SÖYLƏNMƏK


1. qayıd. Öz-özünə danışaraq bir şeydən şikayətlənmək; deyinmək, donquldanmaq.
Pərdə açıldıqda Qulu otağı süpürərkən öz-özünə söylənir. S.S.Axundov.
Hər kəs qonşuluğundakı tiryəki kişinin arxasınca deyib söylənirdi. S.Hüseyn.
Üç-dörd qadın oturub əllərini ölçə-ölçə nə isə söylənirdi. Ə.Vəliyev.

2. məch. Deyilmək, danışılmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi.
İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev.
Söylənir haqqında uzun dastanlar; Deyirlər bitməzmiş onda bostanlar. H.K.Sanılı.
Çingiz rəsmən Həsənin yanında söhbətlərə qarışmırdısa da, bunun əleyhinə söylənənlərin hamısına şərik idi. Çəmənzəminli.
söylənə-söylənə zərf Deyinə-deyinə, donquldana-donquldana, öz-özünə danışadanışa. Söylənə-söylənə çıxıb getdi. Söylənəsöylənə iş görmək.
– Pası söylənə-söylənə hövl ilə dönüb, o biri otağa keçdi. S.Rəhimov.
Səhərlər xalam söylənə-söylənə məni oyadır, durub könülsüz halda dərsə gedirdim. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖYLƏNMƏK deyinmək — donquldamaq — mırıldamaq
  • SÖYLƏNMƏK söylənmək bax donquldanmaq
SÖYLƏNMƏ
SÖYLƏŞMƏ

Digər lüğətlərdə