1. Bir şeyi tez və qaba surətdə qapıb götürmək; əlləri ilə bir şeydən bərk-bərk yapışmaq, tutub saxlamaq.
Stolların dalında oturanlara yaxşı baxın, haman stəkanları qamarlayan barmaqları da nəzərdən keçirin.
2. Tutmaq, yaxalamaq.
[Mehralı:] Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar.