MÜBALİĞƏBAZ
MÜBARƏKBAD
OBASTAN VİKİ
Camal Mübarək
Qamal Mübarək (27 dekabr 1963, Qahirə) — Misirin eks-prezidenti Hüsnü Mübarəkin oğlu. == Həyatı == O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. "Bank of Amerika"da işləyib. 2000-ci ildə hakim Milli – Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı.
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Mübarək (şəhər)
Mübarək Özbəkistanın Qaşqadərya vilayətində yerləşən şəhərdir. Mübarək əhəmiyyətli neft və qaz şəhəridir. Şəhər Mübarək bölgəsinin mərkəzidir. Mübarək şəhəri Qaşqadərya vilayətinin mərkəzi Qarşı şəhərindən 78 km məsafədə yerləşir. Mübarək 1974-cü ildən bəri şəhərdir. Mübarək 1974-cü ildən bəri bir şəhərdir. Bəzi yerli rəvayətlərə görə Mübarək adı İmam Buxarinin tərbiyəçilərindən olan Abdullah ibn Mübarak əl-Mərvazi adını daşıyan Xocamuborak kəndinin adından gəlmişdir. Mübarəkin 31 455 nəfər əhalisi var. Əhali 2002-ci ildə 28.300 nəfər idi. Əhali 2002-ci ildə 28.300 nəfər idi.
Mübarək zonası
Mübarək zonası (rus. Мубарекская зона) — 1970-1980-ci illərdə Sovet İttifaqı hökumətinin KGB-nin təşviqi ilə planladığı, lakin uğursuzluqla nəticələnən təkliflər layihəsidir. Layihə təklifində 1940-cı illərdə Fərqanə vadisinin fərqli bölgələrinə sürgün edilmiş Krım tatarlarını (sənəddə bu millətin adı keçmişdə Krımda yaşayan Tatar milləti olaraq göstərilmişdir) Qaşqadərya vilayətinə bağlı, əsasən sənayeləşməmiş Mübarək zonasına köçürməyi planlanılırdı. Təklifin məqsədi isə Krım tatarlarının yardımı ilə bölgəni sənayeləşdirmək, Krım tatarlarını Krıma geri dönmə istəklərindən əl çəkdirmək üçün onların Özbəkistanda qalıcı olaraq kök salmalarını təmin etmək və Krım Muxtar Sovet Sosialist Respublikasının təkrar qurulması yerinə, Mübarək bölgəsində yeni tatar bölgəsini qurdurmaq idi. Krım tatarları bu planı özlərini Özbəkistanda assimiliyasiya etdirmə, "Mübarək tatarlarına" dönüşdürmə, Krımdan xaricdə tutma, Krım MSSR-nın yenidən qurulmasını əngəlləmə və Krımdan uzaqda süni "vəd edilmiş torpaqlar" qurma təşəbbüsü olaraq gördülər. Dolayısıyla, yalnızca az sayda Krım tatarı bu planı dəstəklədi və ya bu təklif edilən bölgəyə köçdü. Layihəni təşviq edənlər Krım tatarlarını guya "atalarının evi" Orta Asiyada "kök salma"ğa təşviq etmə və Krım ilə olan əlaqələrini yox sayma yönündə intensiv cəhdlər etdilər. Bütün bunlara baxmayaraq, çox az sayda Krım tatarının Mübarəkə köçdüyünü və Krım tatarlarının Krıma geri dönmə istəklərindən əl çəkmədikləri aydın olunca, plan ləğv edildi. Krım tatarları ilə Kazan tatarları arasında nə qədr fərqlər olsa da, Mübarək zonası planından bir qədər öncə, SSRİ KP Mərkəzi Komitəsi "Krım tatar problemini həll etmək" üçün Krım tatarlarını Tatarıstana köçürməyi və Kazan tatarları ilə "yenidən birləşmə"yə təşviq etməyə çalışmış, ancaq bu təklif də Krım tatarları tərəfindən rədd edilmişdir.
Süzanna Mübarək
Süzanna Mübarək (28 fevral 1941, Əl-Minya) — Misirin birinci xanımı. Syuzan Mübarək 28 fevral 1941-ci ildə anadan olub. Onun ailəsi qarışıq sayılır. Atası misirli, anası iləs xristian dininə tapınan valliya xalqının nümayəndəsidir. Syuzan Qahirədəki "müqəddəs Klara" məktəbində oxuyub. Daha sonra 1977-ci ildə Qahirədə yerləşən Amerika Unversitetinin siyasi elmlər üzrə baklavr pilləsini bitirib. 1982-ci ildə "Misir şəhərlərinin sosial formalaşması" mövzusunda dissertasiya müdafiə edərək magistr olub. 1977-ci ildə onun tərəfindən "Integrated Care Society" adlı xeyriyyə çəmiyyəti yaradılıb. Syuzan Mübarək bu günə qədər Fonda rəhbərlik edir. 1978-ci ildə Mübarəklə rəsmi nikah bağlayan Syuzan prezident xanımı olduğu dövrdə də xeyriyyəçi kimi tanınıb.
Məhəmməd Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Mübarək Gəray (nurəddin)
Mübarək Gəray (krımtat. Mubarek Geray)(v. ən tezi 1632, Ədirnə, Osmanlı imperiyası) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddini. == Həyatı == Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından kiçik qardaşlarıyla birlikdə İstanbula göndərildi və burada böyüdüldü. Canıbəy Gərayın 1628-ci ildə ikinci dəfə xan təyin edilib Krıma göndərilməsinin ardından Mübarək Gəray da onunla birlikdə doğulduğu torpaqlara qayıtdı. 1629-cu ilin aprelində Krıma qarşı hücumlar tərtibləyən sabiq xan III Mehmed Gəray və qardaşı Şahin Gərayı Perekop yaxınlığında məğlub edən Mübarək Gəray, döyüş meydanından qaçan Şahin Gərayı təqib etməyə davam etdi. Onun ardından üsyankar xanzadəni dəstəkləyən noqay ordası və çərkəz diyarına basqınlar tərtibləyən Mübarək Gəray bölgədə mərkəzi hakimiyyəti gücləndirdi.
Abdullah ibn əl-Mübarək
İbn əl-Mübarək kimi tanınan Əbu Abdu-r-Rəhman Abdullah ibn əl-Mübarək əl-Mərvazi (736, Mərv – 1 noyabr 797, Hit) — müsəlman ilahiyyatçı və hədis alimidir. == Bioqrafiya == Onun tam adı: Əbu Abdu-r-Rəmman Abdullah ibn əl-Mübarək ibn Vadix əl-Hanzəli at-Turki al-Mərvazi (ərəb. أبو عبد الرحمن عبد الله بن المبارك بن واضح الحنظلي، التركي ثم المرْوزي‎). Atası türk, ərəb qəbiləsinin Bənu Təmim qollarından olan Bənu Xanzalə qəbiləsindən olan tacirin azad edilmiş (məula) adamı idi. Anası xarəzmlı idi. O, 736-cı ildə anadan olub. O, 20 yaşında İslam elmlərini öyrənməyə başlayır. Onun ilk müəllimi ər-Rəbi ibn Ənəs əl-Xorasani olmuşdur. 758-ci ildən başlayaraq elm axtarışında İslam dünyasını gəzir. Süleyman ət-Taimi, Hişama ibn Urvə, Süleyman əl-Əməş, Abdullah ibn Aun, əl-Avzai, Əbu Hənifə, İbn Cureyc, Süfyan əs-Sevri, Şubə ibn əl-Həccac, Malik ibn Ənəs, əl-Leysdən ibn Səd, İsmayıl ibn Əyyaş, Süfyan ibn Uyeynə və bir çox başqalarından hədis öyrənmişdir.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi dağı — Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında yerləşən, hündürlüyü 2,114 metr olan dağ. İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qeyd edilir. Hud Surəsində "Ey yerüzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Şaqay Mübarək Gəray (nurəddin)
Şaqay Mübarək Gəray (krımtat. Şaqay Mubarek Geray)(bilinmir – 1593, Çərkəzistan) — Krım xanı I Dövlət Gərayın oğlu, Krım nurəddini. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının Moskva knyazlığı və Lehistan üzərinə tərtiblədiyi səfərlərə qatıldı. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və digər qardaşı Adil Gəray kalqay elan olundu. Ertəsi il Osmanlı sultanı III Muradın Səfəvilər üzərinə səfərə çıxmasıyla Krım tatarları da cəbhəyə çağırıldı. Ancaq səhhətinin pis olmasını bəhanə edən qardaşı səfərə getməyərək tatar birliklərini kalqay Adil Gərayın rəhbərliyində Şirvana göndərdi. Şaqay Mübarək və qardaşı Qazi Gərayın da daxil olduğu 20 min nəfərlik tatar birlikləri üçün bu səfər uğursuzluqla nəticələndi. Mollahəsənli döyüşündə ağır itkilər verildi və kalqay Adil Gəray əsir düşdü.
Yeni iliniz mübarək (film, 2013)
Yeni iliniz mübarək (film, 2014)
Nur-Mübarək Misir İslam Mədəniyyəti Universiteti
Misir İslam Mədəniyyəti Universiteti Nur-Mübarək (qaz. Нұр-Мүбарак Египет ислам мәдениеті университеті ) — Qazaxıstanın Almatı şəhərində yerləşən yeganə ali İslam təhsil müəssisəsi. Universitet Təhsil və Elm Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və dövlət sertifikatından keçib. 1993-cü ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Misir Ərəb Respublikasına rəsmi səfəri zamanı "Misir İslam Mədəniyyəti Universiteti Nur- adı altında birgə Qazaxıstan-Misir İslam ali təhsil müəssisəsinin açılması barədə razılaşmalar əldə edildi. Mübarək (ərəb. الجامعة المصرية للثقافة الإسلامية «نور مبارك»‎, qaz. «Нұр-Мүбарак» Египет ислам мәдениеті университеті). Alma-Ata şəhərində universitetin tikintisi üçün 6 hektar sahə ayrıldı. 16 may 1993-cü ildə Prezident Nursultan Nazarbayev və Misir Əqqaf naziri Məhəmməd əl-Məhcub təntənəli bir şəkildə gələcək universitet şəhərciyinin təməl daşını qoydular. 2000-ci ildə universitetin inşaatının birinci mərhələsi başa çatdı.
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli — Abşeron rayonu Xırdalan şəhərinin "Misir" parkında Məhəmməd Hüsnü Mübarəkin şərəfinə ucaldılmış heykəl. Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib. "Misir" parkında Hüsnü Mübarəkin heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnib. Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub. 2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il Misir iğtişaşları ilə əlaqədar 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir.
Mübarəkabad
Mübarəkabad (Urmiya)
Mübarəkabad (Bicar)
Mübarəkabad (fars. مبارك آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (14 ailə). Əhalisini kürdlər təşkil edir.
Mübarəkabad (Məlikan)
Mübarəkabad (fars. مبارك اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3.661 nəfər yaşayır (889 ailə).
Mübarəkabad (Urmiya)
Mübarəkabad (fars. مبارك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 543 nəfər yaşayır (105 ailə).
Mübarəkşəhr
Mübarəkşəhr — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,661 nəfər və 889 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Mübarəkə
Mübarəkə — İranın İsfahan ostanının şəhərlərindən və Mübarəkə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 62,454 nəfər və 16,583 ailədən ibarət idi.
Mübarəkə şəhristanı
Mübarəkə şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mübarəkə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 132,925 nəfər və 35,276 ailədən ibarət idi.

Digər lüğətlərdə