QARABOĞAZ₂

is. zool. Torağay cinsindən döşündə iri qara xal olan bir quş.
QARABIĞLI
QARABOĞAZ₁
OBASTAN VİKİ
Qaraboğaz
Qaraboğaz — Türkmənistanın Balkan vilayətinin Xəzər dənizi sahilində yerləşən şəhəri.
Qaraboğaz (Qoşaçay)
Qaraboğaz (fars. قره بوغاز‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir. Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.
Qaraboğazgöl
Qaraboğazgöl (türkm. Garabogazköl) — Xəzər dənizinin şərqində Türkmənistan ərazisində laqun mənşəli körfəz. Dənizlə dayaz və eni 200 metrə çatan eyni adlı boğazla birləşir. Onun sahəsi mövsümdən asılı olaraq dəyişir. Dərinliyi 4-7 metr arası dəyişir. Körfəzin duzluluğu Xəzər dənizinə nisbətən daha yüksəkdir, 310 ‰ təşkil edir. Körfəzin duzluğunun yüksək olmasının səbəbi Mirabilit duzu ilə zənginliyidir. Körfəzin sahəsi 18 000 km² Qara boğaz gölü mənasını verir. Demək olar ki, Xəzərin suyunu özünə çəkərək buxarlandırır. Körfəz dənizçilərdə və köçərilərdə həmişə vahimə doğururdu.
Qaraboğazgöl boğazı
Qaraboğazgöl boğazı - Qaraboğazgöl körfəzi Xəzər dənizinin səviyyəsi ilə sıx bağlıdır. Buna səbəb isə boğazdır. Boğaz vastəsi ilə körfəzə hər il 8-10 milyon km³ su daxil olur. Xəzərin səviyəsinin qalxdığı illərdə bu rəqəm 25 milyon km² çatır. 1950—70-ci illər ərzində Xəzərdə suyun azalması müşahidə edilmişdir. Buna səbəb isə ona daxil olan çayların (Volqa və Kür) üzərində su anbarlarının inşası olmuşdur. Nəticədə su körfəzdən dənizə qayıtmağa başlamışdır. Bu zaman boğazı bağlamaq qərarına gəlirlər. 1980-ci ildə boğaz üzərində damba inşa edilir. Körfəz tədricən qurumağa başlayır.

Digər lüğətlərdə