QANÇIR

is.
1. Bərk vurulmaq, toxunmaq və ya sıxılmaq nəticəsində bədənin bir yerində dəri ilə ət arasında bərkiyib laxtalaşan qan.
[Qarı] Mahmudun üz-gözündən döyülmək nişanəsi olan qançıra baxıb dedi… Ə.Əbülhəsən.

2. Bərk soyuqdəymə nəticəsində qanın bədəndə donması, istiliyini itirməsi. Şaxtadan az qala qançır olmuşdum.

Etimologiya

  • QANÇIR Ət və dəri arasında bərkimiş, laxtalanmış qana belə deyirlər. Zərbədən, soyuqdan və s. əmələ gəlir. “Göyərmə” mənasında da işlədilir (синяки)
QANCIQLIQ
QANÇIRLAMA

Digər lüğətlərdə