OM

[ xüs. is. -dən] Elektrik müqaviməti vahidi.
OLUŞ
OMAÇ
OBASTAN VİKİ
Georq Om
Georq Om (alm. Georg Simon Ohm;‎; 16 mart 1789[…], Erlangen, Mərkəzi Frankoniya – 6 iyul 1854[…], Münxen) — alman fiziki. O, elektrik dövrəsində cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı qanunauyğunluğu müəyyənləşdirən Om qanununu kəşf etmişdir. Fizika 9. § 4.3. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 82.
Georq Simon Om
Georq Om (alm. Georg Simon Ohm;‎; 16 mart 1789[…], Erlangen, Mərkəzi Frankoniya – 6 iyul 1854[…], Münxen) — alman fiziki. O, elektrik dövrəsində cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı qanunauyğunluğu müəyyənləşdirən Om qanununu kəşf etmişdir. Fizika 9. § 4.3. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 82.
.om
.om — Omanın internet kodu.
Om
Om ya Aum — Hinduizmdə və əksəriyyəti Hindistana xas bəzi başqa inanc sistemlərində dini ya da mistik təsiri olduğuna inanılan sözlərin (mantra) ən müqəddəsi sayılan heca. Sanskrit dilində birlikdə o səsini verən a və u saitləriylə m səsindən ibarətdir. Bu üç səs yer üzü, səma və göy qatlarında ibarət olan üç dünyanı; Brahma, Vişnu və Şivadan ibarət olan üç böyük Hindu tanrısını; Riq,Yacur və Sama adlı üç müqəddəs vida mətnini işarələr. Beləcə Om hecası sirrli şəkildə bütün kainatın özünü təmsil edir. Hindu ayinlərində dua, ilahi və meditasiyaların başında və sonunda deyilir. Müəyyən bir qaydaya bağlı olmadan Buddaçı və Caynaçı ayinlərində də istifadə edilər. Om hecasının yazılı forması, VI əsrdən sonrakı yazmaq və kitabə mətnlərinin başını ifadə etmək üçün istifadə edilmişdir. Om hecası, fəlsəfi vida mətnləri olan Upanişadların bir çoxunda ələ alınar; bunlardan Mandukya tamamilə bir hecaya ayrılmışdır. Yoqa tətbiqlərində də istifadə edilən Om şifahi meditasiya texnikalarıyla əlaqəlidir. Puranalarda (Qədim Bilgə) isə məzhəbçi məqsədlərlə istifadə edilir; Şivacıların Omu linqanın (Şivanın simvolu kişilik orqanı) simvolu olaraq şərh etməsinə qarşılıq, Vişnucular bu üç səsi Tanrı Vişnu, həyat yoldaşı Şri və ibadət edəndən ibarət üçləmə formasında göstərilir.
Om Puri
Ser Om Raceş Puri (18 oktyabr 1949[…] – 6 yanvar 2017[…]) — Milli Dram məktəbi və Hindistan Kino və Televiziya Universitetini bitirdikdən sonra 1975-ci ildə böyük ekranda “Oğru, gözün getdi” filmi ilə debüt edir. Sonralar daha uğurlu filmlərdə rol alır və ömrünün sonuna qədər fərqli obrazlarla ekranlara çıxır. Om Purinin iştirakı ilə çəkilmiş ən məşhur ekran əsərləri “Disko rəqqası”, “Dulhan Hum Le Jayenge”, “London arzuları”, “Ədviyyatlar və ehtiraslar” filmləridir. 6 yanvar 2017-ci ildə Mumbayda (Hindistan) ürəktutmasından vəfat edib.
Om qanunu
Om qanunu — Elektrik dövrəsindəki naqildə gərginlik, cərəyan şiddəti və müqaviməti arasında münasibəti müəyyən edir. Qanun onu kəşf edən Georq Omun şərəfinə Om qanunu adlandırılmışdır. Om qanunu belədir: :Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir. Başqa sözlə, I = U R {\displaystyle I={U \over R}} , burada: I — cərəyan şiddəti (А), U — gərginlik (V), R — müqavimətdir (Om).
Om çayı
Om çayı — Rusiya ərazisində yerləşən, Qərbi Sibirdə yeləşən, Omsk vilayəti və Novosibirsk vilayətindən axaraq İrtış çayına (sağ qolu) tökülür. Omskda çay Nijneomsk, Kalaçinski, Kormilovski və Omsk rayonları ərazisindən keçir. Çayın başlanğıcı Vasyuqan düzənliyindən götürür. Çayın mənbəyi Omsk gölüdür. Gölün ətrafında dünyanın əb böyük bataqlıqlarından olan Vasyuqan bataqlığı yerləşir. Sonra çay Barabin çökəkliyindən axır. Çayın mənsəbi İrtış çayının mənsəbindən 1831 km yuxarı axarda Omsk şəhəri yaxınlığındadır. Çayın uzunluğu 1091 km, sahəsi isə 52,600 km² təşkil edir. İllik su sərfiyyatı 64 m³/s -dir. Sovet dönəmində Kuybişev və Ust-Tarta arasında gəmilər fəaliyyət göstərirmiş.
Om Şanti Om (film, 2007)
"Om Şanti Om" (hind. ओं शान्ति ऒं) — rejissor Fərəh Xanın filmi. Filmdəki hadisələr 30 il əvvəldən başlayır və 70-ci illərin Bombeyi təsvir olunur. Om Prakaş Mahica və onun dostu Pappu sənətə yeni başlayan aktyorlardır. Rejissorlar onlara deyiləcək çox sözü olmayan kiçik və epizodik rollar verirlər. Baş qəhrəman belə hesab edir ki, onun şöhrət qazanmaq üçün möhtəşəm soyadı yoxdur. Məsələn, belə: Om Kapur! Omun anası oğlunu inandırır ki, o, nə vaxtsa böyük bir filmdə baş rol ifa edəcək... Om Prakaş gənc kino ulduzu Şanti Priyaya aşiqdir. Filmlərdən birinin çəkilişi zamanı yanğın baş verəndə Om Şantini alovun içindən xilas edir və beləcə onlar dost olurlar.
Om (ölçü vahidi)
Om (beynəlxalq işarəsi: Ω, rusca işarəsi: Om) – 1960-cı ildə rəsmi olaraq BS-də Elektrik müqavimətinin vahidi kimi qəbul edilmişdir. Om elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Om ölçü vahidi alman alimi Georq Simon Omun şərəfinə adlandırılmışdır. Omun tərsi olan ölçü vahidi elektrik keçiriciliyin vahidi olan Simensdir.
Om Nom Stories
Om Nom Stories (azərb. Am Nyamın hekayələri‎) — Rusiya şirkəti ZeptoLab tərəfindən yaradılan qısametrajlı cizgi serialı. 9 dekabr 2011-ci ildə pilot epizodu nümayiş etdirilmişdir. Sonra birinci mövsümü təşkil edən 10 növbəti seriya göstərilmişdir. İkinci mövsüm Cut the Rope: Time Travel, üçüncü mövsüm isə Cut the Rope 2 ilə eyni vaxtda başlamışdır. Üçüncü mövsümdə Am Nyam digər nyamamlar ilə görüşür. Evan Koulton adi 13 yaşlı oğlandır. Onun qəribə bir bağlama alması ilə həyatı həmişəlik dəyişir. Bu bağlamanın içində An Nyam adlı balaca bir divciyəz olur. Am Nyam şəkər yeməyi sevən balaca, yaşıl divciyəzdir.
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.
Elmar Omarov
Elmar Elvar oğlu Omarov (23 mart 2001; İkinci Şıxlı, Qazax rayonu - 9 noyabr 2020; Şuşa, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Omarov 2001-ci il martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 2008-2019-cu illərdə Qazax rayonunun Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elmar Omarov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elmar Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşanın azad edilməsində şəhid olub. Qazax rayonunun İkinci Şıxlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Omarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Erga omnes
Erga omnes — beynəlxalq hüquq konsepsiyası, ona görə beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır və hər bir dövlətin maraqlandığını təmin edir. Beynəlxalq hüququn müvəqqəti normalarının inkişafında keyfiyyətcə yeni bir mərhələ, beynəlxalq hüquq doktrinası olaraq geniş tanınan və beynəlxalq hüquq doktrinası kimi tanınan Barselona Traction işində BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hazırlanmış dövlət məsuliyyəti konsepsiyasının qəbul edilməsi ilə başladı, yəni bütövlükdə bütün icma qarşısında öhdəliklər erga omnes xarakteri ilə baş tutdu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarında aşağıdakılar qeyd edildi: "Xüsusilə, bir dövlətin bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında olan vəzifələri ilə diplomatik qoruma sahəsində başqa bir dövlətə nisbətən vis-à-vis (bir-birinə) qarşı ortaya çıxan vəzifələr arasında bir fərq qoyulmalıdır. Birincisi, təbiətinə görə bütün dövlətlərin işidir. Bu hüquqların vacibliyini nəzərə alaraq, bütün dövlətlər bu hüquqların qorunmasında qanuni bir maraq sahibi sayıla bilər; bunlar bütün öhdəliklərdir. Müasir beynəlxalq hüquqda bu cür öhdəliklər, məsələn, təcavüz və soyqırımı aktlarının qadağan edilməsindən, həmçinin köləlik və irqi ayrı-seçkilikdən qorunma da daxil olmaqla əsas insan haqları ilə əlaqəli prinsip və müddəalardan qaynaqlanır. ". Beləliklə, Məhkəmə beynəlxalq hüquq öhdəliklərinin müstəsna ikitərəfli xarakterini inkar etdi və əvvəlki məhkəmə hüququnu dəyişdirdi. Həqiqətən, hələ 1966-cı ildə, Cənubi Qərbi Afrika hadisəsində, Efiopiya və Liberiyadan Cənubi Afrikanın aparteid siyasətini yürütən Namibiyada varlığına qarşı şikayət vermək hüququ, bu məsələnin həllində tərəf olmayan üçüncü dövlətlər olaraq rədd edildi. Barcelona Traction qərarında, Beynəlxalq Ədalət Məhkəməsi, "bütün dövlətlərin işi" olan və bütün dövlətlərin qanuni mənafeləri olan, xüsusi əhəmiyyətə və ümumbəşəri əhəmiyyətə sahib hüquqları təsir etdikləri üçün qaydaların mövcudluğunu qəbul etdi.
Eupatorium omeiense
Eupatorium omeiense (lat. Eupatorium omeiense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Eşqin Omarov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Gerson Omubo
Hindistan–Oman münasibətləri
Hindistan–Oman münasibətləri — Hindistan ilə Oman arasındakı mövcud ikitərəfli əlaqələr. iki region arasında ticarət əlaqələri bir necə min illiklərdirki mövcuddur. Omanda aparılan qazıntılar zamanı Hindistanla ticarət əılaqələrinin qurulması barədə faktlar aşkarlanmışdır. Bunun b.e.ə III minilliyə qədər davam etməsi sübut olunmuşdur. 1955-ci ilin fevralında Maskat şəhərində Hindistanın konsulluğu açılmışdır. Hansı ki, 1960-cı ildə Baş konsulluq, 1971-ci ildə isə səfirlik statusu alır. 1973-cü ildə Maskata ilk Hindistan səfiri gəlir. 1972-ci ildə Oman Dehlidə səfirliyini, 1976-cı ildə isə Mumbayda baş konsulluq açılır. 2012-ci ildə Oman Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daimi üzvlük istiqamətdəki cəhdlərini dəstəkləmişdir. Omanda 500 min hindistanlı yaşayır.
Hyozo Omori
Hyozo Omori (大森 兵蔵, Omori Hyozo) – ABŞ-də təhsil almış yapon idman müəllimi. "Yaponiya basketbolunun atası" hesab olunur. Hyozo Omori Gənc Xristianlar Assosiasiyasının Sprinqfild kollecinin tələbəsi kimi 1890-cı illərdə ABŞ-də basketbolla məşğul olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra 1908-ci ildə Tokio Qadınlar Universiteti dərs deyərkən ilk dəfə bu idman növünü ölkəsinə tanıtmışdır. Omori Yaponiya Həvəskar Atletika Assosiasiyasının rəhbərlərindən biri olmuş, Tokio Gənc Xristianlar Assosiasiyasında və Keyo Universitetində müəllimlik etmişdir. Omori Gənc Xristianlar Assosiasiyasında voleybol idmanı ilə tanış olmuş və 1908-ci ildə bu idman növünü də Yaponiyaya tanıtmışdır. Omori və dostlarının fəaliyyətinə baxmayaraq, basketbol və voleybol İkinci dünya müharibəsinin başa çatdığı dövrə qədər Yaponiyada geniş oynanılan idman növləri olmamışdır. Omorinin həyat yoldaşı Yaponiyada Yurin-en hərəkatının rəhbəri olmuşdur. Omori 1912-ci ildə Stokholmda baş tutmuş Yay Olimpiya Oyunlarına komanda meneceri kimi qatılmışdır. Yaponiyaya qayıdarkən 1913-cü ildə vərəm xəstəliyindən ölmüşdür.
Kreşo Omerzel
Kreşo Omerzel (12 mart 1957 — 25 oktyabr 2016) — Krşkodan olan Sloveniyalı Spidvey sürücüsü və baş məşqçisi. Kreşo Omerzel karyerasına 1975-ci ildə başlamış, 1998-ci ildə sona çatdırmışdır. O, ailə həyatı qurmuş və iki oğul atası olmuşdur.
Lez-Omerq
Lez-Omerq (fr. Les Omergues, oks. Leis Amèrgues) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04140. 2008-ci ildə əhalinin sayı 123 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15–64 yaş) arasında 55 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70,5%, 1999-cu ildə 73,0%). Fəal olan 55 nəfərdən 45 nəfər (25 kişi və 20 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi.
Mayumi Omatsu
Mayumi Omatsu (d. 12 iyul 1970) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Miconia ombrophila
Miconia ombrophila (lat. Miconia ombrophila) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Murman Omanidze
Murman Omanidze (gürc. მურმან ომანიძე; 5 noyabr 1938, Tbilisi – 2020) — Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri. Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi. 1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi.
Norio Omura
Norio Omura (d. 6 sentyabr 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 4 qol vurub.
Norveç omarı
Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, Aralıq və Şimal dənizlərində yayılmışdır. Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir.
OMON
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
OMSI Der Omnibussimulator
OMSİ Der Omnibussimulator — avtobus sürücüsü simulator janrında bir oyun. Alman m-R proqramı studiyası tərəfindən hazırlanmışdır.
Oman bayrağı
Oman bayrağı — Omanın Dövlət bayrağı
Oman coğrafiyası
Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.
Oman himni
Oman dövlət himni (ərəb. نشيد السلام السلطاني‎) 1970-ci ildə təsdiq olunub və 6 noyabr 1996-cı ildə düzəliş edilib.
Oman iqtisadiyyatı
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir. Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək.
Oman körfəzi
Oman körfəzi ingilisce: The gulf of Oman, Ərəbcə: خلیج عمان (Xəlic Umman),farsca:دریای عمان (Dərya-ye Omman) (Oman Dənizi) Fars körfəzi ilə Hind okeanını birləşdirən körfəzin adıdır. Bu körfəzin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Oman milli futbol komandası
Oman milli futbol komandası — Omanın milli futbol komandası. Komanda Oman Futbol Assosiasiyası tərəfindən idarə olunur. 1930 FİFA Dünya Kubokundan 1982 FİFA Dünya Kubokuna qədər yarışlarda iştirak etməmişdir. 1986 FİFA Dünya Kubokunda iştirak üçün verdiyi ərizəni geri götürmüşdür. 1990 FİFA Dünya Kuboku oyunlarından başlayaraq 2018 FİFA Dünya Kuboku oyunlarına qədər təsnifat mərhələsini keçməmişdir.

Digər lüğətlərdə