QIRX
1. Otuz doqquzdan sonra gələn say, 40 ilə işarə olunan rəqəmin adı. Qırx manat. Qırx ədəd. – Qırxında öyrənən gorunda çalar. ( Ata. sözü ).
2. Bir şəxsin ölümünün qırxıncı günü.
□ Qırx bağla(t)maq – xalq adətincə ölən adamın qırx günü tamam olandan sonra ehsan verib yas məclisini bitirmək.
Qırx saxlamaq (tutmaq) – xalq adətincə ölü üçün qohum-qardaşının qırx gün yas saxlaması.
Qırx vermək – xalq adətincə ölən adam üçün qırxıncı gün ehsan vermək.
Qırxı çıxmaq – xalq adətincə ölən adam üçün saxlanılan yasın qırx gündən sonra qurtarması.
◊ Qırx kötük dan. – qış qurtardıqdan sonra davam edən şaxta, soyuq.
Qırxında yorğalamaq – çox yaşlı olduğu halda, cavanlıq fikrinə düşmək, yaşına yaraşmayan hərəkətlərdə olmaq.