prep 1. Azərbaycan dilində əsasən yiyəlik hal şəkilçilərinə (-ın, -in, -un, -ün) müvafiq gəlir və ya tərcümə olunmur. Bu halda aşağıdakı mənaları bildirir: 1) mənsubiyyət, yiyəlik; sahiblik; the pages ~ a book kitabın səhifələri; the advice of a teacher müəllimin məsləhəti; the leg ~ the table stolun ayağı; 2) Hərəkətin obyektinə işarə edir: a creator ~ a new current in art incəsənətdə yeni istiqamətin yaradıcısı; 3) İcraçıya işarə edir: the deeds ~ our heroes bizim qəhrəmanların şücaətləri; 4) Dad, tam, qoxuya işarə edir: the smell ~ flowers çiçəklərin qoxusu; the taste ~ the porridge sıyığın dadı; 5) Şəxs və ya əşyanın digər şəxs və əşyalar arasından seçilməsinə işarə edir: holy ~ holies müqəddəslərin müqəddəsi; 6) keyfiyyətə, xüsusiyyətə, yaşa işarə edir: a man ~ his word sözünün ağası olan adam; a man ~ eighty seksən yaşlı kişi; 7) class, order, genus, species, kind, sort, manner və s. sözlərdən sonra növə, sinfə, tipə işarə edir: it was a sort of travelling school Bu, turizm məktəbinə bənzər bir şey idi; 2. Azərbaycan dilinə çıxışlıq hal şəkilçiləri (-dan, -dən) vasitəsilə tərcümə edilir və ya tərcümə edilmir. Bu halda aşağıdakı mənaları ifadə edir 1) Tamla onun hissəsi arasındakı münasibəti bildirir: some ~ the workers fəhlələrdən bəziləri; a pound ~ sugar bir funt şəkər; 2) səbəbə işarə edir: sick ~ inaction hərəkətsizlikdən bezmiş; 3) bir şeyin mənbəyinə işarə edir: I learned it of him Mən bunu ondan öyrəndim; He asked it of me O bunu məndən soruşdu; 4) mənşəyə işarə edir: He comes of a worker’s family O, fəhlə ailəsindəndir: 5) istiqamət, məkan və yerə işarə edir: south ~ Moscow Moskvadan cənubda; 6) bir şeydən azad olmuş, qurtarmış obyektə işarə edir: to cure ~ a disease / illness xəstəlikdən sağalmaq; to get rid ~ cold soyuqdəymədən yaxa qurtarmaq; 7) hər hansı qabın içindəki maddəyə işarə edir: a glass ~ milk bir stəkan süd; 8) əşyanın tərkib və strukturuna işarə edir: a pack ~ wolves canavar sürüsü; a herd ~ horses at ilxısı; 9) bir şeyin hansı materialdan düzəlmiş olduğunu göstərir; a dress ~ silk ipək paltar; 3. Azərbaycan dilinə haqqında, haqda sözlərdə tərcümə olunur; a book ~ England İngiltərə haqqında kitab; He thinks of his friend O, dostu haqda fikirləşir; 4. Azərbaycan dilinə tərcümə olunmur və aşağıdakı mənaları bildirir; 1) keyfiyyətin, xüsusiyyətin yayılma sahəsinə işarə edir: to be hard ~ hearing ağır eşitmək; 2) zamana işarə edir: ~ an evening axşam vaxtı; 3) kəmiyyətə işarə edir: a farm ~ 100 acres 100 akrlıq təsərrüfat sahəsi; 4) Şübhəyə, ittihama işarə edir: to suspect ~ theft oğurluqda şübhəli sayılmaq; 5) əlavə ilə işlənir və Azərbaycan dilinə tərcümə olunmur: the city ~ New-York Nyu-York şəhəri; by the name ~ John Con adlı