1. Bir məktubun, sənədin və s.-nin altında öz dəst-xətti ilə adını və ya familiyasını yazma, qol çəkmə, qol qoyma; qol.
Fəxrəddinin və Ələddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı.
[Gəldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün göndərdi.
□ İmza etmək (atmaq) – imzalamaq. Sənədləri imza etmək. Çeki imza etmək.
– [Musa:] İmza da atmıram, pul da almayacağam.
Elmar kağıza imza ataraq Laləyə verir.
2. Təxəllüs, ləqəb mənasında.
C. Məmmədquluzadə “Molla Nəsrəddin” imzası ilə müntəzəm surətdə felyetonlar, baş məqalələr dərc edirdi.