Abşeron qoyunu
Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir.
Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir.
== Cinsin xarakteristikası ==
Cinsin istiqaməti – ətlik-yunluq-südlük
Yunun növü – yarımqaba
Yunun rəngi – açıq boz, ağımtıl
Yunun təbii uzunluğu – 16-25 sm
Yunun orta nazikliyi – 38,016 mkr
Yunun sinfi: I-II sinif yarımqaba
Yun məhsuldarlığı – 3,5-4 kq
Diri çəkisi (kq):
törədici qoçlarda – 60-70
ana qoyun – 45-50
=== Eksteryer əlamətlər ===
Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur.
Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur.