İTƏLƏMƏK

f.
1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq.
[Əmiraslan:] …Nurəddin su çəkdiyi halda daldan itələyib suya salacağam. S.S.Axundov.
Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. M.İbrahimov.
[Ağca] ikiəlli Gəldiyevi itələdi, içəri salıb qapını bərk çırpdı. Mir Cəlal.

2. Təkanla bir şeyi bir tərəfə doğru hərəkət etdirmək, yerini dəyişməyə məcbur etmək, yerindən tərpətmək. Arabanı dala itələmək. Stolları yana itələmək.
[Telli] bir hadisə üz verdiyi təqdirdə, bu saman torbasını irəliyə itələməklə müəllimin otağına yol açar, onu öz harayına çağıra bilərdi. S.Hüseyn.

// Bir şeyi əli ilə və ya başqa bir şeylə özündən geriyə çəkmək, kənar etmək.
Mollanın oğlu qızılı əli ilə itələyir. Mol. Nəsr.
”.
Axund qəlyanı kənara itələyib dizi üstə qalxdı. Mir Cəlal.

3. Soxmaq, yeritmək, daxil etmək. Neştəri yaraya itələmək.
4. məc. Təhrik etmək, sövq etmək, sürükləmək, bir şeyi etməsinə səbəb olmaq. Cinayətə itələmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İTƏLƏMƏK 1. İTƏLƏMƏK [Ağca] ikiəlli Gəldiyevi itələdi.. (Mir Cəlal); TƏKANLAMAQ ..Bu onu, o bunu təkanlayır (C
  • İTƏLƏMƏK toxunmaq
  • İTƏLƏMƏK tərpətmək
  • İTƏLƏMƏK soxmaq — yeritmək

Etimologiya

  • İTƏLƏMƏK Kökü rusca “толкать” mənasını verən it feilidir. İtil söz də buradandır, qayıdış növdədir. -ələ şəkilçisi bir sıra feillərə qoşularaq hərəkətin intens
İTƏLƏMƏ
İTƏLƏNMƏ

Digər lüğətlərdə

вале́нтный капризу́нья лоси́нный определи́тель охри́пнуть перемо́кнуть подоспева́ть прие́хать пухлоли́цый стогова́ние ва́ливать измышля́ться развра́тно рычать de-afforestation dengue imperfectible plethory sferics time in trade unionist закрепостить инфантильный кропотливый отмочить