is. [
ər. ] Yas, təziyə, əza.
□ Matəm geymək məc. – matəm əlaməti olaraq qara geymək; yas saxlamaq, təziyə tutmaq.
Mən köçdüm dünyadan vaxtından qabaq; Ki, matəm geyməsin bu ana torpaq. M.Rahim.
Matəm qopmaq – ağlaşma başlamaq, yas qurulmaq.
Vəqta ki, qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir.
Matəm qurulmaq – yas məclisi qurulmaq.
…Danabaş kəndində üç yerdə matəm qurulubdu… C.Məmmədquluzadə.
Matəm saxlamaq – yas saxlamaq, yasa batmaq. Minlərlə adam atom bombaları qurbanlarına matəm saxlayır.
// məc. Yas, kədər, hüzn.
Of, ana, Fitnəni görərsə Bəhram; Bizə matəm olar bu toy, bu bayram. A.Şaiq.
İnsanlar öpüşüb qardaş olsalar; Dünyada nə matəm, nə məhbəs qalar. S.Vurğun.
□ Matəm çəkmək – yasa batmaq, kədərə qərq olmaq.
Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə. A.Səhhət.
Matəmə batmaq – kədər içərisində olmaq, yasa batmaq.
[Dostəli:] Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Ü.Hacıbəyov.
Hər gələn yurdumda bir at oynatdı; Analar gənc ikən matəmə batdı. S.Vurğun.
Matəmə bürünmək – bax
matəmə batmaq.
Bürünüb matəmə kəndlər və şəhərlər ölüdür; Elə bil, orda həyətlər, küçələr qan gölüdür. S.Rüstəm.
◊ Matəminə oturum! – qarğış məqamına işlənir.