1. Öz yerindəcə tərpəşmək, nə isə bir şeylə əlləşmək, məşğul olmaq, yüngülcə işləmək; sakit oturmamaq.
Binanın o biri başında, üst mərtəbənin balaca eyvanında Salman qurdalanırdı.
Yunis yaxınlaşanda ağac altında boz köynəkli, yaxası açıq bir kişinin qurdalandığını gör(dü).
Əsəd həyətdəki tərəvəzlikdə qurdalanırdı.
2. məch. Təzələnmək, təzədən yada salınmaq.
Bu xatirənin qurdalanmağından nə fayda?