QARAÇI

is.
1. Avropa, Asiya və Afrikada köçəri və yarımköçəri qruplar halında yaşayan və əslən hindistanlı olan bir xalq. Qaraçı köçü.
– Zəlzələdən iki gün qabaq bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. S.S.Axundov.

2. məc. dan. Qışqırıqçı, küy-kələkçi, həyasız mənasında.
3. məc. dan. Xəsis mənasında.
4. məc. Yolçu, dilənçi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARAÇI qışqırıqçı — küy-kələkçi
  • QARAÇI xəsis — simic
  • QARAÇI yolçu — dilənçi

Omonimlər

  • QARAÇI QARAÇI I is. Köçəri və yarımköçəri həyat keçirən bir xalq. QARAÇI II sif. dan. Qışqırıqçı, küy-kələkçi, həyasız

Antonimlər (əks mənalı sözlər)

  • QARAÇI QARAÇI – SAKİT Yoxsa o mənim saçlarımı yolar, yaman qaraçı arvaddır (C.Əmirov); – Yox, atacan, bəzən mənim kimi sakit adamların kini daha böyük olur (

Etimologiya

  • “QARAÇI” Bu saz havasının 2-ci adı el havasıdır. Qara da “el” deməkdir, sinonim söz­lərdir. Gün də (elim-günüm) “xalq” deməkdir
  • QARAÇI Qara sözünün bir mənası “insan qrupu” deməkdir, görünür, qaraçı “topa ha­lında yaşayan” anlamını əks etdirir
QARAÇALA
QARAÇILIQ
OBASTAN VİKİ
Qaraçı
Qaraçılar — Hind-Avropa mənşəli köçəri xalq
Qaraçı (Xaçmaz)
Qaraçı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə yaşayanların sayı 785 nəfər olmaqla, azərbaycanlılardan ibarətdir. Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaraçı (dəqiqləşdirmə)
Qaraçılar — Hind-Avropa mənşəli köçəri xalq
Qaraçı (titul)
Qaraçı — XV–XVIII əsrlərdə türk xalqları arasında ən ali feodal titullardan biri. Bu, Yaxın Şərq və Orta Şərqdə işlədilən vəzir titulu ilə eynidir. "Qaraçı" titulundan Krım xanlığında, Sibir xanlığında, Böyük Noqay Ordasında, Qazan xanlığında və digər dövlətlərdə istifadə edilirdi. "Qaraçı" ünvanı, adətən, Şirin, Barğın, Arğın və Qıpçaq tayfalarının adamlarına verilirdi. Bu dörd tayfa Krım xanlığının idarə olunmasında iştirak edən və Çingiz xanın soyundan gəlməyən əsas tayfalar idi. Bəzi mənbələrə görə, Çingiz xan və bir çox qardaşları “Qaraça, Qara Tatar, Xaraçın” alt qrupundan idilər. Bu ad həm də Çingizlə bağlı ifadədən götürülüb. Tatar xalqında belə bir məsəl var: “Ağıllı qaraçı ağıllı insanı xan edər”. Bəylərbəyi Новосельский А. А. «Борьба Московского государства с татарами в XVII веке», Москва 1948 Скрынников Р. Г. «Ермак», Москва 2008. Шамильоглу Ю. «Карачи-беи» (сборник «Из истории Золотой Орды, Казань, 1993, с.
Qaraçı bayrağı
Qaraçı bayrağı (rom. O styago le romengo) — Qaraçıların milli bayrağı. 1971-ci ildə Londonda keçirilmiş Birinci Ümumdünya Qaraçı Konqresində qəbul olunub. Bayraq iki hissəyə bölünüb. Yuxarı göy hissə səmanı, aşağı yaşıl hissə isə torpağı simvolizə edir. Bayrağın mərkəzindəki çakra (təkər) isə qaraçıların hind-ari əsilli olduqlarını bildirir (bənzər çakra Hindistanın bayrağında da var).
Qaraçı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraçı dili
Qaraçı dili və ya Roman dili — qaraçılar danışan dildir. Qaraçıların yaşadığı bütün ölkələrdə danışılır, ancaq bölgədən bölgəyə çox ətraflı dəyişənlik göstərir və bir çox qaraçı bu dili unudub yaşadıqları ölkənin dilini danışmağa başlamışdır. Bu dil Hind-Avropa dillərinə mənsubdur və Qaraçılar Hindistan mənşəli olduğu üçün hind dilləri ilə yaxından qohumdur. Kerope Patkanov öz essesində roman dilləri arasında ayrıca bir qol olan, Azərbaycan qaraçılarının danışdığı, Avropa və Asiya qaraçıları tərəfindən başa düşülməyən "qaraçı dili"ndə yüzdən çox ifadəni sənədləşdirmişdir. Qaraçı dilində olan ifadələr: — Salamalikim baro, kefoy kıbra? — Salam, qardaş, necəsən? — Kasta maşqul astoy? — Nə edirsiniz? — Ma dom astum! — Mən qaraçıyam!
Qaraçı holokostu
"Porajmos", Qaraçı holokostu, Qaraçı soyqırımı (rom. Porajmos; mənası – azərb. Dağıdılma‎), Parrayimos (rom. Porajmos; mənası – azərb. "Kəsmək" , "Parçalamaq" , "Dağıtmaq"‎) və ya Samudaripen (azərb. kütləvi qətliam‎) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası tərəfindən Şərqi Avropa ərazisində yaşayan qaraçı xalqına qarşı sistematik şəkildə həyata keçirilmiş soyqırım aktı. 1935-ci ilin 26 noyabr tarixində Nürnberq qanunları olaraq tanınan, Avropada yaşayan etnik alman və yəhudi xalqlarının sinifləndirildiyi qanunlara yeni əlavələr edilmiş və bununla da qaraçılar irqin təməllərini sarsıdan düşmənlər olaraq təsinfatlandırılmışdır. Bu dəyişikliklərlə Üçüncü Reyxin gözündə qaraçı ilə yəhudilərin eyni tərəzidə olduğu və aralında heç bir fərqin qoyulmadığı mesajı verilmişdir. Bu səbəbdəndir ki, Holokost soyqırımının gedişatında etnik qaraçıların qətliamlarına da, rast gəlmək mümkündür. Holokost ilə Poraymos tarixi bir-birilə sıx bağlıdır.
Qaraçı karvansarası
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qaraçı karvansarayı
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qaraçı pankı
Qaraçı pankı və romani pankı — ənənəvi qaraçı musiqisi ilə pank rokun kəsişdiyi hibrid musiqi janrı. Pank və qaraçı musiqisinin elementlərini özündə birləşdirən ilk rok qruplarından biri əsasən 1990-cı illərin əvvəllərində aktiv olan "Motherhead Bug" idi. "Gogol Bordello" qrupu "Gypsy Punks: Underdog World Strike" albomunu buraxdıqdan sonra daha geniş auditoriya bu janrdan xəbərdar olmuşdur. Qrupun solisti Yevgeni Hütz onların performansını "qaraçı pankı kabaresi" kimi təsvir etmişdir. Qaraçı pank qrupları adətən rok ritmlərini və alətləri zərbəçi dəsti, buben, akkordeon, skripka, truba və saksafon kimi daha ənənəvi qaraçı alətləri ilə birləşdirir. Vətənləri Hindistandan köçdükdən sonra romanilər dünyada o qədər yayılmışlar ki, onların "vətənləri yoxdur". Qaraçı pankı təkcə qaraçı mədəniyyəti ilə deyil, həm də onun olmaması ilə bağlıdır. Qaraçılar üçün musiqi "mədəni ifadənin əsas forması" kimi müəyyən edilmişdir. Qaraçı pankından təkcə qaraçı, yaxud "qaraçı" mədəniyyətinə mənsub insanlar istifadə və ifa etmirlər. Pank "üsyan, anarxiya və müqaviməti" əhatə edir.
Qaraçı qamması
Qaraçı qamması — qaraçı musiqisini dəstəklədiyi və onunla əlaqəli olduğu üçün adlandırılan bir neçə musiqi qammasına aid edilən termin. Onlar: İkiqat harmonik qamma (major) – macar minorunun beşinci rejimi. Bizans qamması kimi də tanınır. Macar minor qamması – dördüncü və yeddinci dərəcələri qaldırılmış kiçik qamma. İkiqat harmonik minor qamması kimi də tanınır. Frigiya dominant şkalası. Bu, Freyq qamması, yəhudi qamması, İspaniya qaraçı və ya İspan Frigiya qamması kimi də tanınır.
Qaraçı Bulaq (Çaldıran)
Qaraçı Bulaq (fars. قره چي بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (19 ailə).
Ümumdünya Qaraçı Konqresi
Ümumdünya Qaraçılar Konqresi - Dünyadakı qaraçılara aid məsələlərin müzakirəsi üçün keçirilən forumdur. 1971-ci ildə Böyük Britaniyada, London yaxınlığında keçirilib. Burada qaraçılar bayrağı, himni qəbul olunub. Onların himni "Qelem, Qelem" adlanır.
Qaraçı-i Mədən (Culfa)
Qaraçı-i Mədən (fars. قره چي معدن‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (10 ailə).
Qaraçı-i Süfla (Meşkinşəhr)
Qaraçı-i Süfla (fars. قره چي سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (54 ailə).
Qaraçı-i Ülya (Meşkinşəhr)
Qaraçı-i Ülya (fars. قره چي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (70 ailə).
Azərbaycan qaraçıları
Azərbaycan qaraçıları (özünüadlandırma rom. Dom, pars, kürd domlar, koul) — Azərbaycanda yaşayan azsaylı xalqlardan biri, qaraçıların Azərbaycandakı icması. 1999-cu il və 2009-cu ilin əhali siyahıyaalması prosesində onlar hesaba alınmamışdır, lakin 2010-cu illərə aid edilən müxtəlif mənbələrdə Azərbaycanda yaşayan qaraçıların ümumi sayı təqribi olaraq 1,000, 2,000, 10,000 və 20,000 kimi göstərilmişdir. Qaraçılar Azərbaycanda ən çox Yevlax, Ağdaş və Balakən rayonlarında yaşayırlar, həmçinin Bakıda və Sumqayıtda da qaraçı icmaları mövcuddur. Azərbaycan qaraçıları İrandan çıxan "dom" boyundandırlar. Onlar ilk dəfə orta əsrlərdə Kəraçi və Sind regionlarından, ya da Baktriyadan İran vasitəsilə Azərbaycana gəlmişlər. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycana özlərini "pars" adlandıran farsdilli qaraçılar köçürülmüşdür. XIX əsrin sonlarında hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüştçü məbədləri ziyarət etməyə gəlmişdilər. Stalin repressiyalarının bir hissəsi olaraq Cənubi Qafqazda yaşayan qaraçılar 1936-cı ildən etibarən Qazaxıstana deportasiya edilmiş, lakin deportasiya qərarı 1956-cı ildə ləğv edilmişdir. Beləliklə, 1950–1960-cı illərdə Qazaxıstandan Azərbaycana kurmancdilli qaraçılar gəlməyə başlamışdır və onlar özlərini kürd adlandırırlar.
Qaraçılar
Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri. Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir. Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır. "Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "ἀτσίγγανοι" (atsinqanoi; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "doma" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "doma" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.

Digər lüğətlərdə