev həvəslə oxuyur və imtahanda yaxşı bal toplayaraq hərbi litseyə qəbul olur. O, təhsilini davam etdirir, ancaq hərbi akademiyaya qəbul ola bilmir. O, yarı qalan arzusunu 2015-ci ildə hərbi xidmətə getməklə davam edir. Əsgərlik xidmətində o kəşfiyyatçı qrupa yazılır. Xidmət müdətində xüsusi təyinatlı bir əsgər kimi yetişir, layiqli əsgər kimi xidmətini başa vurur. == İkinci Qarabağ müharibəsində iştirakı == Əsgərlik xidmətində o kəşfiyyatçı qrupa yazılır. Xidmət müdətində xüsusi təyinatlı bir əsgər kimi yetişir, layiqli əsgər kimi xidmətini başa vurur.
İlkin Xosrovzadə
İlkin Azay oğlu Xosrovzadə (1 dekabr 1997, Ağcabədi rayonu – 25 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Xosrovzadə 1997-ci il dekabrın 1-də Ağcabədi rayonunda anadan olub. Əslən Laçın rayonunda idi. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan İlkin Xosrovzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Xosrovzadə oktyabrın 25-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. O, II Fəxri Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Xosrovzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Xosrovzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Xosrovzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Xəlilov
İlkin Xəlilov (25 noyabr 1978, Bakı) — Azərbaycan jurnalisti və televiziya aparıcısı.
İlkin Zülfüqarov
İlkin Nurəddin oğlu Zülfüqarov (8 avqust 1989; Ağsu rayonu, Azərbaycan SSR — 30 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Zülfüqarov 1989-cu il avqustun 8-də Ağsu rayonunun Gursulu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan İlkin Zülfüqarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Zülfüqarov sentyabrın 30-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin denudasiya
İlkin denudasiya (rus. первичная денудация, ing. inital denudation) — mənaca aparma, daşıma olub, aşınma materiallarının səthi yuyulma yolu ilə uzaqlaşdırılması. İlkin denudasiyada süxurların parçalanmasında, onların daşınmasında və çökəkliklərdə toplanmasında bütün proseslər eroziya, abraziya, buzlağın dağıdıcı fəaliyyəti, küləyin rolu və s. birlikdə iştirak etmir.
İlkin düzənlik
İlkin düzənlik (rus. первичная равнина, ing. primary plain) — akkumulyativ dəniz düzənliyi, qırışıq əmələgəlməyə məruz qalmamış cavan dəniz çöküntülərindən təşkil olunmuş, alçaq quru düzənlik. İ. d. epi-kontinental /materik üstü/ dəniz-lərin /adətən platforma strukturları daxilində/ reqressiyası nəticəsində əmələ gəlir / Mis: Xəzəryanı ovalıq/.
İlkin vərəm
İlkin vərəm – insanın vərəm mikrobları ilə ilk kontaktı və yoluxması nəticəsində inkişaf edən birinci vərəm xəstəliyinə deyilir. Çox əksər hallarda ilkin vərəm ağ ciyərdə, az hallarda isə alimentar yolla yoluxma nəticəsində bağırsaqlarda, yaxud da kontakt yolla yoluxma nəticəsində dəridə də inkişaf edir. Adətən uşaq yaşlara təsadüf edir. Lakin uşaq yaşlarda vərəm əleyhinə peyvəndlərlə əlaqədar hal-hazırda cavan və orta yaşlarda da başlana bilir. == Xüsusiyyətləri == Vərəmin digər klinik-morfoloji növlərindən fərqli olaraq ilkin vərəm aşağıdakı xarakter xüsusiyyətlərlə səciyyələnir: Vərəm mikobakteriyaları ilə ilk yoluxmadan sonra başlanır; Tuberkulin sınağının müsbət olması nisbətən yaxın dövrlərə təsadüf edir; Adətən uşaq və cavan yaşlarda rast gəlinir. Hematogen və ikincili vərəm isə əksərən orta və yaşlı şəxslərdə inkişaf edir; Orqanizmin vərəmə qarşı heç bir immunitetinin olmaması şəraitində başlandığı üçün özünəməxsus morfogenetik inkişafa və morfologiyaya malik olur (ilkin vərəm kompleksinin formalaşması, limfadenitin inkişafı və s.); İlkin vərəm zamanı tez tipli hiperhəssaslıq reaksiyası baş verir və ya üstünlük təşkil edir. Elə bu səbəbdən də ilkin vərəmin morfologiyasında damar-ekssudativ və ekssudativ-nekrotik toxuma dəyişiklikləri üstünlük təşkil edir; Digər növ vərəmlərdən fərqli olaraq ilkin vərəm lokalizə olunduğu yerdən digər üzv və toxumalara da yayılmağa, yəni generalizasiyaya meylli olur (çünki bütün üzv və toxumalarda vərəm mikobakteriyalarına qarşı yüksək sensibilizasiya vardır); Digər vərəmlərdən fərqli olaraq ilkin vərəm zamanı, xüsusilə də onun remissiya fazasında orqanizmdə ilkin vərəm üçün xarakter paraspesifik dəyişikliklər də (Ponse revmatizmi və s.) inkişaf edir. == İlkin vərəm kompleksi == İlkin vərəmin morfologiyası ilkin vərəm kompleksindən ibarətdir. Buna ilkin vərəm triadası da deyilir. İlkin vərəm kompleksi 3 komponentdən təşkil olunur: İlkin vərəm ocağı.
İlkin İsgəndərov
İlkin Camal oğlu İsgəndərov (18 mart 1999; Sumqayıt, Azərbaycan — 25 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin İsgəndərov 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı şəhərindən idi. Subay idi. == Hərbi xidməti == İlkin İsgəndərov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan İlkin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin İsgəndərov oktyabrın 25-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Şahbazov
İlkin İntiqam oğlu Şahbazov (8 noyabr 1986, Bakı) — Taekvondo üzrə ikiqat Avropa çempionu, Azərbaycan Taekvondo Federasiyasının kiçik yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi, "Ümid" Taekvondo Klubunun rəhbəridir. == Həyat və Fəaliyyəti == İlkin Şahbazov 1986-cı il noyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. 1993–2004-cü illərdə Bakı şəhərindəki 190 saylı orta məktəbdə təhsil almışdır. 1998-ci ildə Taekvondo idman növü ilə məşğul olmağa başlamışdır. 2000-ci ildə Belarusiyada Minsk şəhərində, gənclər arasindı keçirilən Çempionatda qızıl medal qazanmışdır. 2001-ci ildə ilk dəfə respublika çempionu olmuşdur. Ümumilikdə isə 14 dəfə Respublika Çempionu titulu qazanmışdır. 2003-cü ildə Yunanıstanda Afina şəhərində keçirilən Gənclərin Avropa çempionatında qızıl medal qazanmışdır. 2004-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. 2006-cı ildə Almaniyada Bonn şəhərində keçirilən Taekvondo üzrə Avropa Çempionatında ən yüksək nəticə olan Qızıl Medalı qazanmışdır.
İlkin Şükürov
İlkin Aslan oğlu Şükürov (27 avqust 1995; Ürkməzli, Qazax rayonu - 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Şükürov 1995-ci il avqustun 27-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 2001-2010-cu illərdə S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə eksternat qaydada imtahan verərək həmin məktəbin XI sinfini bitirib. Subay idi. == Hərbi xidməti == İlkin Şükürov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İlkin Şükürov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
İlkin Əhədzadə
İlkin Qələmşah oğlu Əhədzadə (26 iyun 1985; Bakı, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Əhədzadə 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan İlkin Əhədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Əhədzadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əhədzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Əhədzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
İlkin Əliyev
İlkin Bəxtiyar oğlu Əliyev (26 fevral 2001; Canalı, Qazax rayonu - 15 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Əliyev 2001-ci il fevralın 26-da Qazax rayonunun Canalı kəndində anadan olub. 2007-2018-ci illərdə Canalı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İlkin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İlkin Əliyev Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Canalı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İlkin Ələsgərli
İlkin Bəkir oğlu Ələsgərli (14 oktyabr 1992; Keçili, Şəmkir rayonu — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999–2010-cu illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Ələsgərli 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini "gizir" hərbi rütbəsi altında davam etdirirdi. İlkin Ələsgərli 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
İlkin Əsgərov
İlkin Rauf oğlu Əsgərov (9 sentyabr 2000, Gəncə - 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İlkin Əsgərov 9 sentyabr 2000-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan İlkin Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibənin bir çox hərbi əməliyyatlarında vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlqar İlkin
İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub. === Ailəsi === Ailəlidir. Bir oğlu, bir qızı var. === Təhsili === 1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb. == Fəaliyyəti == === Mətbuat və diaspor fəaliyyəti === Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.
İlkin Bayramov
İlkin Cavanşirov
İlkin Cavanşirov (tam adı: İlkin Zülqədər oğlu Cavanşirov; 28 sentyabr 1933 – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1933-cü il sentyabrın 28-də anadan olmuşdur. 2 nömrəli taksi maşınları parkında sürücü işləmişdir. Ailəli olmuş, 9 övladı yadigar qalmışdır: Zülqədər, Əsəd, Solmaz, Sona, Nüsrət, Sevda, Arif, Zaur, Elçin. Oğlu Əsəd İlkin oğlu Cavanşirov 1-ci Qarabağ müharibəsində Sərsəng istiqamətində mühasirəyə düşmüş, əsir düşməmək üçün özünü əl qumbarası ilə partladaraq həlak olmuşdur. == Qanlı Yanvar faciəsi == O müdhiş gecə güllə səsləri eşidəndə eyvana çıxıb. Küçədəkilər qışqırıblar ki, əsgərlər dinc əhalini qırır. O, oğlu Nüsrəti götürüb getmək istəyəndə evdə soruşublar ki, hara gedirsən? Cavab verib ki, gedim, bəlkə kiməsə kömək lazımdır. Hadisənin şahidi olmuş oğlu Nüsrətin dili keçirdiyi şokdan bir müddət tutulmuş, dili açılandan sonra isə Nüsrət bunları demişdir:: 09-67 AQB nömrəli taksi maşınında 18 güllə yeri olmuş, İlkin qolundan və başından yara almışdır.
İlkin Fərəcov
İlkin Sahib oğlu Fərəcov (13 aprel 1992; Füzuli rayonu, Azərbaycan — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Fərəcov 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Fərəcov oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanlıların ilkin qaçqınlıq dövrü
Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. == 1801-ci il == 1801-ci il iyulun 13-də general-mayor Lazarev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5–6 min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi. == 1804–1828-ci illər == 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışdılar. Həmin il rus qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalayırlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır. Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində İrəvan xanlığının və Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar. Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə hücum edib erməniləri qovmaq istəyirdilər.
İlkin tektonik relyef
İlkin tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
İlkin İctimai Təklif
İlkin ictimai təklif (ing. dilindən IPO - Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesinə deyilir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. Bu, cari özəl investorların sahib olduğu şirkət payını asanlıqla satmağa və beləliklə gəlir əldə etməyə imkan yaradır . == Tarix == İlk müasir IPO, 1602-ci ilin mart ayında Hollandiyanın Ost-Hind şirkəti, kapitalın artırılması üçün səhmlərini cəmiyyətə təqdim etməsi ilə baş vermişdir. Ost-Hind şirkəti geniş ictimaiyyətə istiqrazlar və səhmlər buraxan ilk şirkət oldu. Beləliklə Ost-Hind, rəsmi birjada indiyədək siyahıya alınan ən birinci şirkətdir. ABŞ-da ən birinci ilkin ictimai təklif keçirdən şirkət, 1783-cü il tarixində Bank of North America olub . == Məqsəd == IPO bir neçə məqsəd daşıya bilər və bunların əhəmiyyəti hər hansı bir konkret haldan asılı olaraq dəyişir: Şirkətə kapital cəlb etmək: IPO keçirtməklə, şirkət daha geniş investor qrupuna çıxış əldə edir .

Digər lüğətlərdə