péninsule f

f yarımada

pénible
pensée
OBASTAN VİKİ
F
Latın qrafikalı Azərbaycan əlifbasında 8-ci hərf.
F&F Tower
F&F Tower və ya keçmiş adı ilə İnqilab qülləsi — Panamanın paytaxtı Panama şəhərində yerləşən ofis qülləsi. Tikintisi 2011-ci ildə başa çatdırılmışdır. Göydələn 2011-ci ilin top-10 göydələnindən biri seçilmiş, dizaynına və funksionallığına görə Emporis Göydələn Mükafatında 7-ci yerdə göstərilmişdir. Panama şəhərinin simvolik tikililərindən biridir. == Haqqında == Ümumi hündürlüyü 242,9 metrdir. Hündürlüyünə görə Panamada 9-cu, Latın Amerikasında 14-cü yerdədir. Tikintisi zamanı şüşə və gücləndirilmiş betondan istifadə edilmişdir.
F-15
F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle) — ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır. 1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur. F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir. ABŞ ilə yanaşı İsrail, Səudiyyə Ərəbistanı və Yaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir. 2017-ci ilə olan məlumata əsasən bu döyüş təyyarəsinin müxtəlif variantlarının istehsalı 2022-ci ilə qədər davam edəcək. == Yaradılma tarixi == 1960-cı illərin sonlarında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən aparılan tədqiqatlar, Vyetnam müharibəsində toplanılmış hava döyüşü təcrübələri nəticəsində havada üstünlük əldə edə biləcək qırıcı üçün tələblər hazırlandı. Yeni təyyarənin dizayn-konsepsiyasının hazırlanmasına başlayan 8 kompaniyadan 4-ü 500-ə yaxın dizayn konsepsiyası təqdim etdilər.
F-15E
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
F-16
F-16 Döyüşən Şahin (ing. F-16 Fighting Falcon) — Amerika Birləşmiş Ştatları "General Dynamics" şirkəti tərəfindən dizayn və istehsal edilmiş, ABŞ və müttəfiq ölkələrin silahlanmasında olan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarə. 2-ci dünya müharibəsindən sonra Sovet istehsalı MiQ-21 və ABŞ istehsalı F-4 qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur. 2016-cı ilin iyul ayına qədər 4.573 ədəd istehsal olunmuşdur. Bu qırıcılar B-61 nüvə bombası da daşıya bilir. == İstehsalı == "F-16" təyyarələri 1972-ci ildən bəri ABŞ-nin Lokhid Martin korporasiyası tərəfindən istehsal edilir. Hazırda ABŞ başda olmaqla dünyanın 19 ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir. İndiyədək 4200-dən çox təyyarə istehsal edilib. F-16 xarici ölkələrdə ən geniş yayılmış dördüncü nəsil qırıcılardır. 80-ci illərin əvvəllərindən başlayaraq təyyarələrin gövdəsi radarlara yaxalanma riskini azaldan xüsusi texnologiya əsasında istehsal edilir.
F-22
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. == Tarixi == 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.
F-35
F-35 Joint Strike Fighter (JSF)- Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.
F-4
McDonnell Douglas F-4 Phantom II McDonnel Aircraft şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin aviasiya bölmələrinin döyüş gücünü artırmaq məqsədilə istehsal olunmuş, iki oturacaqlı, iki mühərrikli, istənilən hava şəraitində döyüşmək qabiliyyətinə sahib qırıcı-bombardmançı təyyarədir. İlk dəfə 1960-cı ildə ABŞ Hərbi Donanmasında istifadə olunmağa başlamışdır. Yüksək uyğunlaşma səviyyəsi olduğuna görə sonradan ABŞ dəniz piyadaları korpusu və ABŞ HHQ tərəfindən aktiv istismar olunmağa başlamış, 1960-cı illərin ortalarından etibarən bütün aviasiya bölmələrinin əsas döyüş təyyarəsi olmuşdur. 2017-ci ilə olan məlumata əsasən istismarına başlamasından 60 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, F-4 qırıcıları hələ də İran, Yaponiya, Cənubi Koreya və Türkiyə kimi ölkələrdə aktiv istifadə olunur. == İstifadəçilər == Avstraliya (keçmiş) Misir: 34 ədəd F-4E xidmətdədir. Almaniya (keçmiş): 30 iyun 2013-cü ildən xidmətdən çıxardılmışdırlar. Yunanıstan: 12 ədəd RF-4E və 34 ədəd F-4E AUP xidmətdədir. İran: 1960 – 1970-ci illərdə 225 ədəd F-4D, RF-4E, F-4E almışdır. 2015-ci ildəki məlumatlara görə 64 ədəd F-4D xidmətini davam etdirir. İsrail (keçmiş): 2004-cü ildən F-4 təyyarələri xidmətdən çıxardılmışdırlar.
F-elementləri
f-elementləri — dövri sistemdə 28 f — elementi var. Bunlardan sıra nömrəsi 58-dən 71-ə qədər olan 14 element VI dövrdə lantanla birlikdə yerləşir və kimyəvi xassələrinə görə lantana oxşadıqlarından onlara lantanoidlər deyilir. Eyni səbəbə görə VII dövrdə aktiniumla birlikdə yerləşən və sıra nömrəsi 90-dan 103-ə qədər14 element aktionoidlər adlanır. Lantanoid və aktinoidlərin sıra nömrəsi artdıqca növbəti elektron atomun axırdan 3-cü elektron təbəqəsinin f-yarım səviyyəsinə daxil olur və buna görə dəd onlara f-elementləri deyilir. Bu cəhətdəb qadolinium və lyutesium müstəsnalıq təşkil edir. Onların 4f-yarım səviyyəsində uyğun olaraq 7 və 14 elektron yerləşir. Səviyyənin belə konfiqurasiyası (d5 və d10 səviyyələri kimi) davamlı olduğundan növbəti elektron atomunun d-yarım səviyyəsinə daxil olur. f-yarım səviyyəsinin elektron tutumunun 14-ə bərabər olması ilə əlaqədar olaraq lantanoid və aktionidləri təşkil edən elementlərin sayı da 14-dür. 4f-yarım səviyyəsinə elektronların daxil olması xarakterindən asılı olaraq lantanoidləri, hərəsinə 7elemet olmaqla, iki yarımailəyə bölürlər. Bunlardan Ce-Gd sırasında yerləşən elementlərin serium yarımailəsini, Tb-Lu sırasındakı elementlər isə terbium yarımailəsini təşkil edir.
F.Michx.
Fransua Andre Mişo (fr. François André Michaux; (1770–1855)) – Fransız botaniki.
F.Muell.
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
F. Boie
Fridrix Boye (alm. Friedrich Boie‎; 4 iyun 1789, Meldorf — 3 mart 1870, Kil) — alman hüquqşünası, ornitoloqu və entomoloqu. == İstinadlar == Friedrich Boie (Nekrolog) In: Journal für Ornithologie. Band 18, Nummer 3.
Hook.f.
Cozef Dalton Huker (ing. Joseph Dalton Hooker; 30 iyun 1817[…] – 10 dekabr 1911[…] və ya 1911) — ingilis botaniki və səyyahı. == Bioqrafiyası == 1844–1859: Flora Antarctica: the botany of the Antarctic voyage. 3 vols, 1844 (general), 1853 (New Zealand), 1859 (Tasmania). Reeve, London. 1846–1867: Handbook of the New Zealand flora 1849: Niger flora 1849–1851: The Rhododendrons of Sikkim-Himalaya 1854: Himalayan Journals, or notes of a naturalist, in Bengal, the Sikkim and Nepal Himalayas, Khasia Mountains … 1855: Illustrations of Himalayan plants 1855: Flora indica, with Thomas Thomson 1858: with George Bentham, Handbook of the British flora. ("Bentham & Hooker") 1859: A century of Indian orchids 1862–1883: with George Bentham, Genera plantarum 1870; 1878: The student's flora of the British Isles. Macmillan, London. 1872–1897: The flora of British India 1898–1900: Handbook to the Ceylon flora 1904–1906: An epitome to the British Indian species of Impatiens == Çap olunmuş əsərləri == Hooker J. D. On the flora of Australia: Its origin, affinities, and distribution, being an Introductory essay to the Flora of Tasmania. — L.: Lovell Reeve, 1859 (ing.) Hooker J. D. On the origin and distribution of species: Introductory essay to the Flora of Tasmania // American Journal of Science and Arts.
L.f.
Karl Linney (kiçik) (isv. Carl von Linné d.y., lat. Carolus Linnaeus filius, 20 yanvar 1741[…] – 1 noyabr 1783[…], Uppsala[d]) — İsveç həkimi və təbiətçisi (botanik); Karl Linneyin oğlu (isv. Carl Linné, Carl von Linné, lat. Carolus Linnaeus, 1707–1778).
Rchb.f.
Henrix Qustav Rayxenbax (alm. Heinrich Gustav Reichenbach‎, 3 yanvar 1824, Drezden – 6 may 1889, Hamburq) — Almaniya botaniki, pterodoloq və ornitoloqu, bitkilərin sistematiki. Reichenbach, H. G. Orchideae in Flora Germanica... Tentamen Orchidographiae Europaeae. 1850—1851 (lat.) Reichenbach, H. G. De pollinis Orchidearum genesi ac structura et de Orchideis in artem ac systema redigendis. Commentatio quam ex auctoritate amplissimi philosophorum ordinis die mensis julii decimo hora decima MDCCCLII illustris ictorum ordinis concessu in auditorio juridico pro venia docendi impetranda publice defendet. Lipsiae, F. Hofmeister, 1852 (lat.) (doktorluq dissertasiyası) Deutschlands Flora… 13/14-22, 1850–1886 (alm.) Reichenbach, H. G. Pescatorea. Iconographie des Orchidees. Bruxelles. 1854—1855.
Üç F
Üç F — (port. "Três F" (Futebol, Fado e Fátima) "Futbol, Fado və Fatima" mənalarını bildirən ifadə, sosial fenomen. Portuqaliyada "Yeni Dövlət" (Estado Novo) avtoriatar rejimi dövründə, xüsusiylə 1951-ci ildən etibarən prezident Antoniu di Oliveyra Salazar dövrünü nəzərədə tutan bu ifadə, ölkədə sabitliyi saxlamaq üçün dövlətin istifadə etdiyi vasitə kimi nəzərdə tutulur. Futbol — Böyük böhran sonrası Latın Amerika və bir sıra Avropa ölkələrində ortaya çıxan ideoloji-siyasi hərəkatlardan geniş kütlələri yayındırmaq üçün dövlət əhalini futbola cəlb etməyə çalışırdı. Belə ölkələrdə iki klub arasındakı rəqabət daim önplanda saxlanılır, əhalinin, xüsusiylə də gənclərin mühabisə, müzakirə mövzusuna çevrilirdi. Portuqaliyada Sporting və Benfika klubları arasındakı rəqabəto dövrdən bəri davam etməkdədir. Fado — Portuqal gitarası müşayətində bir nəfər tərəfindən ifadə edilən, mövzusu hüzunlu olan tipik portuqal xalq musiqisi. Fatima — Portuqaliyanın mərkəzində yerləşərən Fatima adlı tarixi qəsəbədə, 1917-ci ildə 3 uşağın Bakirə Məryəmi görmələri barədə iddiaları, və bu dövrdə baş verən bəzi təbiət hadisələrinin xalq arasında ajiotaj yaradır. Daha sonrakı illərdə Vatikan bu hadisəni möcüzə kimi qəbul edir və Fatima kəndində baş verənləri ilahi mesaj və müqəddəs hesab etdiyini elan edir. Bu konteksdə "Fatima" sözü dinə, dini fanatizmə işarə edir.
Station F
Station F Parisin 13-cü rayonunda yerləşən startaplar üçün biznes inkubatordur. Dünyanın ən böyük startap obyekti kimi tanınır. Əvvəllər la Halle Freyssinet kimi tanınan keçmiş dəmir yolu malları anbarında yerləşir (buna görə də F stansiyasında "F"). 34,000 m2 (370,000 kv fut) obyekt 2017-ci ilin iyun ayında Prezident Emmanuel Makron tərəfindən rəsmi olaraq açılıb və 1000-ə qədər başlanğıc və ilkin mərhələdə şirkətlər, həmçinin Facebook, Microsoft və Naver kimi korporativ tərəfdaşlar üçün ofis yaşayış yeri təmin edir. Stansiya F sahibkarlara yönəlmiş startap proqramları üçün bir sıra tərəfdaşlıqlara malikdir. Partnyorlara Google, Ubisoft və Zendesk daxildir. Kampus Avropanın ən yaxşı biznes məktəbi olan HEC Paris kimi müxtəlif məktəblərin tərəfdaşıdır.
F-Droid
F-Droid — Android ƏS-i üçün azad (FOSS) proqramlar mağazası. Burada yerləşən bütün tətbiqləri pulsuzdur, və onların kodu açıqdır. F-Droid-dan istifadə etmək üçün hesab yaratmaq tələb olunmur. F-Droid Google Play-də mövcud deyil, onu F-Droid-un rəsmi saytından yükləyib, quraşdırmaq olar.
C.O.F.F.I.N
"Children of Finland Fighting in Norway" (abbreviasiya C. O. F. F. I. N; sözbəsöz tərcüməsi Norveçdə Döyüşən Finlandiya Uşaqları) — 2005-ci ildə Sidneydə yaradılan Avstraliya pank və rok musiqi qrupu. Onların beşinci studiya albomu "Australia Stops" 2023-cü ilin sentyabrında Avstraliya albomları hit paratında 47-ci, Birləşmiş Krallıq hit paratında isə 23-cü yeri tutdu. == Tarixi == "Children of Finland Fighting in Norway" (C. O. F. F. I. N) qrupu 2005-ci ildə Sidneydə məktəb yoldaşları tərəfindən yardılmışdır. Onlar 2010-cu ildə "Under the Influence" adlı debüt studiya albomunu buraxdılar. 2018-ci ilin iyun ayında qrup üçüncü studiya albomu "Piss​~​Up" işıq üzünü gördü.. 2020-ci ilin sentyabr ayında qrup "Legless Records" vasitəsilə qrupun şərəfinə adlandırılan albomunu buraxdı. Albomdan öncə "Fast Love" sinqlı çıxmışdı. 2023-cü ilin sentyabrında qrup "Australia Stops" adlı beşinci studiya albomunu buraxdı. Albomdan əvvəl "Cut You Off" və "Give Me a Bite" sinqlları çıxmışdı. Qrup üzvü Ben Portnoy albom barəsində "ən yaxşı şəkildə tərtib edilmiş" şərhini vermişdi.
F-117 Nighthawk
Lokhid F-117 "Nayt hauk" (ingil. Lockheed F-117 Night Hawk) — Lockheed Martin şirkətinin istehsalı, rəqibin Havadan Müdafiə (HM) sistemindən gizli keçmək və hərbi infrastrukturun strateji vacib yerüstü obyektlərinə(raket bazaları, aerodromlar, idarəetmə və rabitə mərkəzləri və s.) hucum etmək üçün nəzərdə tutulan, amerikan səsdən-asta təkyerli taktiki azgörünən zərbə təyyarəsi. İlk uçuşunu 18 iyun 1981-ci ildə edib. 64 ədəd istehsal edilib, sonuncu seriyalı nüsxəsi ABŞ Hərbi Hava Qüvvələrinə(HHQ) 1990-cı ildə təhvil verilib. Bir sıra hərbi münaqişələrdə F-117 yetərincə uğurlu tətbiq olunmuşdur. 2008-ci ilin ortasında bu tip təyyarələr silahlanmadan tamamilə çıxarılmışdır.
F-14 Tomcat
F-14 Tomcat — Grumman Aerospace tərəfindən istehsal olunmuş supersonik, iki mühərrikli və dəyişən həndəsi qanadlı önləmə təyyarəsidir. Əsas vəzifəsi ABŞ Hərbi Donanmasını düşmənin supersonik hərbi təyyarələrindən və qanadlı raketlərindən müdafiə etməkdir. Bu məqsədlə F-14-ə çox güclü bir atışa nəzarət radarı (AN/AWG-9) və uzun mənzilli raketlər (AIM-54 Phoenix) inteqrasiya edilmişdir. AN/AWG-9 radarı sayəsində təyyarə 100 mil ərazini müşahidə altında saxlaya bilir, eyni zamanda bu məsafə içərisindəki 24 təyyarəni izləyə və bununla paralel olaraq AIM-54 Phoenix döyüş raketi ilə 6 ədəd təyyarəyə hücum edə bilər. Radarının izləmə gücü sayəsində Tomcat reaktiv təyyarələri mini AWACS kimi də istifadə edilə bilər. Yüksək optik böyüdücü televiziya kameraları hədəflərini 30 mildən çox məsafədən tanıyır və hədəfləri vizual olaraq izləməyə və müəyyən etməyə imkan verir. Uçuş heyəti pilot və radar zabitindən ibarətdir. Təyyarə dəyişkən həndəsi qanadlara malikdir. Uçuş zamanı avtomatik olaraq 20 ilə 68 dərəcə arasında dəyişə bilən bu qanadlar, qalxma zamanı önə doğru açılaraq havanın qaldırma gücünü artırır, sürət tələb edən uçuşlarda geriyə doğru bağlanaraq qanad sahəsini kiçildib sürtünməni azaldır və sürəti artırır. Bu isə öz növbəsində, təyyarəyə sabit qanadlı təyyarələrdə əldə edilə bilinməyən bir üstünlük verir.
F.M.Bailey
Feredrik Menson Beyli (ing. Frederick Manson Bailey; 8 mart 1827, London – 25 iyun 1915, Brisben) — Avstraliya botaniki. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Feredrik Menson Beylinin şərəfinə 50 bitki növü adlandırılmışdır ki, Beyli akasiyası (Acacia baileyana F.Muell.) onların ən tanınmışıdır. == İstinadlar == == Ədəbiyyat == E. N. Marks, 'Bailey, Frederick Manson (1827 - 1915)', Australian Dictionary of Biography, Volume 3, MUP, 1969, pp 73–74. Serle, Percival. Bailey, Frederick Manson // Dictionary of Australian Biography. Sydney: Angus and Robertson. 1949. Australian National Botanic Garden; Bailey, Frederick M. (1827-1915) == Xarici keçidlər == E. N. Marks, 'Bailey, Frederick Manson (1827—1915)', Australian Dictionary of Biography, Volume 3, MUP, 1969, pp 73–74.
F. P. Journe
F. P. Journe — İsveçrə premium saat istehsalçısı. == Tarixi == Montres Journe SA kimi rəsmi qeydiyyatdan keçmiş F. P. Journe 1999-cu ildə Fransua-Paul Journe tərəfindən əsası qoyulmuş yüksək səviyyəli İsveçrə saat istehsalçısıdır. Fondation du Grand Prix d'Horlogerie de Genève Aiguille d'Or mükafatının yeganə üçqat qalibi. Journe, ildə 800-ə yaxın saat istehsal edən, mürəkkəb dəqiqlikli saatlar üzrə ixtisaslaşmışdır. Şirkətin 20%-i 2018-ci ildə açıqlanmayan məbləğə Chanel tərəfindən alınıb.
F/A-18
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970-ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asiya ölkələri tərəfindən istifadə edilir. Liviya, İraq və Yuqoslaviyadakı döyüşlərdə tətbiq edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982-ci ildə belə qeyd edilmə ləğv edilib.
Henri F. Pulitzer
Ayzeluort Mona Lizası (fr. Mona Lisa d’Isleworth) — Leonardo da Vinçinin Luvr muzeyində saxlanan eyni adlı portret əsərindəki subyektin təsvir olunduğu yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Aparılmış uzunmüddətli tədqiqatlardan sonra 2015–2016-cı illərdə yayımlanmış elmi nəşrlərdə əsərin Leonardo da Vinçinin fırçasına aid olması bildirilmişdir. İtaliyadan Leonardonun orijinal əsəri kimi alınmış və yüz il Somerset qraflığında saxlanılmış əsər, 1913-cü ildə ingilis kolleksioner Hyu Bleykerin diqqətini cəlb etmiş və o portreti almışdır. Bundan qısa müddət sonra Bleykerin atalığı Con Eyr tərəfindən nəşr edilmiş monoqrafiyada Leonardonun "Mona Liza"nın iki versiyasını işləməsi və birinci versiyanın hazırda Ayzeluortda saxlanan (Bleykerin Qərbi Londondakı studiyası Ayzeluort ərazisində yerləşirdi) rəsm olmasını bildirir. Sonradan əsəri almış Henri F. Pulitzer Ayzeluort Mona Lizasının Leonardo da Vinçi tərəfindən işlənmiş Liza Gerardinin əsl portreti olmasını qeyd edir. Hazırda şəxsi kolleksiyada saxlanan əsər ictimayətə nümayiş etdirilmir. Buna baxmayaraq, son illər ərzində müxtəlif mütəxəssislərə onu tədqiq etməyə, həmçinin sənədli film üçün çəkilişlər aparmağa icazə verilmişdir. == Tarixi == Leonardonun erkən bioqrafı Corco Vazari, rəssamın "Mona Liza" portretini 1503-cü ildə çəkməyə başlamsını, lakin bir müddət sonra yarımçıq tərk etdiyini bildirir. Buna baxmayaraq, tamamilə başa çatdırılmış "florensiyalı xanımın portreti" 1517-ci ildə Leonardonun ölümündən qısa müddət əvvəl onun yaşadığı malikanədə yenidən peyda olur.