PART

part1

n 1. hissə, qisim; ~s of a book kitabın hissələri; Some parts of this book are interesting Bu kitabın bəzi hissələri maraqlıdır, ~s of a machine maşın hissələri; ~s of speech nitq hissələri; 2. vəzifə, iş, funksiya; It’s no part of parents Bu, valideynlərin vəzifəsi / işi deyib, to take / to have ~ in smth. bir şeydə iştirak etmək; to take ~ in conversation söhbətdə iştirak etmək; 3. rol, partiya; to act / to play the ~ rol oynamaq; He was excellent in the part of Hamlet O, Hamlet rolunu / partiyasını əla oynadı; 4. adət. pl yer, ölkə; in foreign ~s yad ölkələrdə; in these ~s of the world dünyanın bu yerlərində;

◊ ~ and parcel tərkib / ayrılmaz hissə

part2

v 1. bölmək; ayırmaq; The island parts the river into two branches Ada, çayı iki qola bölür /ayırır; to ~ one’s hair in the middle saçını ortadan ayırmaq; 2. ayrılmaq; She has parted from her husband O, ərindən ayrılıb; 3. aralamaq; to ~ lighters dalaşanları aralamaq / ayırmaq;

◊ to ~ company (with) 1) ayrılmaq; 2) incişmək; 3) razılaşmamaq

PARSLEY
PART-OWNER
OBASTAN VİKİ
Dördüncü simfoniya (Part)
Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir. Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır. Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır.
Sadeness (Part I)
Sadness (Part I) – Enigma musiqi layihəsi adından 1990-cı ildə çıxarılmış sinql. Mahnı MCMXC a.D albomundan çıxarılmış ilk sinqldır. Birmənalı şəkildə qeyd etmək olar ki, mahnı Enigma musiqi layihəsini bütün dünyada tanıdan və bu günə kimi Enigma musiqi layihəsi adından çıxarılmış ən məşhur mahnıdır. Təkcə onu qeyd etmək yetər ki, mahnı bütün dünyada yeddi milyon nüsxəylə satılmış və iyirmi dörd ölkənin hit paradlarında liderliyi ələ keçirmişdir. Sadness (Part I) mahnısı Curly M. C., F. Gregorian, David Fairstein tərəfindən yazılmışdır. Mahnıda istifadə edilən sözlər latın dili və fransız dilindədir. Latın dilində olan sözlər Psalmlardan bir hissıdir (24:7–8). Sadeness (Part I) [violent u.s.
Sadness (Part I)

Another Part Of Me
Another Part Of Me – Maykl Ceksonun 1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO 3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir. Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib. 2009-cu ilin iyulunda Madonna “Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir. Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir. “Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir.
Mea Culpa (Part II)
Mea Culpa (Part II) — Enigma musiqi layihəsi adından 1991 -ci ildə çıxarılmış sinql. Mahnı MCMXC a.D. albomundan çıxarılmış ikinci sinqldır.
Shook Ones (Part II)
Shook Ones (Part II) (azərb. "Titrəmişlər" (II hissə)‎) — Mobb Deep tərəfindən yazılan və rep qrupunun ikinci solo albomu - "The Infamous"-a daxil edilən mahnı. "Rolling Stone" dərgisi "Shook Ones (Part II)" mahnısını "bütün zamanların 50 ən məşhur hip hop mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Simfoniya No. 4 (Part)
Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir. Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır. Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır.
The Last of Us Part II
The Last of Us Part II — Naughty Dog tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən PlayStation 4 üçün nəşr edilmiş 2020-ci il aksiyon-macəra oyunudur. The Last of Us (2013) filmindən beş il sonra keçən oyun, apokaliptikdən sonrakı ABŞ-da həyatları bir-birinə qarışan iki oynana bilən personaj üzərində cəmlənir: Joelin qisasını almaq üçün yola çıxan Elli və atasının qisasını almış Abbi. Oyun üçüncü şəxsin perspektivindən istifadə edir; Oyunçu insan düşmənləri və cannibalist zombi kimi canlılarla odlu silahlarla və ya gizli şəkildə döyüşməlidir. Bu artıq oyunçunun öz seçiminə buraxılır. İnkişaf 2014-cü ildə The Last of Us Remastered-in buraxılmasından qısa müddət sonra başladı. Neil Druckmann kreativ direktor kimi qayıdır və hekayəni Halley Qross ilə birgə yazmışdır. İntiqam və cəza mövzuları Druckmannın İsraildə böyüyən təcrübələrindən ilhamlanır. Eşli Conson Elli rolunu, Laura Beyli isə Abbi rolunu təkrar canlandırır. Onun ifalarına hərəkət və səsin eyni vaxtda yazılması daxildir. Gustavo Santaolalla oyunun saundtrekini bəstələmək və ifa etmək üçün qayıdır.
Azad Vətən (siyasi partiya)
"Azad Vətən" (erm. Ազատ Հայրենիք, Azat Hayrenik) — Qondarma Dağlıq Qarabağ Respublikasının hakim partiyası. "Azad Vətən" partiyası 29 yanvar 2005-ci ildə təsis edilmişdir. Partiyanın sədri 16 dekabr 2020-ci il tarixinədək prezident Arayik Arutyunyandır. 19 iyun 2005-ci ildə "Azad Vətən" partiyası 33 yerdən 12-ni qazanmış və bundan sonra Arayik Arutyunyan partiyanın sədri seçilmişdir. 23 may 2010-cu ildə Qondarma DQR Milli Məclisinə deputat seçkilərində "Azad Vətən" partiyası proporsional sistem üzrə 46,4% səs toplamış və14 deputat mandatı qazanmış, parlamentdə çoxluq təşkil etmişdir. Fraksiya rəhbəri Qaqik Petrosyan olmuşdur. 2015-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə "Azad Vətən" partiyası 47,6 səs qazanaraq majoritar sistemlə seçilənlərlə birlikdə 15 deputat mandatı qazanaraq parlament çoxluğunu təşkil etmişdir. Fraksiya rəhbəri Artur Tovmasyan olmuşdur. 2020-ci il seçkilərində partiya 33 yerdən 16-nı qazanmışdır.
Azad Vətən Partiyası
Azad Vətən Partiyası (Azərbaycan) — Azərbaycan Respublikasında faəliyyət göstərən siyasi partiya. Azad Vətən Partiyası (Dağlıq Qarabağ) — Qondarma Dağlıq Qarabağ Respublikasında fəaliyyət göstərən siyasi partiya.
Azad Vətən Partiyası (Azərbaycan)
Azad Vətən Partiyası — Azərbaycanda fəaliyyət göstərən və 6 sentyabr 2022-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya. Sədri Akif Nağıdır. Partiya 27 avqust 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatı adı ilə yaradılmış, 28 yanvar 2000-ci ildən Qarabağ Azadlıq Təşkilatı adı ilə fəaliyyət göstərmiş təşkilatın 17 avqust 2022-ci il tarixli qurultayında siyasi partiyaya çevrilməsiylə yaranmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azad Vətən Partiyasının üzvlərinin 70%-i kişi, 30%-i isə qadın olmuşdur. Bu təşkilat 1993-cü il avqustun 27-də yaradılıb, ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000-ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması qəbul olunub, yəni Qarabağ Azadlıq Təşkilatı. Təşkilatın əsas məqsədi Qarabağın azadlığı olmuşdur. Təşkilat "xalq diplomatiyası" nın əleyhinədir, hesab edir ki, yalnız müharibə bitdikdən sonra "xalq diplomatiyası"ndan istifadə etmək olar. Təşkilat Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinə inanmamışdır, məsələnin hərbi yolla həll ediləcəyi mövqeyində idi. Bu məqsədlə Təşkilat "Qələbə Modeli" adlı sənəd hazırlamışdır. Qarabağa Azadlıq Təşkilatının 17 avqust 2022-ci il tarixində Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evində VI (yenidən təşkil) Qurultayı keçirilmişdir.
Azad Vətən Partiyası (Dağlıq Qarabağ)
"Azad Vətən" (erm. Ազատ Հայրենիք, Azat Hayrenik) — Qondarma Dağlıq Qarabağ Respublikasının hakim partiyası. "Azad Vətən" partiyası 29 yanvar 2005-ci ildə təsis edilmişdir. Partiyanın sədri 16 dekabr 2020-ci il tarixinədək prezident Arayik Arutyunyandır. 19 iyun 2005-ci ildə "Azad Vətən" partiyası 33 yerdən 12-ni qazanmış və bundan sonra Arayik Arutyunyan partiyanın sədri seçilmişdir. 23 may 2010-cu ildə Qondarma DQR Milli Məclisinə deputat seçkilərində "Azad Vətən" partiyası proporsional sistem üzrə 46,4% səs toplamış və14 deputat mandatı qazanmış, parlamentdə çoxluq təşkil etmişdir. Fraksiya rəhbəri Qaqik Petrosyan olmuşdur. 2015-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə "Azad Vətən" partiyası 47,6 səs qazanaraq majoritar sistemlə seçilənlərlə birlikdə 15 deputat mandatı qazanaraq parlament çoxluğunu təşkil etmişdir. Fraksiya rəhbəri Artur Tovmasyan olmuşdur. 2020-ci il seçkilərində partiya 33 yerdən 16-nı qazanmışdır.
Azadlıq Siyasi Partiyalar Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi. 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.
Azadlıq Xalqı Partiyası (İtaliya)
Xalq Azadlığı(it. Il Popolo della Libertà, PdL) - İtaliyada siyasi partiya. 2008-ci ildə təsis, 2013-cü ildə ləğv edilib.
Azadlıq və Ədalət Partiyası
Azadlıq və Ədalət Partiyası (ərəb. حزب الحرية والعدالة‎) — Misirin aparıcı siyasi partiyalarından biri, islam yönümlü siyasi partiyasıdır. 2011-ci ildə Müsəlman Qardaşlar təşkialatının siyasi qanadı kimi yaranıb. Misirdəki 2011-ci il parlament seçkilərində qanunların demokratikləşdirilməsi və sosial sahədə mühafizəkarlıq proqramı ilə çıxış edirdi.
Azərbaycan Sosial Demokrat Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası — Azərbaycanda mövcud olmuş siyasi partiyalardan biri. Azərbaycan Sosial Demokrat Partiyası 1989-cu ildə təsis edilmiş, 27 iyul 1990-cı ildə dövlət qeydiyyatına alınmışdır. Partiyanın ideologiyasının əsasında sosial-demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması durur. Partiya siyasi sistemdə solçuluq mövqeyini müdafiə edir. Partiyada könüllü üzvlük haqqı sistemi mövcuddur. ASDP-də seçkili orqanlar sədr və sədr müavinləridir. Partiyanın ictimaiyyətlə əlaqə vasitələri yoxdur. Partiyanın iqtidar-müxalifət dialoquna münasibəti yalnız o halda müsbətdir ki, bu addım Prezident tərəfindən atılmış olsun. Mövcud resursları baxımından partiyanın maddi-texniki imkanları zəifdir. Partiya siyasi sistemin optimallaşdırılmasını, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsini, proporsional seçki sisteminin bərpasını dəstəkləyir.
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020-2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur. 1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan Prezident seçimlərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı. Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi. Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi. ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu. 2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi.
Azərbaycan Sosialist İnqilabçılar Partiyası
Xalqçı Partiyası və ya Azərbaycan Sosialist İnqilabçılar Partiyası — Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiya. 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918-ci il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi. 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-Aslanov və Camo bəy Hacınski daxil oldular. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də istanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, MSB-nin sədri Aslan bəy Səfıkürdski də var idi.
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca AXCP — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisi, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında və onun rəsmi varisi kimi qurulan, həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı.1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir. 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub. 1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)

Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası (Əvvəlki adı: Talış Xalq Partiyası) — 1991-ci ildə yaradılan və 1993-cü ildə ləğv edilən separatçı partiya. Talış Xalq Partiyası 1989-cu ildə qurulan Talış Milli Dirçəliş Partiyasının bazasında yaradılmışdır. 1991-ci ildə TMDP TXP olaraq yenidən formalaşdı və sədri Hilal Məmmədov seçildi. 1993-cü ilin martında partiya Azərbaycan Xalqlarının Bərabərlik Partiyası adı altında qeydiyyatdan keçmişdir. 1993-cü ilin iyununda Talış Muğan Respublikası elan edildikdən sonra partiyanın qeydiyyatı Ali Məhkəmə tərəfindən ləğv edilmişdir.
Azərbaycan Yüksəliş Partiyası
Azərbaycan siyasi partiyaları
Bu siyahı Azərbaycanda fəaliyyət göstərən və göstərmiş dövlət qeydiyyatlı və dövlət qeydiyatında olmayan siyasi partiyaların siyahısını və onlar barədə məlumatları əhatə edir. Azərbaycanda siyasi partiyalar və onların fəaliyyəti "Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatı məsələsi Ədliyyə Nazirliyinin balansındadır. Dövlət qeydiyyatında olan siyasi partiyalar bələdiyyə, parlament və prezident seçkilərində iştirak edə bilər. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Müstəqillik qazanıldıqdan sonra Etibar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası, Azad Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası dövlət qeydiyyatına alınmış ilk siyasi partiyalar kimi Azərbaycanın siyasi tarixinə düşdülər. Hal-hazırda isə dövlət qeydiyyatında 27 partiya var. Qeydiyyata alınan sonuncu siyasi partiya Azad Vətən Partiyası olmuşdur. Müxtəlif dövrlərdə Azərbaycanda onlarla siyasi partiya təsis olunmuş, lakin onlar dövlət qeydiyyatına alınmamışdır. Zamanla bu partiyalardan çoxu fəaliyyətini dayandırmışdır.
Azərbaycan siyasi partiyalarının siyahısı

Ağ Partiyası
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya. 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır. Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur. Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.
Baas Partiyası
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Beta particle
Beta hissəciklər- yüksək enerji və sürətli elektron və ya pozitronlardır. Beta hissəciklərin yayılma prosesi beta şüalanması adlanır. Enerji 0,5 MeV olan Beta hissəcikləri havada təxminən bir metr aralığa malikdir; məsafə hissəcik enerjisindən asılıdır. Beta hissəcikləri ionlaşdırıcı şüalanmanın bir növüdür və radiasiyadan qorunma məqsədləri üçün qamma şüalarından daha çox ionlaşan, lakin alfa hissəciklərindən daha az ionlaşan sayılırlar. İonlaşdırıcı təsir nə qədər yüksək olarsa, canlı toxumaya ziyan bir o qədər artır. Artıq neytronları olan qeyri-sabit bir atom nüvəsi bir neytronun bir protona, bir elektrona və bir elektron neytrinə çevrildiyi β - çürüməyə məruz qala bilər: n → p + e- + νe nuclear çürümə nüvə reaktorlarında istehsal olunan neytronla zəngin parçalanma yan məhsulları arasında tez-tez baş verir. Pulsuz neytronlar da bu proses vasitəsilə çürüyür. Bu proseslərin hər ikisi parçalanma-reaktor yanacaq çubuqları tərəfindən istehsal olunan çox sayda beta şüalarına və elektron antineutrinlərə kömək edir. β + şüalanma pozitronların yayılması prosesidir. β + çürümə zamanı protonlardan biri neytrona , eletron neytrinə və pozitrona çevrilir: p → n + e+ + νe Beta hissəciklərinin maddəyə təsir edən ionlaşdırıcı və ya həyəcanlandırıcı təsiri radiometrik aşkaretmə alətlərinin beta şüalanmasını aşkar və ölçmələri əsas proseslərdir.
Beyrut limanında partlayış (2020)
Beyrut limanında partlayışlar və ya Beyrut limanının bombalanması — 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış. Partlayış nəticəsində ən azı 192 nəfər ölmüş, 5 min nəfər yaralanmış, 80 nəfər itkin düşmüşdür. Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirmişdir. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi. Livan partlayış zamanı iqtisadi böhran yaşayırdı. Livan funtu kəskin şəkildə ucuzlaşmış, ölkədəki kasıblıq səviyyəsi isə 50%-ə qalxmışdır. Beyrut limanı Livana dəniz yolu ilə səyahətin qapısı kimi qiymətləndirilir və hər il 3 minə yaxın gəmi qəbul edir. Livan dövlətinin nəzarətində olan limanda 4 hövzə, 16 sahil bəndi, biri buğda üçün nəzərdə tutulmuş 13 anbarı var. Limanda hərbi baza da mövcuddur. Partlayışların səbəbi dərhal dəqiqləşməmişdir.
Beyrut limanında partlayışlar (2020)

Bizim Azərbaycan Siyasi Partiyalar Bloku
Bizim Azərbaycan bloku - Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15-16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur. 19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.
Braziliya Demokratik Hərəkat Partiyası
Braziliya Demokratik Hərəkat Partiyası (port. Partido do Movimento Democrático Brasileiro, qısa — port. PMDB) — Braziliyanın siyasi partiyalarından biri. Ölkənin hərəkətverici partiyalarındandır. Partiya 1980-ci ildə Mariu Kovas tərəfindən yaradılmışdır. Partiyanın bəyamnaməsi Roberta Manqabeyra Unqer tərtib etmişdir. Partiya 2006 il seçkilərində parlamentdə 513 yerdən 89 yerə sahib çıxmışdır. 2010-cu il seçkilərində isə deputatlar palatasında 79 yerə sahib olmaqla senatda böyük fraksiyaya sahib olmuşlar. Ölkədə İşçilər Partiyasından sonra ikinci güçlü partiya hesab edilir. İslahatçı, Mərkəzçi olaraq tanınırlar.
Brinks otelinin partladılması
1964-cü il Brinks otelinə bombalı hücum — Vyetnam müharibəsi zamanı 24 dekabr 1964-cü il tarixində, Cənubi Vyetnamın Hoşimin şəhərində, Vyetqon (Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi) tərəfindən həyata keçirilən Brinks otelinə bombalı hücum. Biri zabit, digəri komisssar olan iki amerikalı Amerika ordusuna ev sahibliyi edən otelin altındakı avtomobildə iki Vyetqon casusunun qoyduğu bomba partlaması nəticəsində öldülər. Hərbiçilər və Vyetnam mülki vətəndaşları da daxil olmaqla altmış nəfər insan hücum nəticəsində xəsarət aldı. Vyetnam komandirləri hücumu iki məqsədlə planlaşdırdılar. Bunlardan birincisi;yaxşımüdafiə olunan paytaxtdakı Amerika institutuna hücum edərək, ABŞ-nin Şimali Vyetnama hava hücumuna başladığı halda, Cənubi Vyetnamdakı hücum imkanlarını göstərmək idi. İkincisi isə; Cənubi vyetnamlılara amerikalıların zəif olduqlarını və qorunmaq üçün onlara etibar edə bilməyəcəklərini göstərmək. Hücum ABŞ prezidenti Lindon Conson administrasiyasında mübahisələrə səbəb oldu. Bir çox məsləhətçi Şimali Vyetnamın bombalanması və ABŞ Ordusunun döyüşə girməsini müdafiə edərkən, Conson, Cənubi Vyetnamı Vyetkonqa qarşı qorumaq üçün hazırkı Vyetnam Respublikası ordusunun təlim strategiyasına üstünlük verdi. II Dünya müharibəsindən sonra kommunist quruluşlu olan Vyet Minh (Vyrtnam Beynəxalq Qurtuluş Cəbhəsi),Vyetnamın müstəqilliyini qazanmaq üçün fransız müstəmləkəçilərinə qarşı mübarizə aparırdı. Fransız müstəmləkə qüvvələrinin Hindçin müharibəsində məğlubiyyətindən sonra ölkə 1954-cü ildə 17-ci paralel boyunca ikiyə bölündü.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfidir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir. Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyasını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir. Partiyanın sıralarında indiyədək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.

Digər lüğətlərdə