1. İNCƏ (müxtəlif mənalarda) [Əşrəf:] Hələ sağdan birinci qıza bax. Nə qədər incə və dilbərdir (A.Şaiq); QƏŞƏNG Batmış gör necə de qəşəng naxışlar vurub (İ.Əfəndiyev); LƏTİF Bəy: Çox razıyam, – deyib əyləşdi və xanım da öz lətif əllərilə ona bir stəkan çay töküb verdi (Ə.Haqverdiyev); NAZİK (məc.) Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni (Qurbani); NƏZAKƏTLİ Böyük qız.. nəzakətli bir Kürdüstan gözəli olduğunu sübut edirdi (S.S.Axundov); ZƏRİF Məktubu oxuyarkən əlindən çıxardığı zərif yun əlcəkləri paltosunun cibinə soxdu (Ə.Əbülhəsən).
2. incə bax nazik 1