KİRİMƏK

f.
1. Səsini kəsmək, susmaq, dinməmək. Uşaqlar kiridilər. – Ölüsü ölən kiridi, yasa gələn kirimədi. ( Ata. sözü ).
Şirin sözlərinin çox müştaqiyəm; Danışmayıb kiriməyin nədəndir? M.P.Vaqif.
[Tubu:] İndiyəcən oğlu ölən kiridi, qardaşı ölən kiridi, amma sən kirimək bilmirsən. Ə.Haqverdiyev.

2. Rahatlanmaq, ovunmaq, sakitləşmək.
[Paşa:] Nə olar, uşaq döyülər də, ağlar da, kiriyər də! Mir Cəlal.
Göyün üzü ağladıqdan sonra kirimiş və gülməyə başlamış uşaq gözlərinə bənzəyirdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİRİMƏK susmaq — mumlamaq
  • KİRİMƏK kirimək bax sakitləşmək 1; susmaq

Antonimlər (əks mənalı sözlər)

  • KİRİMƏK KİRİMƏK – QIŞQIRMAQ Əllərini bir-birinə vurub kiridi (Mir Cəlal); Qədir sözünü qurtarmamışdı ki, bəy qışqırdı (Mir Cəlal)
KİRİMƏ
KİRİMİŞCƏ

Digər lüğətlərdə