QINAMAQ

f. Məzəmmət etmək, danlamaq, təqsirləndirmək, töhmətləndirmək.
Ey məni qınayan, ağlama, deyib; Ağlar yarı gedən bəs ağlamazmı? M.V.Vidadi.
Qınamasın məni könlü bütünlər; Fikrim dağınıqdır, xatirim övraq. Q.Zakir.
Dostlar uzun danışsam, məni qınamayın siz; Mən hələ az demişəm vətənimdən, elimdən. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QINAMAQ danlamaq — təqsirləndirmək — töhmətləndirmək
  • QINAMAQ qınamaq bax məzəmmətləmək

Antonimlər (əks mənalı sözlər)

  • QINAMAQ QINAMAQ – TƏRİFLƏMƏK Qınamasın məni könlü bütünlər; Fikrim dağınıqdır, xatirim əvraq (Q.Zakir); Qoçəli bir neçə dəfə də Qulu ilə görüşüb onu təriflədi

Etimologiya

  • QINAMAQ “Cəzlandırmaq” anlamında işlədilib, düzəltmə feildir. Qın sözü mənbə­lərdə ruscaya “упрекать” kimi tərcümə olunub
QINAMA
QINANMA

Digər lüğətlərdə