1. Bir ərazinin hər hansı bir coğrafi, iqtisadi və b. cəhətdən tam bir vəhdət təşkil edən hissəsi. Sənaye rayonu. Kənd təsərrüfat rayonu. Ölkənin şimal rayonları. Tərəvəzçilik rayonu.
// Yaşayış məntəqəsinin müəyyən xüsusiyyətləri ilə səciyyələnən hissəsi. Fəhlə rayonu. Mərkəzi rayon.
// Bir hadisənin baş verdiyi və yayıldığı yer. Hərbi əməliyyat rayonu. Daşqın rayonu.
2. Vilayət, ölkə və respublikaların, eləcə də böyük şəhərlərin tərkibinə daxil olan inzibati ərazi vahidi. Şamaxı rayonu. Bakı şəhərinin Nəsimi rayonu.
// Həmin dövlət ərazi vahidinin inzibati mərkəzi və orada yerləşən baş idarələr. Rayondan göstəriş almaq.