QARA DAŞI YASTIQ ETMƏK

1. Çətin günlər keçirmək, böyük sıxıntı və əzablara qatlaşmaq. 

2. Evindən-eşiyindən uzaq düşmək.

QARA ÇADIRDA QIRMIZI YAMAQ
QARA GEYMƏK
OBASTAN VİKİ
Yastıq
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Diyircəkli Yastıq
Diyircəkli Yastıq (digər adı Diyirlənmə yastığı) — əsas elementi diyirlənmə cisimi (halqalar arasında qoyulan və bir-birindən separatorla ayrılaraq müəyyən məsafədə yerləşən kürəciklər və ya diyircəklər) olan düyünə deyilir. İş zamanı diyirlənmə cisimləri, əksər hallarda tərpənməz olan halqaların üzərindəki qaçış yolu üzrə diyirlənir. Aparan diyirlənmə cisimləri arasında yük bərabər paylanmayıb, yastıqda olan radial araboşluğundan və onun detallarının həndəsi dəqiqliyindən asılı olur. Diyirlənmə yastıqları maşınqayırmada geniş yayılmışdır. Onlar standartlaşdırılmışdır və kütləvi istehsalda hazırlanır. == Üstünlükləri == Bu yastıqların aşağıdakı üstünlükləri vardır: 1. Kütləvi istehsal nəticəsində ucuzdur; 2. Sürtünməyə az itkilər sərf edilir və işlədikdə az qızır; 3. Yüksək dərəcədə qarşılıqlı əvəzolunmaya malikdir ki, bu da maşınların quraşdırılmasını və təmirini asanlaşdırır; 4. Az yağlama tələb edir; 5.
Yastıq (dəqiqləşdirmə)
Yastıq — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəsti. Yastıq — ox, val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğu. Yastıqotu — kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Yastıq (texnika)
Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir. Yastıqların əsas növləri: Yırğalanma yastıqları Sürtünmə yastıqları Hidrostatik yastıqlar Qazlı dinamik yastıqlar Maqnit yastıqları Maşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır. Yırğalanma yastığı iki üzükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən separatordan (müəyyən yastıqlar bunsuz da hazırlana bilirlər) ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiqliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanovlar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon və 1,5% Xrom) hazırlanırlar. Separatorsuz yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Davasko daşı
Davasko daşı — bu məfhumun varlığı məntiq və fizika qanunlarına ziddir. 300 tondan ağır olan bu daş parçası qayanın kənar ucluğunda küləyin əsməyi sayəsində yellənir. Artıq bir neçə minilliklərdir ki, bu daş bu şəkildə dayanır, sanki fövqəl birgüc onu bura bərkidib. Davasko daşı Argentinada Buenos-Ayresdən cənub-şərqdə yerləşən Tandil şəhərindədir. Davasko daşı burda çoxdan bəri dayandığına görə, artıq heç kəs onun haçan və necə peyda olduğunu xatırlamır. Artıq 200-dən çox nəsil dəyişib, amma daş hələ də dayanaraq bemolca həyatı müşahidə edir. Yerli sakinlərdə belə bir rəvayət var ki: "1000 il bundan öncə Davasko (Günəşin oğlu) özü ilə birgə onların əcdadlarını bura gətirib. O əkinçiliyi, maldarlığı və s. sənətkarlığı insanlara yiyələndirir. O qızıl qarşısında intizamı xüsusi ilə öyrədir.
Dəyirman daşı
Dəyirman daşları — Buğda və ya digər taxılların üyüdülməsi üçün, üyüdücülərdə istifadə olunan daşlar.
Fəlsəfə daşı
Fəlsəfə daşı (ing. Philosopher's stone) - Əlkimya elminə görə toxunduğu hər bir nəsnəni qızıla çevirə bilən daş. Kimya elminə görə isə hər hansısa bir maddəni qızıla çevirmək mümkün deyil. Bunun təməl səbəbi isə qızılın bir kimyəvi birləşmə yox kimyəvi element olmasıdır. Fəlsəfə daşnının əldə edilə bilməsi üçün orta əsrlərdə bir çox formullar hazırlanmış və sınaqlar həyata keçirilmişdir. Keçirilən sınaqların uğursuzluqla nəticələnməsinə baxmayaraq modern kimya elmi həmin araşdırmalar nəticəsində böyük inkişaf mərhələsi keçmişdir. Əlkimyaçılar keçirilən hər yeni sınağın ardından elmə məlum olmayan yeni-yeni elementlər kəşf etmişdilər. Alman əlkimyaçı Henniq Brandın fəlsəfə daşını tapmaq üçün keçirdiyi təcrübələr zamanı fosfor elementini kəşf etməsi buna misal göstərilə bilər. Fəlsəfə daşını Nikolas Flamelin kəşf etdiyi düşünülür.
Günorta daşı
Günorta daşı — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində, Çalxandağın qərb yamacında hündürlüyü 1500 metrə çatan təbiət abidəsi. == Haqqında == Xalq arasında Günortacı da deyilir. Günorta daşı günortaya qədər kölgəyə bürünmüş olur, düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fə- sillərində əkin-biçin, sağın və s. təsərrüfat işləri zamanı günortam səhvsiz göstərən günorta daşından "saat" kimi istifadə etmişdir. "Günortac" toponimi "Kitabi Dədə Qorqud" dastamnm qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatm yurdu kimi xatırlanır. Bu yer isə, ehtimala görə, Təpəgözün məskən saldığı, camaata qan uddurduğu Salaxana (Salaxan) dərə- sindəki mağaranın yaxınlığında olmalıdır. Salaxananın Babək rayonunun dağlıq sahəsində, Qazan yaylağnın qərb ətəklərndə olduğu nəzərə almarsa, Günorta daşının "Kitabi-Dədə Qorqud"da adı çəküən "Günortac"la (prof. M. Seyidov, akad. V. V. Bartolda istinadən onu "Günün doğduğu uca zirvə" hesab edir) bilavastə bağlılığını söyləmək mümkündür.
Kazım Daşı
Kazım Daşı adası — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi.
Koçno daşı
Koçno daşı (ing. Cochno Stone) — Şotlandiyada Koçno ferması (Vest Danbartonşir dairəsi) yaxınlığında tapılmış müəmmalı daş plitə. Daş 1887-ci ildə şotlandiyalı arxeoloq Ceyms Harvi Klaydbank şəhəri yaxınlığındakı fermada tapılmışdır, ölçüləri 9x18 metrdir. Qısa müddət sonra bu daş bütün dünyanın bir çox alimlərinin marağına səbəb oldu. Çünki daşın üzərində məzmunu məlum olmayan petroqliflər çizilmişdi. Tədqiqatçılar hələ də dairə, xətt və spiral formasında olan sirli simvolları oxuya bilməyiblər. Amma daş plitənin 5 min il əvvələ aid olduğu üzə çıxıb. Zaman keçdikcə Koçno daşı təkcə alimlərin yox, həm də çoxsaylı turistlərin marağına səbəb oldu. Amma turistlərin marağı daşın məhv olması ilə nəticələnə biləcəyi üçün 1965-ci ildə yerli idarəetmə orqanları daşı torpağa basdırdılar və gələcək nəsillər üçün saxladılar. Ehtimal edilirdi ki, petroqliflər gələcəkdə oxuna bilər.
Kür daşı
Kür daşı — Xəzər dənizində Azərbaycana məxsus ada. == Cografiyası == Qızılağac körfəzindən 30,6 km şərqdə yerləşir. Aran iqtisadi rayonunun Neftçala inzibati vahidliyinə aiddir. Uzunluğu 0,18 km təşkil edir. Demək olar ki heç bir daimi canlı məskunlaşması yoxdur. Sahildən 15 km aralıdır. Ada Bakı arxipelaqının ən son cənub qutaracagında yerləşir.
Mil daşı
Mil daşı— Roma dövründə yollara qoyulan, yolun istiqamətini və mərkəzdən uzaqlığı göstərən daşlara deyilirdi. Kilometr daşı olaraq istifadə edilən bu daşlar girdə bəyaz mərmərdən hazırlanırdılar. Bəzi Roma mil daşlarının üzərində o dövrün Roma imperatorlarının və rəhbərlərinin adları yazılırdı.
Milyon daşı
Milyon daşı (Yunanca:Μίλ(λ)ιον / Milion), — İstanbulda Şərqi Roma dövründən qalma bir əsərdir. İstanbulun Fatih (əvvəllər Eminönü idi) ilçəsinin Cağaloğlu səmtində yerləşən Aya Sofya məscidi qarşısında Sultanəhməd meydanının şimal-qərb küncündə Yerebatan sarnıcının girişinin yaxınlığında, tramvay yolunun yanında yerləşir. Bizans İmperiyasında Konstantinopol şəhərinə çatan bütün Antik Roma yollarının başlanğıc nöqtəsi və dünyadakı digər şəhərlərin bu şəhərə olan uzaqlığının hesablanmasında istifadə edilən sıfır nöqtəsidir. İtaliyada Roma şəhərində yerləşən digər bir abidə olan Milliarium Aureum ilə eyni funksiyanı yerinə yetirir. Bizansın yenidən inşası və paytaxt şöhrətini qazanması əsnasında inşa edilən bir çox görkəmli abidə kimi İmperator I Konstantin tərəfindən IV əsrdə yerləşdirildiyi düşünülür. Milyon ilk inşa edildiyində dörd istiqamətə baxan bir qapı və bu nöqtədə kəsişən yolların üzərinə yüksələn, dörd sütun üzərinə oturmuş bir qübbədən meydana gəlməkdə idi. Tetrapylon arxitektura adı ilə xatırlanan bu strukturlar Roma mədəniyyətinin əhəmiyyətli elementlərindən biri idi. Milyon abidəsinin və qübbəsinin üzərində bir çox Bizans dövrünə aid heykəl və qabartma var idi və bu abidənin ehtişamını çox daha çox artırmaqdaydı. XVI əsrdə İstanbula su daşıyan kəmərlərin genişləndirilməsi işləri əsnasında yıxılıb, ortadan itməyə başladığı təxmin edilməkdədir. [1] İngilizce Wikipedia "Milion" maddesi.
Qaval daşı
Qaval daşı – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir.
Rozetta daşı
Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد‏, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır. Hündürlüyü: 114,4 sm; Eni: 72,3 sm; Qalınlığı: 27,9 sm; Kütləsi: 762 kq. Tünd boz rəngli bu qranit kitabə e.ə. 196-cı ilə məxsusdur. Daş kitabə zədəli halda günümüzə gəlib çatdığından heroqlif mətnin 2/3-si itirilmişdir.
Rəşid daşı
Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد‏, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır. Hündürlüyü: 114,4 sm; Eni: 72,3 sm; Qalınlığı: 27,9 sm; Kütləsi: 762 kq. Tünd boz rəngli bu qranit kitabə e.ə. 196-cı ilə məxsusdur. Daş kitabə zədəli halda günümüzə gəlib çatdığından heroqlif mətnin 2/3-si itirilmişdir.
Sancı daşı
Sancı daşı — Kəngərli rayonunun Xıncab qəbiristanlığında sənduqə tipli qəbirüstü abidə. Dördkünc, düzbucaqlı formada yonulmuşdur. Bir tərəfində, mərkəzi hissədə bir-birinin arxasında duran şir və öküz təsviri, onun yuxarı tərəfindəki frizdə isə ərəb əlifbasında yazı vardır. Təsvir dörd tərəfdən zəncirvari ornamentlə əhatələnmişdir. Təsvirin əks tərəfindəki üzündə ərəb qrafikası ilə verilən yazı daşın üzərini mamır basdığından oxunmur. Qəbir daşının baş və ayaq tərəfində fantastik təsvirlər vardır. Bu tip sənduqə tipli qəbir daşları Orta əsrlər üçün xarakterikdir. Xalq arasında bu qəbir daşı ilə bağlı olan rəvayətə görə müəyyən xəstəliyi, yaxud istəyi olan insanlar bu daşı ziyarət edir, arzularının yerinə yetirilməsi üçün dilək tuturlar. Nadir sənət əsəri olan bu qəbirüstü sənduqəni XVI–XVIII əsrlərə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası.
Yada Daşı
Yada Daşı - türk və altay mifologiyalarında sehr daşı. Cada (Cata, Sata, Caya, Zaya) Daşı da deyilir. Türk mifologiyasında yağış yağdıran sehrli daş. Cadu daşı. Tanrı, böyük kamlara bu daşı hədiyyə etmişdir. Beləcə istənildiyi kimi yağış və qar yağdırılabilir, hava hadisələrinə təsir edilə bilər. Yağış, qar və don gətirə bilər. Yumruq böyüklüyündə və tünd rənglidir. Üzərləri damar damar xəttlidir. İçindən səslər gəlir lakin boş deyildir.
Çay daşı
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Əhəng daşı
Əhəndaşı və ya əhəngdaşı — böyük bərkliyə malikdir: qədimdə onu daş tikililərdə material kimi istifadə edirdilər. Onun üzərində balıqqulağı izləri aydın görünür. Bu süxurun yaranmasında daşlaşmış heyvan qalıqları iştirak edir. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəngdaşından tikilib. Böyük Moskva knyazlığında olan əksər məbədlər Myaçkov əhəngdaşından tikilmişdir. Bu əhəngdaşı Moskva çayı yaxınlığında yerləşən Myaçkov kəndində çıxarılırdı və xüsusi gəmilərdə tikinti aparılan məkana daşınırdı. Əbəs yerə Moskva qədimdə ağ daşdan tikilmiş şəhər adlandırılmırdı. Hal-hazırda əhəngdaşı sement istehsalında xammal kimi, metallurgiyada flüs kimi, kimya sənayesində sodanın, xlorlu əhəngin, kalsium karbidin istehsalında geniş tətbiq edilir. Əhəng daşını içindəki gilin miqdarından aslı olaraq yalnız havada bərkiyən hava əhəngi (yağlı əhəng) və həm havada həm də suda bərkiyən su əhəngi (hidroliz əhəng) olaraq iki qrupa bölmək olar. Azərbaycanda əhəng daşı yataqları əsasən Qaradağ rayonunda geniş yayılmışdır.
Baş daşı
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Yastıq (yataq dəsti)