QATLAMAQ

f.
1. Bükmək; ikiqat, üçqat və i.a. etmək. Paltarı qatlamaq. Kağızı qatlamaq. – Vaqifin cavabı xana xoş gəldi.
Məktubu qatlayıb qasidə verdilər. Çəmənzəminli.

// Qarmaq, qanırmaq, geri qaytarmaq. Qolu o qədər qüvvətlidir ki, qatlamaq olmur. Dizini qatlamaq.
// Açıq şeyi örtmək.
Ləbbeyk kitabı qatlayıb əlinə aldı. Mir Cəlal.

2. Parçanı bir bərabərdə qat-qat edib, hər qatını bir-birinin dalınca tikmək. Köynəyin yaxasını qatlamaq.
3. Əymək, bükmək. Boynunu qatlayıb çiyninə qoymaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QATLAMAQ büzmək
  • QATLAMAQ bükmək — əymək

Antonimlər (əks mənalı sözlər)

  • QATLAMAQ QATLAMAQ – AÇMAQ Asya süfrənin ucunu qatladı (Mir Cəlal); Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı, danışdı (Mir Cəlal)
QATLAMA
QATLANACAQ

Digər lüğətlərdə

-ин-(я) блесни́ть высокопреподо́бный засо́льщица комфо́рт копи́р нарица́ть сентенцио́зность снеда́ться углеро́д эвакуи́ровать в чужом пиру похме́лье ворсо́вка удобопроизноси́мый неукий пегас encradle invention liftback pew plash synchronizer капонир прокрасться узколистный